“AzerGold”un ixracdan gəliri 32,6 milyon dollar artıb – 180 milyon dolları keçib
2026-cı ilin yanvar-avqust aylarında “AzerGold” QSC-nin ixracı 180,6 milyon ABŞ dolları təşkil edib.
Marja.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”na istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövründə şirkətin ixracı 148 milyon dollar olmuşdu. Beləliklə, “AzerGold”un ixracı 32,6 milyon dollar və ya 22% artıb.
Şirkət dövlətə məxsus ixracatçılar arasında ikinci yerdə qərarlaşıb.
“AzerGold” ilk üç dövlət ixracatçısı arasında yeganə şirkətdir ki, illik müqayisədə ciddi artım nümayiş etdirib.
Şirkətin ixracındakı 32,6 milyon dollarlıq yüksəliş dövlət ixracatçıları arasında nominal artım üzrə ikinci ən yüksək nəticələrdən biridir.
2026-cı ilin birinci rübündə şirkətin ixrac gəlirlərinin 91,1 milyon manatdan çox olduğu və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 26% artdığı açıqlanmışdı.
“AzerGold” QSC 2015-ci ildə təsis edilib, 2016-cı ildə fəaliyyətə başlayıb. Şirkət metal və qeyri-metal filiz yataqlarının öyrənilməsi, kəşfiyyatı, işlənməsi və idarə olunması, qiymətli metalların hasilatı və satışı ilə məşğuldur.
Müştərilərin xəbərləri
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
10 d. əvvəl
Avro ucuzlaşır – Dollar qarşısında son 3 ayın minimumuna düşüb
-
-
16 d. əvvəl
100 min dollardan 300 min dollara - “Azəripək” ixracını 3 dəfə artırıb
-
54 d. əvvəl
Azərbaycanda 117,7 milyon dollarlıq layihə – Yeni zavod tikiləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
- 1 saat əvvəl
-
1 saat əvvəl
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
-
1 saat əvvəl
“AzerGold”un ixracdan gəliri 32,6 milyon dollar artıb – 180 milyon dolları keçib
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Avro ucuzlaşır – Dollar qarşısında son 3 ayın minimumuna düşüb
Oktyabr ayının hava proqnozu açıqlanıb
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
Alüminium ixracında dövlət şirkətindən güclü artım
Ən çox oxunanlar
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Əliyev Pezeşkiana zəng edib




























