970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb

Banklar mikro və kiçik biznesə krediti kəskin artırıb. Bankların tikintiyə krediti bir ildə 1,15 milyard manat yüksəlib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Mikro sahibkarlığa verilən biznes kreditləri 3 milyard 346 milyon 500 min manatdan (31 avqust 2025-ci il tarixinə) 3 milyard 925 milyon manata (31 avqust 2026-cı il tarixinə) yüksəlib.

Marja.az Azərbaycan Mərkəzi Bankının “Statistik bülleten”inin 2026-cı ilin avqust buraxılışına istinadən xəbər verir ki, artım 578 milyon 500 min manat və ya 17,3% olub.

Kiçik sahibkarlıq üzrə kredit portfeli isə 1 milyard 573 milyon 500 min manatdan 1 milyard 858 milyon 500 min manata yüksələrək 285 milyon manat və ya 18,1% artıb. 

İri biznesə verilən kreditlər 9,7 milyard manata çatıb

Bankların iri sahibkarlıq subyektlərinə kredit portfeli 8 milyard 34 milyon 700 min manatdan 9 milyard 689 milyon 200 min manata yüksəlib. İllik artım 1 milyard 654 milyon 500 min manat və ya 20,6% təşkil edib. 

Tikinti sektoruna biznes kreditləri 79% artdı

Tikinti sahəsi üzrə biznes kreditlərinin həcmi 31 avqust 2025-ci ildə 1 milyard 459 milyon 400 min manat olduğu halda, 31 avqust 2026-cı ildə 2 milyard 613 milyon 900 min manata çatıb. Artım 1 milyard 154 milyon 500 min manat və ya 79,1% təşkil edib. Bu, nəzərdən keçirilən əsas biznes sahələri arasında ən diqqətçəkən artımlardan biridir. 

Nəqliyyat sektoruna kreditlər 31% artıb

Nəqliyyat sahəsi üzrə biznes kreditləri bir il ərzində 1 milyard 620 milyon 200 min manatdan 2 milyard 125 milyon 100 min manata yüksəlib. Artım 504 milyon 900 min manat və ya 31,2% təşkil edib.   

İş elanları AzVak.az-da

mikro biznes kiçik biznes sahibkarlıq kreditləri KOB iri sahibkarlıq biznes kreditləri korporativ kredit banklar tikinti kreditləri inşaat sektoru nəqliyyat sektoru nəqliyyat kreditləri biznes kreditləri logistika banklar biznes kreditləri tikinti şirkətləri banklar
25.09.2026 12:55
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19