970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

KPMG Davr Bank-ın 51% səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

ABB Özbəkistandakı bank alışında KPMG ilə çalışıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
KPMG Davr Bank-ın 51% səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib
iç səhifə xəbər şəkil altı (mobil)_32

KPMG Özbəkistanın inkişaf edən kommersiya banklarından biri - Davr Bank-ın 51% səhminin alışı ilə bağlı ABB-yə (Azərbaycan Beynəlxalq Bankı) dəstək göstərib.

KPMG-dən Marja.az-a verilən məlumata görə, bu tranzaksiya ABB-nin coğrafi genişlənmə hədəflərinə doğru mühüm addım olmaqla yanaşı, Azərbaycanla Özbəkistan arasında iqtisadi və maliyyə əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir.

Qeyd edilib ki, KPMG ABB-nin hüquq, maliyyə və biznes komandaları ilə birgə çalışaraq, bazar araşdırması, ilkin yoxlama, əməliyyatın icrası və hüquqi məsləhət xidmətləri göstərməklə tranzaksiyanın əsas mərhələlərinə dəstək verib. KPMG-nin multidisiplinar komandası hədəf bankın skrininqi və bazarın araşdırılması, maliyyə, vergi, hüquq, İT və komplayens üzrə ilkin yoxlamaların aparılması, tranzaksiyanın strukturlaşdırılması və danışıqlar prosesinə dəstək, tranzaksiya sənədlərinin nəzərdən keçirilməsi, habelə zəruri tənzimləyici icazələrin alınmasında kömək göstərib. 

Layihə KPMG-nin İnvestisiyalar və kapital bazarı, Hüquq, Vergi, Texnologiya və Risk xidmətləri üzrə mütəxəssislərini bir araya gətirməklə, maliyyə xidmətləri sektorunda transsərhəd əməliyyatların multidisiplinar xarakterini əks etdirib. 

“Bank sektorunda həyata keçirilən transsərhəd əməliyyatlar hüquqi və tənzimləyici baxımdan xüsusilə hərtərəfli qiymətləndirmə tələb edir. İnvestorlar layihənin kommersiya baxımından cəlbediciliyi ilə yanaşı, yerli qanunvericiliyin tələblərini, maliyyə sektorunu tənzimləyən xüsusi normativ bazanı, habelə korporativ idarəetmə strukturunu nəzərə almalıdırlar. Bu amillərin hərtərəfli qiymətləndirilməsi tranzaksiyanın uğurlu icrasını təmin etməyə kömək edir” - deyə Azərbaycanda və Özbəkistanda KPMG Law rəhbəri Seymur Niftəliyev qeyd edib.

“Bu cür tranzaksiyaların mahiyyəti yalnız kapitaldan ibarət deyil. Onlar uzunmüddətli inkişaf məqsədilə müxtəlif ölkələrdə fəaliyyət göstərən müəssisələri, bazarları və maraqlı tərəfləri bir araya gətirir. ABB Banka regional genişlənmənin bu mühüm mərhələsində dəstək olmaq multidisiplinar komandamız üçün böyük şərəf idi. Biz tranzaksiya prosesində nümayiş etdirdikləri etimada, peşəkarlığa və əməkdaşlığa görə ABB Banka, Davr Bank-ın səhmdarlarına və rəhbərliyinə, eləcə də layihənin bütün iştirakçılarına öz təşəkkürümüzü bildiririk” - deyə KPMG Qafqaz və Mərkəzi Asiyada İnvestisiyalar və kapital bazarı departamentinin Partnyoru Kiril Martinov bildirib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

ABB Azərbaycan Beynəlxalq Bankı Davr Bank KPMG KPMG Özbəkistan Özbəkistan bank sektoru bank alışı 51 faiz səhm transsərhəd tranzaksiya bank səhmləri investisiya bank sektoru Seymur Niftaliyev Kiril Martinov Azərbaycan Özbəkistan iqtisadi əlaqələri regional genişlənmə
07.10.2026 15:40
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Əliyev Putinə zəng edib
Əliyev Putinə zəng edib
07.10.2026 15:34
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19