“Vitol”un rəhbərindən Qərbdə neft ehtiyatları ilə bağlı xəbərdarlıq
Dünyanın ən böyük müstəqil neft treyderlərindən biri olan “Vitol”un rəhbəri İranla müharibə səbəbindən Qərb ölkələrində istifadəyə yararlı neft ehtiyatlarının tükəndiyini bildirib və qış mövsümünə daxil olarkən yanacaq bazarında gərginliyin davam edəcəyi barədə xəbərdarlıq edib.
Marja xəbər verir ki, “Vitol Group”un baş direktoru Russell Hardy Londonda keçirilən Enerji Kəşfiyyatı Forumunda bildirib ki, Qərbdə istifadəyə verilə biləcək əlavə ehtiyat demək olar ki, qalmayıb.
“Qərbdə istifadə oluna biləcək başqa ehtiyat qalmayıb. Mövcud ehtiyatları tükətmişik”, – Hardy deyib.
G7 ölkələri və onların tərəfdaşları ötən həftənin cümə günü fövqəladə neft ehtiyatlarından 100 milyon barelin bazara çıxarılacağını açıqlayıblar.
Bu qərar ABŞ Prezidenti Donald Tramp administrasiyasının sürətlə bahalaşan dizel yanacağının qiymətlərini aşağı salmaq üçün Avropanı daha çox tədbir görməyə çağırmasından sonra verilib.
Hardy bildirib ki, ehtiyatların bazara buraxılmasının konkret detalları hələ tam şəffaf deyil.
“Vitol” rəhbərinin açıqlamaları “Saudi Aramco”nun baş direktorunun dünyadakı təxminən 6 milyard barellik neft ehtiyatının 10%-dən az hissəsinin müxtəlif logistika çətinlikləri səbəbindən praktik olaraq istifadəyə yararlı olduğu barədə xəbərdarlığından bir gün sonra səsləndirilib.
Hardy qarşıdakı aylarda yanacaq bazarında gərginliyin davam edəcəyini də bildirib.
“Neft məhsulları bazarında vəziyyət hələ də çox, çox gərgindir və qış aylarını geridə qoyana qədər bunun bir müddət davam etməsi ehtimal olunur”, – “Vitol”un baş direktoru qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
- 41 d. əvvəl
- 43 d. əvvəl
-
47 d. əvvəl
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
-
52 d. əvvəl
11 avtobus marşrutu üzrə müsabiqənin qalibləri açıqlandı – ŞİRKƏTLƏR VƏ ŞƏXSLƏR
-
58 d. əvvəl
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®
-
1 saat əvvəl
Biznesini böyüt, daha az vergi ödə – Vergi Məcəlləsinə mühüm dəyişiklik təklif olunur
-
2 saat əvvəl
“Azərsun Holdinq”in istehsalat müəssisələrində birgə infotur keçirilib
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®
Biznesini böyüt, daha az vergi ödə – Vergi Məcəlləsinə mühüm dəyişiklik təklif olunur
Ən çox oxunanlar
“My Home” işində 172 nəfər zərərçəkmiş kimi tanınıb – “Vesta Construction”un təsisçisi məhkəmə qarşısına çıxacaq
Azərbaycan neftinin on qiyməti
Rəsmi məzənnələr açıqlandı
“Fitch” 2027-ci il üçün suveren reytinqlər üzrə qlobal proqnozu “neytral” müəyyən edib



























