Peşə təhsilində yeni mərhələ – Dağ-mədən üzrə rəqəmsal kurs təqdim olunacaq
“AzerGold” QSC-nin dəstəyi, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Aspire EdTech” şirkətinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə “Dağ-mədən işləri üzrə mütəxəssis” ixtisası üzrə rəqəmsal kurs təqdim olunacaq.
“Dağ-mədən işləri üzrə mütəxəssis” ixtisası üzrə kurrikulum əsasında hazırlanmış rəqəmsal kurs onlayn formatda Gəncə və Daşkəsən şəhərlərində yerləşən ixtisaslaşmış peşə təhsili müəssisələrinin tələbələri və məzunları üçün əlçatan olacaq.
Ənənəvi tədris prosesini rəqəmsal resurslarla dəstəkləmək məqsədi daşıyan rəqəmsal kurs video dərslər, interaktiv məlumatlar və test tapşırıqlarından ibarətdir. Proqram çərçivəsində “AzerGold” QSC-nin mütəxəsislərinin iştirakı ilə ümumilikdə 250 video dərsin və 1500 test tapşırığının hazırlanması nəzərdə tutulub. Kursu uğurla tamamlayan tələbələrə Peşə Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təsdiq edilmiş müvafiq sertifikatlar təqdim ediləcək.
Qeyd edək ki, rəqəmsal təhsil layihəsi çərçivəsində əlavə olaraq çilingər, qaynaqçı və elektrik peşələri üzrə ümumilikdə 15 informativ video dərsin hazırlanması nəzərdə tutulub.
Məqsəd bu peşələr üzrə nəzəri biliklərin əlçatanlığını artırmaq və əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığına töhfə verməkdir. Hazırlanan rəqəmsal kurs eyni zamanda, dağ-mədən sahəsində peşə hazırlığının müasir texnologiyalar və sənaye təcrübəsi ilə daha sıx əlaqələndirilməsinə xidmət edəcək.
Qeyd edək ki, təhsilin inkişafı və dağ-mədən sənayesi üçün ixtisaslı kadr potensialının gücləndirilməsi “AzerGold” QSC-nin fəaliyyətinin prioritet istiqamətlərindəndir. Bu məqsədlə şirkət 2021-ci ildən etibarən ali və peşə təhsili müəssisələrinin tələbələri üçün Təqaüd Proqramını həyata keçirir.
Proqram çərçivəsində indiyədək ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alan 46, peşə təhsili müəssisələrində təhsil alan 52 nəfər olmaqla, ümumilikdə 98 tələbəyə təhsil müddəti ərzində aylıq təqaüd təqdim olunub. Təqaüd Proqramının qaliblərindən 19 nəfəri hazırda “AzerGold” QSC-nin müxtəlif struktur bölmələrində fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
12 saat sonra
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
-
9 saat əvvəl
Dövlət Xidmətinin vəzifəli şəxsi cərimələnib və həbsdən azad olunub
-
9 saat əvvəl
Təcili pul lazım olanlara dəstək üçün kampaniya – 15 min manatadək kredit ®
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Birbank yeni doğulan uşaqların adına ağac əkəcək ®
Ən çox oxunanlar
“Unicapital” 7-ci yerdən 3-cü yerə qalxıb
"CFI Financial”da 7 dəfədən çox artım
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
Korrupsiya ilə əlaqədar məlumat verənlərin həvəsləndirilməsinə dair qanun layihəsinin məqsədləri açıqlanıb
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
50 işçisi olan şirkətlərə korrupsiya ilə bağlı yeni öhdəlik gəlir - Anonim məlumat kanalı yaratmalıdır
Korrupsiya barədə məlumat verənlərə böyük mükafat veriləcək – yeni qayda hazırlanır
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib






















