Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Prezident Administrasiyasından Naftalana – Yeni icra başçısının karyera yolu

Harvard kursunu bitirib, diplomat olub. Naftalanın yeni rəhbəri əvvəllər Rusiyada və Türkiyədə diplomat işləyib.
AzVak-mobil_resmin_ustu_31
Prezident Administrasiyasından Naftalana – Yeni icra başçısının karyera yolu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Naftalan rayonunun yeni icra başçısının dosyesini təqdim edirik:

Məmmədiyə Məmmədov 1989-cu ildə Bakı şəhərində anadan olub. 2005–2009-cu illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (Universitet) beynəlxalq hüquq fakültəsində hüquqşünas ixtisası üzrə bakalavriat təhsili alıb.

2009–2011-ci illərdə Böyük Britaniyanın London şəhərində Regents Universitetində biznesin idarə edilməsi ixtisası üzrə təhsil alıb.

2015–2017-ci illərdə Moskva Dövlət Humanitar İqtisadiyyat Universitetində iqtisadiyyat ixtisası üzrə magistr təhsili almış və fərqlənmə diplomuna layıq görülüb.

2025-ci ildə ABŞ-ın Harvard Universitetinin dövlət idarəçiliyi strategiyasının icrası üzrə kursunu bitirib.

2013-2022-ci illərdə Xarici İşlər Nazirliyində, o cümlədən Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi, Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunda müxtəlif diplomatik vəzifələrdə, 2022-ci ilin iyul ayından Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində – Baş məsləhətçi, Sektor müdiri vəzifələrində çalışıb.

Əmək fəaliyyəti dövründə bir çox yerli və xarici ölkələrdə keçirilən beynəlxalq səviyyəli tədbirlərin iştirakçısı və təşkilatçısı olub, o cümlədən 2024-cü ildə Bakı şəhərində keçirilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) göstərdiyi fəal iştirakına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Evlidir, iki övladı var.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Məmmədiyə Məmmədov Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan Şəhər İcra Hakimiyyəti Naftalan icra başçısı yeni icra başçısı Prezident Administrasiyası Xarici İşlər Nazirliyi MGIMO Regents Universiteti Harvard Universiteti COP29 diplomat Naftalan şəhəri İlham Əliyev 28 sentyabr 2026.
28.09.2026 21:03
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19

Ən çox oxunanlar