Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

PAŞA Kapital “INMerge” İnnovasiya Sammitinin sponsorudur ®

iç səhifə xəbər başlığı altı (mobil)_31
PAŞA Kapital “INMerge” İnnovasiya Sammitinin sponsorudur ®
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın kapital bazarlarının inkişafına və investisiya ekosisteminin formalaşmasına töhfə verən PAŞA Kapital “INMerge İnnovasiya Sammiti 2026”nın Gümüş Tərəfdaşıdır. Şirkət artıq ikinci ildir ki, regionun aparıcı innovasiya tədbirinin təşkilinə sponsor qismində dəstək göstərir.

30 noyabr – 1 dekabr tarixlərində keçiriləcək “INMerge İnnovasiya Sammiti 2026” dünyanın aparıcı texnologiya şirkətlərini, biznes liderlərini, investorları, startapları və innovatorları bir araya gətirəcək. Sammit çərçivəsində qlobal texnoloji trendlər, süni intellekt, yeni texnologiyaların biznesə təsiri və gələcəyin biznes modelləri müzakirə olunacaq.

PAŞA Kapital üçün “INMerge” ilə tərəfdaşlıq innovasiya və texnologiyaya dəstək verməklə yanaşı, kapital bazarının inkişafı üçün yeni imkanların müzakirə edildiyi platformanın təşkili baxımından da əhəmiyyət daşıyır. Şirkət ötən il keçirilən sammit çərçivəsində kapital bazarları sektoruna həsr olunmuş panel müzakirəsinin təşəbbüskarı olaraq sektorun inkişaf perspektivləri, investisiya imkanları və bazarın gələcək transformasiyası ilə bağlı fikir mübadiləsinə töhfə verib.

Bu il də tərəfdaşlığın davam etdirilməsi PAŞA Kapitalın Azərbaycanın investisiya və innovasiya ekosisteminin inkişafına, yeni biznes və texnoloji yanaşmaların təşviqinə, eləcə də kapital bazarları ilə digər iqtisadi sektorlar arasında əlaqələrin gücləndirilməsinə verdiyi önəmi əks etdirir.

Şirkət innovasiya, texnologiya və yeni nəsil maliyyə həllərinin investisiya imkanlarını daha əlçatan, çevik və effektiv etməklə kapital bazarlarının davamlı inkişafına mühüm töhfə verir.

28.09.2026 16:56
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19

Ən çox oxunanlar