Azərbaycanda oyuncaqların satışı və idxalı ilə bağlı yeni qaydalar təsdiqləndi – 6 ay sonra qüvvəyə minəcək
“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib
Texniki Reqlament ölkədə oyuncaqların təhlükəsizliyinə dair məcburi tələblərin müəyyənləşdirilməsi, həmçinin onların uyğunluğunun qiymətləndirilməsi prosedurlarının tənzimlənməsi məqsədilə qəbul edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən hazırlanmış “Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)” Nazirlər Kabinetinin 2026-cı il 7 oktyabr tarixli 327 nömrəli Qərarı ilə təsdiq edilib. Texniki reqlament bir sıra qabaqcıl ölkələrin müvafiq sahədəki təcrübəsi və qanunvericiliyin tələbləri nəzərə alınmaqla hazırlanıb.
Sözügedən Texniki Reqlamentdə oyuncaqlara dair konstruksiya, material, kimyəvi, fiziki-mexaniki, elektrik və gigiyenik göstəricilər üzrə məcburi tələblərin tətbiqi, bazara buraxılmazdan əvvəl oyuncaqların akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən müvafiq sxemlər üzrə məcburi sertifikatlaşdırılması və uyğunluq nişanı ilə nişanlanması nəzərdə tutulub.
Texniki Reqlament istehlak bazarının təhlükəli oyuncaqlardan qorunmasına kömək etməklə yanaşı, istehlakçılarını çaşdıra biləcək hərəkətlər və haqsız rəqabət hallarının aradan qaldırılmasını təmin edəcək.
Qeyd edək ki, Texniki Reqlament 14 yaşınadək uşaqlar üçün nəzərdə tutulan oyuncaqları əhatə edir və dərc edildiyi gündən 6 ay sonra qüvvəyə minir. Qüvvəyə mindikdən sonra Texniki Reqlamentin tələblərinə uyğun olmayan və ya həmin sənəddə nəzərdə tutulmuş üsulla uyğunluğu qiymətləndirilməmiş oyuncaqları istehsal etmək, satışa çıxarmaq, satmaq, idxal etmək və ya istifadə etmək qadağandır. Texniki Reqlament onun qüvvəyə minməsindən əvvəl idxal olunan, Azərbaycan Respublikasının ərazisində istehsal olunan və dövriyyəyə buraxılan, habelə istifadədə olan oyuncaqlara və ona əlavə edilmiş siyahıda oyuncaq sayılmayan məhsullara, fərdi sifarişlə hazırlanmış oyuncaqlara və sərgi nümunələrinə şamil edilmir.
Agentlik Texniki Reqlamentin yaxın gələcəkdə qüvvəyə minməsi ilə əlaqədar oyuncaqların istehsalı, idxalı və satışı ilə məşğul olan təsərrüfat subyektlərini öz fəaliyyətlərini bu Texniki Reqlamentin tələblərinə uyğunlaşdırmağa çağırır. Texniki Reqlamentin tətbiqi ilə bağlı hər hansı suallar yarandığı təqdirdə, təsərrüfat subyektləri Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəsmi internet səhifəsi (https://www.competition.gov.az) və ya elektron poçt ([email protected]) vasitəsilə müraciət edilə bilərlər.
Qeyd: Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən 44 milli texniki reqlament layihəsi hazırlanıb. Bir müddət öncə “Qaz yanacağı ilə işləyən qurğu və avadanlıqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
- 35 d. əvvəl
- 37 d. əvvəl
-
41 d. əvvəl
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
-
46 d. əvvəl
11 avtobus marşrutu üzrə müsabiqənin qalibləri açıqlandı – ŞİRKƏTLƏR VƏ ŞƏXSLƏR
-
52 d. əvvəl
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®
-
1 saat əvvəl
Biznesini böyüt, daha az vergi ödə – Vergi Məcəlləsinə mühüm dəyişiklik təklif olunur
-
2 saat əvvəl
“Azərsun Holdinq”in istehsalat müəssisələrində birgə infotur keçirilib
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®
Biznesini böyüt, daha az vergi ödə – Vergi Məcəlləsinə mühüm dəyişiklik təklif olunur
Ən çox oxunanlar
“My Home” işində 172 nəfər zərərçəkmiş kimi tanınıb – “Vesta Construction”un təsisçisi məhkəmə qarşısına çıxacaq
Azərbaycan neftinin on qiyməti
Rəsmi məzənnələr açıqlandı
“Fitch” 2027-ci il üçün suveren reytinqlər üzrə qlobal proqnozu “neytral” müəyyən edib



























