Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
iç səhifə xəbər şəkil altı (mobil)_32

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür.

Sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (“Əsrin müqaviləsi”) ildönümü və neft-qaz sahəsində çalışan işçilərin peşə bayramı - Neftçilər Günü kimi qeyd olunur.

Reklam_3_11

Bu günün peşə bayramı kimi qeyd edilməsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə rəsmiləşdirilib.

Neftçilər günündə sənayenin bu sahəsində əldə edilən uğurlar və qarşıda duran əsas məsələlər müzakirə edilir, bu sahədə xüsusi xidmətlər və fədakarlıq göstərən fəhlə və mütəxəssislərə dövlət başçısının fərman və sərəncamları ilə fəxri adlar, orden və medallar verilir.

Məhz həmin günün bu sektorda çalışanların peşə bayramı kimi qeyd edilməsi isə 1994-cü il sentyabrın 20-də Bakıda AÇG-nin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə altı ölkədən olan 11 xarici neft şirkəti arasında müqavilənin imzalanması ilə bağlıdır. İlkin olaraq 30 il müddətinə imzanlanmış AÇG sazişi 12 dekabr 1994-cü il tarixində Milli Məclis tərəfindən qəbul olunub və 14 dekabr 1994-cü il tarixində qüvvəyə minib. Bu saziş keçmiş Sovet İttifaqının hər hansı bir ölkəsinə Qərb transmilli şirkətləri tərəfindən qoyulmuş ilk böyük investisiya olub və “Əsrin müqaviləsi” kimi tanınır.

Əsrin müqaviləsi AÇG Azəri-Çıraq-Günəşli Dərinsulu Günəşli SOCAR Azərbaycan nefti Neftçilər Günü 20 sentyabr neft sənayesi Xəzər dənizi Hasilatın Pay Bölgüsü Sazişi PSA neft müqaviləsi Azərbaycan enerji sektoru Heydər Əliyev xarici investisiyalar neft hasilatı enerji strategiyası neft-qaz sektoru Azərbaycan enerji siyasəti.
20.09.2026 00:08
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19

Ən çox oxunanlar