970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Arthur Hayes: Süni intellekt bumuna trilyonlarla dollar “boşuna xərclənir”

BitMEX-in keçmiş rəhbəri AI bumunun çöküşlə nəticələnəcəyini gözləyir. Arthur Hayes-dən xəbərdarlıq edib ki, AI investisiyalarında ifrat artım Bitcoin-i yüksəldə bilər.
AzVak-mobil_resmin_ustu_31
Arthur Hayes: Süni intellekt bumuna trilyonlarla dollar “boşuna xərclənir”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

BitMEX-in keçmiş baş direktoru, “Maelstrom” kripto investisiya şirkətinin həmtəsisçisi və investisiya direktoru Arthur Hayes hesab edir ki, hazırda süni intellekt infrastrukturu üçün trilyonlarla dollar həcmində həddindən artıq investisiya edilir və bu proses sonda bazarda artıq güclərin yaranmasına, böhrana və sonradan xilasetmə tədbirlərinə gətirib çıxara bilər.

Marja xəbər verir ki, Hayes Sinqapurda keçirilən “Gamma Prime Investing Conference” çərçivəsində sualları cavablandırarkən bildirib ki, bəşəriyyət süni intellekt məlumat mərkəzlərinin tikintisinə “trilyonlarla dolları boşuna xərcləyir”. Onun fikrincə, hazırkı kütləvi infrastruktur quruculuğu nəticəsində hesablama gücü gələcəkdə son dərəcə ucuz və bol olacaq.

Hayes hesab edir ki, əvvəlki böyük texnoloji dalğalarda olduğu kimi, AI infrastrukturu da həddindən artıq qurula bilər. Onun ssenarisinə görə, əvvəlcə investisiya bumu, daha sonra artıq təklif və böhran, ardınca isə maliyyə sisteminə yeni likvidlik axını baş verə bilər. Hayes belə bir halda Bitcoin və digər kriptovalyutaların əsas faydalanan aktivlər arasında ola biləcəyini düşünür.

Onun sözlərinə görə, 2027-ci ilin sonu və ya 2028-ci il kritik mərhələ ola bilər. Hayes bunu hazırda tikilməkdə olan məlumat mərkəzlərinin böyük hissəsinin həmin dövrdə istifadəyə verilməsi ilə əlaqələndirir. Bu zaman süni intellekt şirkətlərinin götürdükləri hesablama gücü öhdəliklərinin real gəlirlərlə nə qədər təmin olunduğu daha aydın görünə bilər.

Hayes xüsusilə “OpenAI”, “Anthropic” və digər böyük AI layihələrinin sürətlə artan hesablama xərclərinə diqqət çəkib. Bununla yanaşı, o etiraf edib ki, süni intellekt bumuna avadanlıq təmin edən bəzi şirkətlər, o cümlədən yaddaş çipi istehsalçıları və “Nvidia” artıq ciddi gəlirlər əldə edirlər. Onun fikrincə, investorlar üçün əsas məsələ həmin şirkətlərin gələcək mənfəətinə hansı qiymətləndirmə əmsalı ilə yatırım edilməsidir.

Hayes AI şirkətlərinin səhmlərinin ucuzlaşmasına mərc etməyi və ya onları “short” etməyi də cəlbedici investisiya strategiyası hesab etmir. Onun əsas tezisi ondan ibarətdir ki, böyük texnoloji infrastruktur dalğaları tarixən tez-tez həddindən artıq investisiya ilə müşayiət olunub.

Hayes bu prosesin kriptovalyuta bazarında yeni imkanlar yaradacağını da düşünür. O, süni intellekt agentləri üçün ödəniş və hesablama gücü bazarı yaratmağa yönəlmiş “Flop” layihəsi üzərində işləyir. Layihənin 2027-ci ilin birinci rübündə istifadəyə verilməsi planlaşdırılır. İdeyaya əsasən, iştirakçılar GPU resursları və AI inferensiyası təqdim etməklə “Flop” tokenləri əldə edə biləcəklər.

Hayes-in proqnozu hazırkı AI investisiya bumuna dair artan narahatlıqlarla üst-üstə düşür. Son dövrlərdə bir sıra investorlar və iqtisadçılar süni intellekt infrastrukturuna yatırılan nəhəng məbləğlərin gəlirlilik baxımından özünü doğruldub-doğrultmayacağı ilə bağlı suallar qaldırırlar.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Arthur Hayes BitMEX Maelstrom süni intellekt AI Bitcoin kriptovalyuta məlumat mərkəzləri data center AI investisiyaları Nvidia OpenAI Anthropic Flop AI agentləri hesablama gücü
08.10.2026 08:19
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19