Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Azərbaycanda günəş enerjisi və batareya saxlancında yeni böyük əməkdaşlıq - AGEC və Masdar saziş imzalayıb

AGEC və Masdar Azərbaycanda bərpa olunan enerjinin inkişafını sürətləndirmək və fasiləsiz enerji təchizatı imkanlarını araşdırmaq üçün əməkdaşlıq sazişi imzalayıb: AGEC və “Masdar” Qaradağ GES-in genişləndirilməsini araşdıracaq. Bundan başqa 200 MVt·saatlıq batareya sistemi gündəmdədir. Naxçıvanda 100 MVt-lıq fasiləsiz “yaşıl enerji” layihəsi də planlaşdırılır.
AzVak-mobil_resmin_ustu_31
Azərbaycanda günəş enerjisi və batareya saxlancında yeni böyük əməkdaşlıq -  AGEC və Masdar saziş imzalayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

AGEC (Azerbaijan Green Energy Company) və təmiz enerji sahəsində qlobal lider olan Abu Dhabi Future Energy Company PJSC – Masdar Azərbaycanda yeni bərpa olunan enerji layihələrinin inkişaf etdirilməsi imkanlarının araşdırılmasına dair əməkdaşlıq sazişi imzalayıblar.

Saziş Azərbaycan Respublikasının Prezidenti və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli təhlükəsizlik müşaviri, Əbu-Dabi Əmirliyi hakiminin müavini ilə görüşü çərçivəsində imzalanıb və bununla da iki ölkə arasında uzunmüddətli strateji münasibətlərin, eləcə də təmiz enerji sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsinə töhfə verilib.

Sazişə əsasən, AGEC və Masdar 230 meqavat (MVt) gücündə Qaradağ Günəş Fotovoltaik (PV) layihəsinin gücünün 350 MVt-dək artırılması, həmçinin layihəyə 200 meqavat-saatadək (MVt·saat) tutuma malik batareya enerji saxlanc sisteminin (BESS) əlavə edilməsi imkanlarını araşdıracaqlar.

Şirkətlər, həmçinin Naxçıvan Muxtar Respublikasında 100 MVt gücündə fasiləsiz (RTC – round-the-clock) bərpa olunan enerji layihəsinin həyata keçirilməsi imkanlarını araşdıracaqlar. Təklif olunan layihə etibarlı, çevik və idarəolunan təmiz enerji təchizatını təmin etmək məqsədilə Masdar-ın bərpa olunan enerji istehsalını batareya saxlanc sistemləri ilə birləşdirmək sahəsində təcrübəsinə əsaslanacaq.

AGEC şirkətinin Baş İcraçı Direktoru Mir Camal Paşayev bildirib:

“AGEC Azərbaycanın daha şaxələndirilmiş, təhlükəsiz və dayanıqlı enerji gələcəyinə keçidinin dəstəklənməsinə dair uzunmüddətli öhdəliyimizi əks etdirir. Biz hesab edirik ki, bərpa olunan enerjinin inkişafı yalnız investisiya imkanı deyil, eyni zamanda ölkənin iqtisadi dayanıqlılığına, enerji təhlükəsizliyinə və gələcək nəsillərə mühüm töhfədir.

Biz aparıcı qlobal enerji şirkətləri ilə əməkdaşlıq üçün əhəmiyyətli potensial görürük və dünyanın aparıcı bərpa olunan enerji şirkətlərindən biri olan Masdar ilə əməkdaşlıq imkanlarını yaranmasından xüsusilə məmnunuq.

İnanırıq ki, beynəlxalq təcrübənin Azərbaycanın güclü bərpa olunan enerji potensialı ilə birləşdirilməsi yüksək keyfiyyətli layihələrin inkişafını sürətləndirə bilər. AGEC olaraq, yüksək keyfiyyətli bərpa olunan enerji layihələrinin inkişafını dəstəkləmək və Azərbaycan üçün uzunmüddətli dəyər yaradan güclü tərəfdaşlıqlar qurmaq istiqamətində fəaliyyətimizi davam etdiririk.”

