970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Azərbaycan OPEC+ iclasında neft bazarı üçün mühüm risklərə diqqət çəkib

Neftin daşınması bahalaşır – OPEC+ ölkələri vəziyyəti müzakirə edib
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan OPEC+ iclasında neft bazarı üçün mühüm risklərə diqqət çəkib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində keçirilən 17-ci Beynəlxalq Enerji Forumu (IEF17) və 25-ci WPC Enerji Konqresi çərçivəsində təşkil olunan OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin onlayn iclasında iştirak edib.

Reklam_3_11

İclasda OPEC Katibliyinin “Xam neftin daşınması və sığortalanması xərclərinin artması” mövzusunda təqdimatı dinlənilib, mövcud şəraitin qlobal neft bazarına təsirləri müzakirə olunub.

Nazir Pərviz Şahbazov çıxışında bildirib ki, neft bazarının sabitliyi üçün tələb və təklif balansı ilə yanaşı, enerji resurslarının beynəlxalq bazarlara təhlükəsiz, fasiləsiz və əlverişli şərtlərlə çatdırılması da mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, bazar şəraitinin qiymətləndirilməsində nəqliyyat marşrutlarının təhlükəsizliyi, fraxt tarifləri və sığorta xərclərinin nəzərə alınması vacibdir. Nazir Azərbaycanın OPEC+ çərçivəsində hər zaman etibarlı tərəfdaş olduğunu bildirərək, ölkəmizin bundan sonra da birgə səylərə dəstəyini davam etdirəcəyini qeyd edib.

İclasda nazirlər OPEC+ çərçivəsində məsləhətləşmələrin davam etdirilməsi,  bazardakı vəziyyətin izlənilməsi, hökumətlər və sənaye nümayəndələri ilə  müzakirələrin davam etdirilməsi barədə razılığa gəliblər.

 

Hər gün yeni vakansiyalar - AzVak.az-da 

13.10.2026 08:09
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19