Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Norm” şirkəti 2025-ci ildə rekord gəlir əldə edib

“Norm” rekord qırdı – İllik gəliri 272,9 milyon manata çatıb. Şirkət 2025-ci ili 80 milyon manatdan çox əməliyyat mənfəəti, 50 milyon manata yaxın xalis mənfəət ilə başa vururb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
“Norm” şirkəti 2025-ci ildə rekord gəlir əldə edib
iç səhifə xəbər şəkil altı (mobil)_32

“Norm” ASC 2025-ci il üzrə audit olunmuş maliyyə nəticələrini açıqlayıb.

Şirkətdən Marja.az-a daxil olmuş məlumatda bildirilir ki, sözügedən ildə ölkədə sement bazarının 3,5% kiçilməsinə baxmayaraq, şirkətin satışdan gəliri əvvəlki illə nisbətdə 6,8% artaraq rekord həddə - 272,9 milyon manata, ümumi mənfəət 2,1% artaraq 132,2 milyon manata çatıb.

Şirkətin əməliyyat mənfəəti 80,1 milyon manat, vergiyə qədər mənfəəti 66,4 milyon manat, mənfəət vergisi 16,6 milyon manat, xalis mənfəəti 49,8 milyon manat təşkil edib. Gəlir artımına şirkətin yeni biznes istiqamətləri də təsir edib. Belə ki, beton məhsullarının satışına görə əldə edilən gəlir 1,1 milyon manatdan 7,2 milyon manata yüksəlib, Storm brendi altında sement əsaslı quru qarışıqlar isə şirkətə ilk ildə 1,3 milyon manat gəlir gətirib.

Hesabat ilində şirkət tərəfindən klinker məhsulunun Gürcüstana ixracı davam etdirilib, Türkmənistan və Özbəkistana isə quyu-tamponaj sementinin satışı həyata keçirilib. Beləliklə, 2025-ci ildə də Norm Azərbaycanın sement sənayesində aparıcı mövqeyini qoruyub saxlayıb.

Şirkətin CEO-su Henning Sasse qeyd edib:

“Norm Sement zavodunun klinker istehsalı gücünü artıraraq, gündəlik 6500 tona çatdırmışıq. Bundan başqa, 2023-cü illə müqayisədə məhsulların keyfiyyət göstəriciləri qorunub saxlanılmaqla, klinker əmsalını 5% optimallaşdırmışıq ki, bu da bizə 76 000 ton klinkerə qənaət etməyə imkan yaradıb. Bu optimallaşdırma sayəsində CO₂ emissiyasının 54 000 ton aşağı salınmasına nail olmuşuq. Karbon ayaq izimizin azaldılmasını Azərbaycan Sement İstehsalçıları Assosiasiyasının Xalis Sıfır Yol Xəritəsinə uyğun şəkildə həyata keçiririk. İnşaat sektorunun ehtiyaclarına cavab verərkən, fəaliyyətimizi dayanıqlı inkişafa sadiqlik prinsipi üzərində qurmaq bizim üçün prioritetdir. Bu yanaşmanı sement istehsalı ilə yanaşı Norm Beton brendi ilə beton məhsullarının, Storm brendi ilə sement əsaslı quru qarışıqların istehsalında da tətbiq edirik. Ötən ilin dekabrından etibarən isə yeni brendimiz Norm Logistics müştərilərə nəqliyyat xidmətləri göstərir və biz logistikada da ekoloji yanaşmanı qoruyub saxlayırıq. Sement istehsalından digər inşaat materialları və əlaqəli xidmət sahələrinə doğru fəaliyyətimizi genişləndirməklə, regionun inşaat materialları istehsalçısına çevrilməyi qarşıya məqsəd qoymuşuq.”

Hər gün yeni vakansiyalar - AzVak.az-da

2025-ci il üzrə maliyyə göstəriciləri barədə məlumatın açıqlanması zamanı şirkətin Maliyyə və Strategiya üzrə Baş direktor müavini Elvin Mirzəyev əlavə edib:

“2025-ci il, şirkət strategiyasının real nəticələr hasil etdiyi il oldu. Belə ki, tikinti materialları seqmentində strateji təşəbbüslərə  57 milyon manata yaxın sərmayə qoyuldu. Sərmayəni həm istehsal fəaliyyətimiz, həm də ehtiyatla strukturlaşdırılmış borc vəsaitləri hesabına təmin etdik.  Bu da, 2024-cü ildə qeydə alınmış yüksək mənfəət səviyyəsi ilə müqayisədə 2025-ci ildə vergiyə qədər mənfəətin aşağı düşməsinin başlıca səbəbidir. Bu sərmayələr şirkətimizin uzunmüddətli inkişaf strategiyası çərçivəsində həyata keçirilir və inşaat materialları istehsalçısına çevrilmək hədəfimizi dəstəkləyir. Bununla belə, Norm ölkənin ən iri vergi ödəyicilərindən biri olaraq qalır və eyni zamanda sosialyönümlü layihələrə əhəmiyyətli resurs ayırmağa davam edir. 2025-ci ildə şirkətin koporativ sosial məsuliyyət layihələrinə xərclədiyi vəsait 5,2 milyon manat təşkil edib.”

“Norm” ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir.

İş elanları AzVak.az-da

Norm ASC Norm Sement Norm gəlirləri Norm mənfəəti Norm 2025 maliyyə nəticələri 272 9 milyon manat sement bazarı sement istehsalı Norm Beton Storm Norm Logistics NEQSOL Holding klinker istehsalı klinker ixracı Gürcüstan Türkmənistan Özbəkistan quyu-tamponaj sementi tikinti materialları 57 milyon manat investisiya 132 2 milyon manat ümumi mənfəət 80 1 milyon manat əməliyyat mənfəəti 66 4 milyon manat vergiyə qədər mənfəət karbon emissiyası CO₂ emissiyası dayanıqlı inkişaf Azərbaycan sement bazarı sement ixracı beton məhsulları quru inşaat qarışıqları tikinti sektoru.
17.09.2026 15:34
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19