970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Dövlət satınalmalarında süni intellekt dövrü başladı– Şərtləri avtomatik yoxlanacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət satınalmalarında süni intellekt dövrü başladı– Şərtləri avtomatik yoxlanacaq
iç səhifə xəbər şəkil altı (mobil)_32

Dövlət satınalmalarının vahid internet portalında süni intellekt əsaslı yeni funksiya tətbiq edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin yaydığı məlumatda bildirilir ki, bu funksiya satınalma proseslərinin optimallaşdırılması və qanunvericiliyə uyğun təşkilinə, eləcə də risklərin qiymətləndirilməsi və azaldılmasına xidmət edəcək.

Satınalma proseslərinin daha səmərəli təşkili məqsədilə Dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az/) yeni rəqəmsal həll tətbiq olunub. Portalda elan olunan satınalmalar üzrə şərtlər toplusunun süni intellekt texnologiyaları vasitəsilə avtomatik təhlili və yoxlanılması imkanı yaradılıb.

Yeni həll ilkin mərhələdə şərtlər toplusundakı texniki xətaları, hüquqi uyğunsuzluqları və digər çatışmazlıqları müəyyən edərək preventiv tədbirlərin görülməsinə imkan yaradacaq. Bundan əlavə, sistem hər hansı təchizatçıya əsassız üstünlük yarada biləcək subyektiv və ya məhdudlaşdırıcı xarakterli tələblərin operativ şəkildə aşkarlanmasına, bununla da rəqabət mühitinin qorunmasına dəstək göstərəcək. Süni intellekt əsaslı həll həmçinin təchizatçılar tərəfindən irəli sürülə biləcək etiraz və şikayətlərin, eləcə də satınalma prosedurlarının ləğvi ilə bağlı risklərin azaldılmasına xidmət edəcək.

Məlumat üçün bildirək ki, süni intellekt vasitəsilə aparılan yoxlamaların nəticələri və həmin yoxlamalar əsasında formalaşdırılan hesabatlar satınalan təşkilatlar üçün tövsiyə xarakteri daşıyır.

Portalda süni intellekt əsaslı yeni funksiyadan istifadə qaydaları ilə bağlı hazırlanmış təlimat videosunu buraya keçid etməklə izləyə bilərsiniz.

07.10.2026 15:21
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Əliyev Putinə zəng edib
Əliyev Putinə zəng edib
07.10.2026 15:34
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19