Azərbaycanın geoloji məlumatları vahid elektron sistemdə toplanacaq
Azərbaycanın yeraltı sərvətləri rəqəmsal xəritəyə köçürüləcək.Azərbaycanda dağ-mədən sənayesi üzrə geoloji məlumatların geniş rəqəmsallaşdırılması nəzərdə tutulur.
Marja.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulub.
Dövlət Proqramına əsasən, rəqəmsallaşdırılmış geoloji məlumatları əhatə edən vahid elektron geoloji informasiya ehtiyatı yaradılaraq istifadəyə veriləcək. Prioritet yataqlar haqqında məlumatların hazırlanması və təqdim edilməsi beynəlxalq hesabatlılıq standartlarına uyğunlaşdırılacaq.
Layihə çərçivəsində əvvəlcə Dövlət Geoloji İnformasiya Fondundakı məlumatların inventarlaşdırılması, daha sonra prioritet məlumatların mərhələli rəqəmsallaşdırılması və sistemləşdirilməsi nəzərdə tutulur.
Bu tədbir geoloji məlumatların investorlar üçün daha sistemli təqdim edilməsinə və yataqlar üzrə investisiya qərarlarının informasiya bazasının yaxşılaşdırılmasına xidmət etməlidir.
Müştərilərin xəbərləri
“Prior Leasing” 2 milyon manatlıq istiqraz emissiyasına başlayır: illik 15% gəlir hər 30 gündən bir ödəniləcək ®
Ərəb şirkəti Qəbələdə premium yaşayış kompleksi tikir – Satışlar başlayıb, qiymətlər 130 min dollardan başlayır
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
- 3 d. əvvəl
-
-
5 d. əvvəl
Daşkəsəndə zavodlar arasında 45 kilometrlik boru kəməri çəkiləcək
- 7 d. əvvəl
-
11 d. əvvəl
Daşkəsəndə filizdən son məhsuladək yeni sənaye zənciri qurulacaq
- 23 d. əvvəl
-
30 d. əvvəl
Azərbaycanda mədən və metallurgiya üçün beynəlxalq laboratoriya yaradılacaq
-
35 d. əvvəl
Hərəkətdə Titan gücü: REDMI Note 17 Pro Max 5G yarış trekində - QİYMƏTLƏR ®
- 37 d. əvvəl
-
40 d. əvvəl
Azərbaycanın geoloji məlumatları vahid elektron sistemdə toplanacaq
- 51 d. əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
İdxalı azalda biləcək 2 milyon tonluq zavod planı
Daşkəsəndə zavodlar arasında 45 kilometrlik boru kəməri çəkiləcək
Daşkəsəndə filizdən son məhsuladək yeni sənaye zənciri qurulacaq
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Azərbaycanın geoloji məlumatları vahid elektron sistemdə toplanacaq
Ərəb şirkəti Qəbələdə premium yaşayış kompleksi tikir – Satışlar başlayıb, qiymətlər 130 min dollardan başlayır
Azərbaycanda “Yerin təki haqqında” yeni qanun hazırlanacaq
Azərbaycan 15 min kvadratkilometrdə yeni sərvətlər axtaracaq























