Bank 32-ci filialını Bakıxanovda açdı
Rabitəbank filial şəbəkəsini genişləndirərək müştərilərinə daha yaxın olmaq və bank xidmətlərinə əlçatanlığı artırmaq istiqamətində növbəti addım atıb. Bankın sayca 32-ci filialı Bakı şəhəri, Sabunçu rayonunda yerləşən “Bakıxanov Mall” ticarət mərkəzində fəaliyyətə başlayıb.
Yeni filialın açılışı Rabitəbankın müştəriyönümlü inkişaf strategiyasının, xidmət keyfiyyətinin yüksəldilməsi və bankçılığın gündəlik həyata daha rahat inteqrasiyası istiqamətində həyata keçirdiyi təşəbbüslərin davamıdır. Paytaxtın aktiv yaşayış və ticarət məkanlarından birində yerləşən filial fərdi müştərilərlə yanaşı, sahibkarlar üçün də geniş maliyyə imkanlarını vahid məkanda birləşdirir.
Müasir bankçılıq konsepsiyasına uyğun qurulan filialda istehlak və biznes kreditləri, əmanətlər, ödəniş kartları, pul köçürmələri, kassa-hesablaşma və valyuta əməliyyatları da daxil olmaqla geniş çeşiddə bank xidmətləri təqdim olunur. Rəqəmsal həllərlə inteqrasiya olunmuş xidmət infrastrukturu, funksional dizayn və rahat xidmət zonaları müştərilərin maliyyə əməliyyatlarını daha sürətli və səmərəli şəkildə həyata keçirməsinə şərait yaradır.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Yeni filialın rəsmi açılış mərasimində Rabitəbankın rəhbər heyəti, yerli sahibkarlar və bank rəsmiləri iştirak ediblər.
Açılış mərasimində çıxış edən Rabitəbankın İdarə Heyətinin sədri Aydın Hüseynov bankın inkişaf strategiyasında müştəri məmnuniyyətinin, xidmətlərin əlçatanlığının və rəqəmsal transformasiyanın mühüm yer tutduğunu vurğulayıb: “Rabitəbank olaraq inkişaf strategiyamızda müştərilərimizin dəyişən ehtiyaclarını və gözləntilərini əsas götürürük. “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, eləcə də İnternet Bankçılıq platformamız vasitəsilə rəqəmsal xidmətlərimizi inkişaf etdirərkən, müştərilərimizə daha yaxın olmaq üçün filial şəbəkəmizi də genişləndiririk.
Ötən ilin bu dövründə Xankəndi filialımızın açılışını həyata keçirdik. Qarabağda fəaliyyətə başlamaq Rabitəbank olaraq bizim üçün xüsusi qürur və mənəvi dəyər daşıyırdı. Bu gün isə Dövlət Suverenliyi Günü ərəfəsində Bakıxanov filialımızın açılışını həyata keçirməkdən böyük məmnunluq duyuruq. İnanırıq ki, yeni filialımız müştərilərimiz və sahibkarlarımız üçün yeni imkanlar yaradacaq, tərəfdaşlarımız və səhmdarlarımız üçün əlavə dəyər formalaşdıracaq, ölkə iqtisadiyyatının inkişafına töhfə verəcək. Məqsədimiz rəqəmsal bankçılığın sürətini peşəkar xidmət və fərdi yanaşma ilə birləşdirərək bankçılığı müştərilərimizin gündəlik həyatının daha rahat və əlçatan hissəsinə çevirməkdir”.
Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev küçəsi 132, “Bakıxanov Mall” ticarət mərkəzində yeni filialının fəaliyyətə başlaması ilə Rabitəbank paytaxtın daha bir ərazisində müştərilərinə geniş xidmət imkanları təqdim edir. Yeni filial ərazidə yaşayan sakinlərin gündəlik maliyyə əməliyyatlarını asanlaşdırmaqla yanaşı, yerli sahibkarların bank xidmətlərinə çıxışının genişləndirilməsinə də xidmət edəcək.
Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 32 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
4 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
2 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
-
7 saat əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
7 saat əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
7 saat əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
8 saat əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
9 saat əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton






















