Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda inflyasiya açıqlandı

Azərbaycanda illik inflyasiya 5,7%-dən 5,5%-ə düşüb.
AzVak-mobil_resmin_ustu_31
Azərbaycanda inflyasiya açıqlandı
iç səhifə xəbər şəkil altı (mobil)_32

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" başlıqlı məlumat yayıb.

Qeyd edilib ki, 2026-cı ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-sentyabr aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,5 faiz artıb.

Reklam_3_11

Cari ilin sentyabr ayında istehlak qiymətləri avqust ayına nisbətən 0,9 faiz, 2025-ci ilin sentyabr ayına nisbətən isə 5,5 faiz artıb. Qeyd edək ki, istehlak qiymətləri 2026-cı ilin avqust ayında 2025-ci ilin avqust ayına nisbətən isə 5,7 faiz artmışdı. Beləliklə, illik inflyasiya 0,2 faiz bəndi geriləyib.

2026-cı ilin sentyabr ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 1,4 faiz, əvvəlki ilin müvafiq ayına nisbətən 6,9 faiz artıb.

Xatırladaq ki, 2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,6 faiz artmışdı. Cari ilin avqust ayında istehlak qiymətləri iyul ayına nisbətən 0,2 faiz, 2025-ci ilin avqust ayına nisbətən isə 5,7 faiz artmışdı. 2026-cı ilin avqust ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,3 faiz, əvvəlki ilin müvafiq ayına nisbətən 7,2 faiz yüksəlmişdi.

Cari ilin sentyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından qarabaşaq yarması, mal, qoyun və toyuq əti, təzə və dondurulmuş balıq, yumurta, gavalı, şaftalı, şabalıd, göyərti, xiyar, pomidor, şirin bibər, badımcan, göy lobya, yerkökü, soğan və kartofun qiymətləri bahalaşıb, kərə yağı, limon, alma, armud, üzüm, kivi, qoz, fındıq və ağ kələmin qiymətləri ucuzlaşıb. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2026-cı ilin sentyabr ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,4 faiz, əvvəlki ilin müvafiq ayına nisbətən 3,6 faiz artıb. Sentyabr ayında əvvəlki ayla müqayisədə geyim, boya, kəsilmiş taxta, mebel, noutbuk və planşet kompüterlərin qiymətləri bahalaşıb, zərgərlik məmulatlarının qiymətləri ucuzlaşıb. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2026-cı ilin sentyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə qiymət artımı əvvəlki aya nisbətən 0,6 faiz, əvvəlki ilin müvafiq ayına nisbətən 5,1 faiz təşkil edib. Sentyabr ayında əvvəlki ayla müqayisədə ali və orta ixtisas təhsil müəssisələrinin, xarici dil və abituriyent hazırlığı kurslarının, mənzillərin kirayəyə verilməsi və bərbərxana xidmətlərinin qiymətləri bahalaşıb, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma və malların çatdırılması xidmətlərinin qiymətləri ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Azərbaycanda inflyasiya sentyabr 2026 inflyasiya Dövlət Statistika Komitəsi istehlak qiymətləri Azərbaycanda bahalaşma ərzaq qiymətləri ərzaq inflyasiyası mal ətinin qiyməti qoyun əti toyuq əti yumurta qiyməti balıq qiymətləri kartof qiyməti pomidor qiyməti tərəvəz qiymətləri geyim qiymətləri mənzil kirayəsi kirayə qiymətləri təhsil haqları kurs qiymətləri qeyri-qida məhsulları ödənişli xidmətlər 2026-cı il qiymət artımı.
12.10.2026 15:11
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19