Tramp Səudiyyə Ərəbistanına hücum edən husilərə sərt reaksiya verdi
ABŞ Prezidenti Donald Tramp Yəməndəki husilərin Səudiyyə Ərəbistanına qarşı hücumlarını kəskin tənqid edərək onların hərəkətlərini yanlış adlandırıb.
Marja.az xəbər verir ki, Tramp Ohayo ştatında keçiriləcək seçki mitinqinə qatılmaq üçün Ağ Evdən ayrılarkən jurnalistlərin suallarını cavablandırıb.
Son günlər Səudiyyə Ərəbistanına hücumlarını artıran husilərlə bağlı suala cavabında ABŞ Prezidenti bildirib:
“Husilər yanlış işlər görürlər, özü də çox yanlış. Bu vəziyyət heç də yaxşı deyil”.
Tramp hücumların ABŞ-dəki seçkilərə təsirini şərh edib
Jurnalistlər Trampdan husilərin son dövrdə hücumlarını artırması ilə ABŞ Konqresinə keçiriləcək aralıq seçkilər arasında əlaqə görüb-görmədiyini soruşublar.
ABŞ Prezidenti hücumların seçkilərə mümkün təsiri barədə konkret qiymətləndirmə aparmadığını bildirib.
“Bunun seçkilərə necə təsir edəcəyini bilmirəm. Bunu nəzərə almıram. Bildiyim yeganə şey odur ki, İran heç vaxt nüvə silahına sahib olmayacaq və artıq bu vəziyyət təmin edilib. Onlar heç vaxt nüvə silahına sahib olmayacaqlar. Amma husilər yanlış hərəkət edirlər”, – deyə Tramp vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
- 34 d. əvvəl
- 36 d. əvvəl
-
40 d. əvvəl
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
-
45 d. əvvəl
11 avtobus marşrutu üzrə müsabiqənin qalibləri açıqlandı – ŞİRKƏTLƏR VƏ ŞƏXSLƏR
-
51 d. əvvəl
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®
-
1 saat əvvəl
Biznesini böyüt, daha az vergi ödə – Vergi Məcəlləsinə mühüm dəyişiklik təklif olunur
-
2 saat əvvəl
“Azərsun Holdinq”in istehsalat müəssisələrində birgə infotur keçirilib
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®
Biznesini böyüt, daha az vergi ödə – Vergi Məcəlləsinə mühüm dəyişiklik təklif olunur
Ən çox oxunanlar
“My Home” işində 172 nəfər zərərçəkmiş kimi tanınıb – “Vesta Construction”un təsisçisi məhkəmə qarşısına çıxacaq
Azərbaycan neftinin on qiyməti
Rəsmi məzənnələr açıqlandı
“Fitch” 2027-ci il üçün suveren reytinqlər üzrə qlobal proqnozu “neytral” müəyyən edib























