ABŞ-da gözləniləndən böyük ticarət kəsiri
ABŞ-ın ticarət kəsiri avqust ayında xam neft və kapital mallarının (başqa mal və xidmətlərin istehsalında istifadə olunan uzunmüddətli avadanlıq və texniki vasitələr) idxalının artması fonunda kəskin yüksələrək 2025-ci ilin əvvəlindən bəri ən yüksək səviyyəyə çatıb.
Marja xəbər verir ki, ABŞ Ticarət Nazirliyinin açıqladığı məlumatlara görə, mal və xidmət ticarəti üzrə kəsir əvvəlki ayla müqayisədə 13,7% artaraq 105,6 milyard dollara yüksəlib.
“Bloomberg”in sorğusunda iştirak edən iqtisadçıların median proqnozu ticarət kəsirinin 102,1 milyard dollar təşkil edəcəyini nəzərdə tuturdu. Beləliklə, faktiki göstərici bazar gözləntilərini üstələyib.
Avqustda idxalın dəyəri 4,3%, ixrac isə 1,4% artıb.
İnflyasiyaya uyğunlaşdırılmamış aylıq ticarət göstəriciləri 2025-ci ilin əvvəlindən etibarən ciddi dəyişkənlik nümayiş etdirir. Buna ABŞ-ın tətbiq etdiyi gömrük tarifləri, son dövrdə müharibənin xam neft qiymətlərində yaratdığı dalğalanmalar, eləcə də təchizat zəncirindəki problemlər təsir göstərir.
Bundan əlavə, süni intellekt sahəsinə böyük həcmdə investisiyaların həyata keçirilməsi üçün ABŞ iqtisadiyyatının idxal olunan texnologiyalardan asılılığının yüksək olması da idxalın artmasına təsir edən amillər sırasındadır.
Avqust ayında qeydə alınan yüksək ticarət kəsirinin ABŞ iqtisadiyyatının üçüncü rübdəki artım göstəricisinə mənfi təsir göstərəcəyi gözlənilir.
Son məlumatlar açıqlanmazdan əvvəl Atlanta Federal Ehtiyat Bankının “GDPNow” modeli xalis ixracın ümumi daxili məhsulun artım göstəricisini 2,59 faiz bəndi azalda biləcəyini göstərirdi.
Bu, 2025-ci ilin əvvəlindən bəri xalis ixracın ABŞ ÜDM-inə ən böyük mənfi təsiri ola bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
- 30 d. əvvəl
- 32 d. əvvəl
-
36 d. əvvəl
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
-
41 d. əvvəl
11 avtobus marşrutu üzrə müsabiqənin qalibləri açıqlandı – ŞİRKƏTLƏR VƏ ŞƏXSLƏR
-
47 d. əvvəl
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®
-
1 saat əvvəl
Biznesini böyüt, daha az vergi ödə – Vergi Məcəlləsinə mühüm dəyişiklik təklif olunur
-
2 saat əvvəl
“Azərsun Holdinq”in istehsalat müəssisələrində birgə infotur keçirilib
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®
Biznesini böyüt, daha az vergi ödə – Vergi Məcəlləsinə mühüm dəyişiklik təklif olunur
Ən çox oxunanlar
“My Home” işində 172 nəfər zərərçəkmiş kimi tanınıb – “Vesta Construction”un təsisçisi məhkəmə qarşısına çıxacaq
Azərbaycan neftinin on qiyməti
Rəsmi məzənnələr açıqlandı
“Fitch” 2027-ci il üçün suveren reytinqlər üzrə qlobal proqnozu “neytral” müəyyən edib























