Rəqəmsal biznesə güzəştlərin qaydası dəyişir – ixrac edən daha çox dəstək alacaq
Dövlət güzəştləri nəticəyə bağlayır – əsas meyar ixrac və valyuta olacaq. İnnovativ şirkətlərə dövlət satınalmalarında 20% üstünlük veriləcək. 20 illik güzəştlər qalır, amma şərtlər dəyişirMilli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Azərbaycan Respublikası Prezidentinin etirazı ilə qaytarılmış “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Sosial sığorta haqqında”, “Gömrük tarifi haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 453-VIIQD nömrəli Qanunda aparılan təkmilləşdirmənin əsas istiqamətlərini və detalları açıqlayıb.
Azər Əmiraslanov deyib ki, Milli Məclis tərəfindən növbədənkənar sessiya dövründə dövlətimizin rəqəmsal inkişaf strategiyasının və innovasiya ekosisteminin hüquqi bazasının yaradılması məqsədilə 4 layihədən ibarət qanunvericilik paketi müzakirə edilərək qəbul olunub və imzalanmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edilib.
Güzəştlər artıq nəticəyə bağlanacaq
Parlamentin komitə sədri qeyd edib ki, bu paketə daxil edilmiş və 3 oxunuşdan keçən qanunlardan biri Vergi Məcəlləsinə və digər 5 qanuna dəyişikliklərdən ibarət olan, rəqəmsal iqtisadiyyatın stimullaşdırılmasını və bu sahədə güzəştlərin tətbiqini nəzərdə tutan qanun olub:
“Dövlət başçısı innovativ fəaliyyətə dövlət dəstəyi və güzəştlərlə bağlı bu qanunu Azərbaycan Respublikası Konstitusiyasının 110-cu maddəsinə uyğun olaraq təklif etdiyi dəyişikliklərlə təkrar baxılması üçün Milli Məclisə qaytarıb. Biz 3 oxunuşda qəbul edilmiş qanunların Azərbaycan Respublikası Prezidenti tərəfindən təklif edilən dəyişikliklərlə qaytarılmasını və qanunun məqsədəuyğun hesab edilməyərək imzalanmadan geri qaytarılmasını konstitusion prosedurlar kimi fərqləndirməliyik. Ümumiyyətlə, qanunun imzalanmadan qaytarılması dövlət başçısının Əsas Qanunumuzda təsbit edilmiş müstəsna hüququ və bu hüququn reallaşdırılmasıdır. Bu, bir tərəfdən qanunvericilik prosesinin konstitusion davamı, digər tərəfdən də ali icra hakimiyyəti ilə qanunverici hakimiyyətin konstitusiya normalarına əsaslanan qarşılıqlı fəaliyyət mexanizmidir. Beləliklə, Azərbaycan Respublikasının Prezidenti innovasiya ekosistemi üzrə dövlət dəstəyinin və stimullaşdırıcı mexanizmlərin təkmilləşdirilməsi məqsədilə Milli Məclisin qəbul etdiyi qanuna bir sıra mühüm dəyişikliklər təklif edib.
Yenilənmiş qanun Milli Məclisin Daxili Nizamnaməsinin 21-ci maddəsinə uyğun olaraq aparıcı komitə kimi İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilib və onun dövlət başçısının təklif etdiyi dəyişikliklərlə qəbul edilməsi məqsədəuyğun hesab olunub. Müvafiq qərar komitə üzvləri tərəfindən yekdilliklə dəstəklənib. Bugünkü plenar iclasda Qanuna təklif olunan dəyişikliklərlə bağlı Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, çox hörmətli həmkarımız Şahmar Mövsümov Azərbaycan Respublikası Prezidentinin nümayəndəsi statusunda qanuna təklif edilən dəyişiklikləri təqdim etdi və onun mahiyyəti ilə bağlı ətraflı məlumat verdi. Qanuna daxil edilmiş yeni müddəaların məqsədəuyğun olması barədə Komitəmizin rəyini təqdim etməklə yanaşı, bəzi məqamları da xüsusi olaraq vurğulamaq istərdik.
