30 gün, 30 000 kilometr: JAECOO J8 SHS Azərbaycanda canlı yayımda sınaqdan keçdi
(®) Ölkədə ilk dəfə bir avtomobil bir ay boyunca 7/24 kameralar qarşısında — şəhər tıxaclarından tutmuş dəniz qumu və dağ yollarına qədər — real şəraitdə yoxlanıldı.
30 000 kilometr orta sürücünün təxminən iki ilə qət etdiyi məsafədir. JAECOO J8 SHS bu yolu 30 günə getdi — qapalı poliqonda deyil, ölkənin açıq yollarında və bütün proses boyunca canlı yayım altında. Sükan arxasında növbələr dəyişdi, hava və yol örtüyü dəyişdi; dəyişməyən yeganə şey avtomobilin qrafikə uyğun hərəkətdə olması idi.
Azərbaycanda ilk dəfə həyata keçirilən “Limitless Drive” layihəsi beləcə yekunlaşıb. 7/24 rejimində hərəkət edən Avropada ən sürətli inkişaf edən avtomlbil brendi adını qazanan JAECOO-nun nümayəndəsi J8 SHS plug-in hibrid modeli 30 gün ərzində 30 000 kilometr qət edib, marşrutlara Bakı ilə yanaşı Quba, Gəncə və Cəlilabad istiqamətləri daxil olub.
Layihə bir baxışda
•Müddət: 30 gün, 7/24 rejimində hərəkət və canlı yayım
•Məsafə: təxminən 30 000 kilometr
•Avtomobil: JAECOO J8 SHS — plug-in hibrid (PHEV)
•Testlər: qum, dağ yolları, yanacaq sərfiyyatı, dinamik sınaqlar
•Texniki qulluq: reqlament üzrə, layihə ərzində 4 dəfə mühərrik yağının dəyişdirilməsi
•Şəffaflıq: bütün proses sosial mediada canlı yayımda; müxtəlif influenserlər avtomobili şəxsən test ediblər
Dayanmadan, lakin qaydalara uyğun
Layihənin şərti avtomobili sınaqdan çıxarmaqla yanaşı, onun gündəlik istismar reqlamentinə sadiq qalaraq nə qədər davamlı işlədiyini də göstərməkdir. Bu səbəbdən 30 gün ərzində JAECOO J8 SHS-in dövri texniki qulluğu vaxtında həyata keçirilib və mühərrik yağı 4 dəfə dəyişdirilib. Avtomobildə Britaniya mənşəli Granville mühərrik yağından və Westlake təkərlərindən istifadə olunub. Qeyd edək ki, reqlament üzrə düzgün istismar olunarsa istehsalçı avtomobilə 7 il 200000 km zəmanət verir.
Sınaq proqramına qum örtüyündə keçidlilik, dağlıq ərazilərdə yoxuş və eniş davranışı, şəhər və şosse rejimlərində yanacaq sərfiyyatı, həmçinin dinamik sürətlənmə testləri daxil olub. Müxtəlif vaxtlarda tanınmış influenserlər də sükan arxasına keçərək öz təəssüratlarını auditoriya ilə bölüşüblər.
Yekun tədbir və nəticə
Layihənin Final Hesabat Tədbiri “Otodok” servis mərkəzində keçirilib. Tədbirdə sınağın nəticələri və avtomobilin bir aylıq intensiv istismardan sonrakı texniki vəziyyəti təqdim olunub; keçirilən ətraflı baxış JAECOO J8 SHS-in 30 000 kilometrdən sonra da qrafikə uyğun istismara hazır olduğunu göstərib.
“Biz avtomobilin imkanları haqqında danışmaq əvəzinə onu bir ay boyunca hamının gözü qarşısında yoxladıq. Ən vacib nəticə qət edilən məsafə deyil — JAECOO J8 SHS-in 30 000 kilometrdən sonra ilk gündəki kimi yola çıxmağa hazır olmasıdır,” — deyə Əli Əhədov, Imotors MMC-nin direktoru bildirib.
JAECOO və Imotors MMC haqqında
JAECOO — Chery qrupuna daxil yalnız ekport üçün istehsal olunan premium SUV brendidir. Brend Avropa, Cənubi Amerika, Afrika, yaxın və uzaq şərq və s. bazarları əhatə etməklə 60 dan çox ölkədə rəsmi təmsil olunur. Qısa zamanda bazara çıxmasına baxmayaraq Böyük britaniyada 2026-cı ilin ilk kvartalında satış üzrə ikinci yerdə olub. Azərbaycanda JAECOO və OMODA brendlərinin rəsmi distribyutoru Imotors MMC-dir şirkətidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 saat əvvəl
-
1 saat əvvəl
Şəhərin tam mərkəzində mənzil almaq istəyənlər üçün əla fürsət ®
-
-
1 saat əvvəl
Azərbaycandan fındıq ixracının həcmi 22% azalıb, gəlir isə 19,5% artıb
-
1 saat əvvəl
30 gün, 30 000 kilometr: JAECOO J8 SHS Azərbaycanda canlı yayımda sınaqdan keçdi
- 1 saat əvvəl
-
2 saat əvvəl
Pomidor ixracının həcmi azalıb, gəlir 15 milyon dollar artıb
-
2 saat əvvəl
Azərbaycanın neft və neft məhsulları ixracından gəliri artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ziraat Bank Azərbaycan çoxdan gözlənilən “Payız kampaniyası”nı təqdim edir ®
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Alma ixracı azalıb, gəlir isə yüksəlib
Şəhərin tam mərkəzində mənzil almaq istəyənlər üçün əla fürsət ®
Gürcüstan Azərbaycana yeni səfir təyin edib
Azərbaycanın neft və neft məhsulları ixracından gəliri artıb
Azərbaycan neftinin qiyməti 128 dolları keçib
Ən çox oxunanlar
İran müharibəsinin Pentaqona xərci 38 milyard dollara çatıb
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanın Hindistana ümumi ixracı 249 dəfə artıb
Azərbaycan-Rusiya ticarətində ciddi geriləmə - İdxal təxminən 1 milyard dollar azalıb
Azərbaycan idxalının dörddə biri Çindən gəlir
Meyvə-tərəvəz ixracı 637 milyon dolları keçib

