AGEC şirkətinin Baş İcraçı Direktorunun müavini Xəyalə Nağıyeva bildirib:

“AGEC Azərbaycanın bərpa olunan enerji sektorunun inkişafının növbəti mərhələsinin irəlilədilməsi istiqamətində Masdar ilə tərəfdaşlıqdan məmnundur. Bu əməkdaşlıq Masdar-ın qlobal təcrübəsini və AGEC-in yerli investisiya və layihələrin idarə edilməsi üzrə potensialını bir araya gətirərək yalnız əlavə enerji gücü deyil, həm də daha yüksək çeviklik, etibarlılıq və enerji təhlükəsizliyi təmin edə biləcək layihələrin araşdırılmasına şərait yaradır.

“Qaradağ” Günəş PV layihəsinin genişləndirilməsi və Naxçıvanda fasiləsiz bərpa olunan enerji təchizatı imkanlarının araşdırılması bərpa olunan enerji istehsalının enerji saxlanc sistemləri ilə inteqrasiyası və Azərbaycan üçün daha dayanıqlı enerji həllərinin inkişaf etdirilməsi istiqamətində mühüm addımdır.

Biz bu imkanları Azərbaycanın uzunmüddətli dayanıqlı inkişafına töhfə verən, maliyyələşdirilə bilən və yüksək təsirə malik layihələrə çevirməyi səbirsizliklə gözləyirik.”

Naxçıvanda təklif olunan 100 MVt gücündə fasiləsiz bərpa olunan enerji layihəsi etibarlı və çevik təmiz elektrik enerjisi təmin etmək məqsədilə bərpa olunan enerji istehsalı ilə irimiqyaslı batareya enerji saxlanc sistemlərinin birləşdirilməsi imkanlarını araşdıracaq.

Layihə Masdar şirkətinin Əbu-Dabidə həyata keçirdiyi qabaqcıl təcrübəyə əsaslanacaq. Şirkət burada günəş fotovoltaik enerji istehsalını batareya saxlama sistemləri ilə birləşdirən giqamiqyaslı fasiləsiz fəaliyyət göstərən bərpa olunan enerji layihəsi hazırlayır. Layihənin məqsədi 1 QVt-a qədər fasiləsiz baza yükü bərpa olunan elektrik enerjisi təmin etməkdir.

Yeni əməkdaşlıq Azərbaycanın inkişaf edən enerji sektorunda bərpa olunan enerjinin, enerji saxlanc sistemlərinin və çevik təmiz enerji həllərinin artan əhəmiyyətini əks etdirir.

Beynəlxalq bərpa olunan enerji təcrübəsini yerli investisiya və layihələrin inkişafı imkanları ilə birləşdirərək, AGEC və Masdar Azərbaycanın artan elektrik enerjisi tələbatını qarşılamağa, eyni zamanda daha şaxələndirilmiş, təhlükəsiz və dayanıqlı enerji gələcəyinin formalaşdırılmasına töhfə verə biləcək layihələrin həyata keçirilməsi imkanlarını nəzərdən keçirirlər.

Tərəfdaşlıq, həmçinin dəyişkən bərpa olunan enerji istehsalının elektrik enerjisi sisteminə inteqrasiyasını gücləndirə və Azərbaycanın enerji infrastrukturunun uzunmüddətli dayanıqlığını dəstəkləyə biləcək innovativ bərpa olunan enerji həllərinin inkişaf etdirilməsi üçün imkanlar yaradır..

İnstagram: agec.az

Linkedin: azerbaijan-green-energy-company

AGEC Azerbaijan Green Energy Company Masdar Abu Dhabi Future Energy Company Qaradağ Günəş Elektrik Stansiyası Qaradağ GES günəş enerjisi 350 MVt 200 MVt-saat BESS batareya enerji saxlanc sistemi Naxçıvan 100 MVt RTC round-the-clock enerji fasiləsiz bərpa olunan enerji yaşıl enerji bərpa olunan enerji enerji saxlancı Azərbaycan enerji sektoru təmiz enerji enerji təhlükəsizliyi enerji keçidi günəş fotovoltaik stansiyası yaşıl investisiya Azərbaycan BƏƏ əməkdaşlığı
18.09.2026 18:10
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19