İlk növbədə nəzərə almalıyıq ki, Milli Məclisin üç oxunuşda qəbul etdiyi qanunun yeni redaksiyada əsas konsepsiyası dəyişmir. Prezidentin təklifləri həmin konsepsiyanın həyata keçirilməsi mexanizmlərini təkmilləşdirir.
Başlıca məqsəd yenə də ölkəmizdə innovativ iqtisadiyyatın inkişafının sürətləndirilməsi, bu sahəyə çoxşaxəli dövlət dəstəyinin göstərilməsi və özəl investisiyaların cəlb edilməsinin stimullaşdırılmasıdır.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
İlkin yanaşmada sektor üzrə müəyyən edilən güzəştlər ümumi qaydada tətbiq edilirdi. Təklif edilən yeni dəyişikliklər isə innovativ fəaliyyətə dövlət dəstəyini konkret meyarlarla – ixrac göstəriciləri və valyuta daxilolmaları ilə əlaqələndirir və şərtləndirir.
Yerli innovativ məhsullara satınalmada 20% üstünlük
Mühüm dəyişikliklərdən biri güzəştlərin tətbiq dairəsinin daha dəqiq müəyyən edilməsi və dövlət dəstəyinin konkret olaraq özəl innovativ sahibkarlığa istiqamətləndirilməsidir.
Dövlət innovativ məhsullar üçün bazarın və tələbin formalaşmasına şərait yaratmaq məqsədilə 20 faizlik satınalma güzəşti müəyyən edir və yeni redaksiyada bu, imperativ norma kimi təsbit olunur.
Nəhayət, yenilənmiş qanuna innovativ iqtisadiyyatın iştirakçısı olan sahibkarların hüquqlarının müdafiəsi baxımından mühüm əlavələr daxil edilir.
Beləliklə, dövlət innovativ sahibkarlığı dəstəkləməyə davam edir, lakin bu dəstəyi şəffaf meyarlar əsasında konkret iqtisadi nəticəyə görə hədəfləyir. Bu o deməkdir ki, uzunmüddətli dövlət dəstəyi son nəticədə iqtisadiyyat üçün əlavə dəyər yaratmalı, ixracı və investisiyaların həcmini genişləndirməli, ölkəyə valyuta daxilolmalarını artırmalı və yerli şirkətlərin xarici bazarlara çıxışını stimullaşdırmalıdır. Başqa sözlə, söhbət dövlət dəstəyinin məhdudlaşdırılmasından deyil, onun daha ünvanlı və nəticəyönümlü tətbiq edilməsindən gedir.
Bu baxımdan hesab edirik ki, Prezidentin təklifləri qanunun ilkin məqsədini qorumaqla onun tətbiq mexanizmlərinin təkmilləşdirilməsinə xidmət edir.
Bir məqamı da nəzərə almalıyıq ki, rəqəmsal və innovativ iqtisadiyyat sürətlə dəyişən sahədir və onun kompleks hüquqi tənzimlənməsi ölkəmiz üçün də nisbətən yeni təcrübədir. Yeni texnologiyalar, biznes və maliyyələşmə modelləri yarandıqca və inkişaf etdikcə tənzimləmə mexanizmlərinin, o cümlədən bu sahədə qanunvericiliyin davamlı təkmilləşdirilməsi təbii və zəruri olacaqdır.
Əsas məsələ müvafiq hüquqi bazanın rəqəmsal və innovativ iqtisadiyyatın inkişaf tempinə uyğunlaşdırılması və yeni çağırışları çevik nəzərə almasıdır”.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
© APA
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
2 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
-
5 saat əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
5 saat əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
5 saat əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
5 saat əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
7 saat əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton

























