Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Samsung tarixinin ən böyük rüblük mənfəətini açıqladı – 80 milyard dollar

“Samsung” rekord qırdı: Rüblük əməliyyat mənfəəti ilk dəfə 100 trilyon vonu keçib. Süni intellekt bumu “Samsung”un mənfəətini 9 dəfəyə yaxın artırıb.
AzVak-mobil_resmin_ustu_31
Samsung tarixinin ən böyük rüblük mənfəətini açıqladı – 80 milyard dollar
iç səhifə xəbər şəkil altı (mobil)_32

Cənubi Koreyanın texnologiya nəhəngi “Samsung Electronics” 2026-cı ilin üçüncü rübü üzrə rekord maliyyə nəticələri açıqlayıb.

Marja xəbər verir ki, şirkətin ilkin hesablamalarına görə, əməliyyat mənfəəti 107,4 trilyon von (təxminən 80,2 milyard dollar) təşkil edib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 782,5% artım deməkdir. Bununla da “Samsung” tarixində ilk dəfə rüblük əməliyyat mənfəəti 100 trilyon von həddini keçib.

Şirkətin üçüncü rübdə gəlirlərinin isə təxminən 195 trilyon vona çatdığı bildirilir. Bu, illik müqayisədə təxminən 127% artım deməkdir.

“Samsung”un rekord nəticələrinin əsas səbəblərindən biri süni intellekt infrastrukturu üçün istifadə olunan yaddaş çiplərinə tələbatın kəskin artmasıdır. Xüsusilə yüksək ötürmə qabiliyyətli yaddaş çiplərinə — HBM məhsullarına tələbatın yüksəlməsi, həmçinin DRAM və NAND yaddaş çiplərinin təklifinin məhdud qalması şirkətin yarımkeçirici biznesinin gəlirlərini artırıb.

Müqayisə üçün, “Samsung Electronics” 2025-ci ilin üçüncü rübündə 12,17 trilyon von əməliyyat mənfəəti əldə etmişdi.

Şirkət 2026-cı ilin ikinci rübündə də rekord göstəricilər açıqlamışdı. Həmin dövrdə gəlirlər 171,5 trilyon von, əməliyyat mənfəəti isə təxminən 89,5 trilyon von təşkil etmişdi.

“Samsung Electronics”in biznes istiqamətləri üzrə daha ətraflı maliyyə nəticələrini oktyabrın sonlarında açıqlaması gözlənilir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Samsung Electronics Samsung mənfəəti Samsung gəlirləri süni intellekt AI yaddaş çipləri HBM DRAM NAND yarımkeçiricilər Samsung maliyyə nəticələri Samsung səhmləri texnologiya şirkətləri
08.10.2026 07:40
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19