970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Türkiyədə 1 milyard dollarlıq sərmaydən imtina edən BYD Avropada 40 min nəfəri işlə təmin etməyi planlaşdırır

Çinin avtomobil nəhəngi Türkiyədə investisiyanı dayandırıb Avropada minlərlə iş yeri açmağı planlaşdırır
iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyədə 1 milyard dollarlıq sərmaydən imtina edən BYD Avropada 40 min nəfəri işlə təmin etməyi planlaşdırır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Türkiyədə 1 milyard dollarlıq avtomobil zavodu layihəsini dayandıran Çinin elektrikli avtomobil istehsalçısı BYD Avropada genişmiqyaslı işə qəbul proqramına başlamağı və 2030-cu ilədək regiondakı əməkdaşlarının sayını 40 mindən çox artırmağı deyil, ümumilikdə 40 mindən çox işçiyə çatdırmağı planlaşdırır.

Marja.az xəbər verir ki, şirkət Avropa bazarında sadəcə avtomobil ixracatçısı olmaqdan çıxaraq regionun əsas avtomobil istehsalçılarından birinə çevrilməyi hədəfləyir. 

Reklam_3_11

BYD-nin xarici əməliyyatlarına rəhbərlik edən icraçı vitse-prezidenti Stella Li oktyabrın 12-də Paris Avtomobil Sərgisində Bloomberg-ə müsahibəsində şirkətin Avropaya uzunmüddətli investisiya strategiyası həyata keçirdiyini bildirib.

Onun sözlərinə görə, BYD-nin Avropadakı əməkdaşlarının sayı yaxın müddətdə 10 min nəfəri keçəcək, 2030-cu ildə isə 40 min nəfərdən çox olacaq.

Bu planın reallaşması BYD-ni Avropada ən çox işçi çalışdıran qeyri-Avropa avtomobil istehsalçılarından birinə çevirə bilər.

Şirkət yeni əməkdaşları həm avtomobil sənayesindən, həm də digər sahələrdən cəlb etməyi nəzərdə tutur. Avropanın avtomobil şirkətlərində ixtisar olunan işçilərin də işə qəbul edilməsi imkanları qiymətləndirilir.

Macarıstandakı zavod istehsala başlayır, Fransa və İspaniya da gündəmdədir

Stella Li bildirib ki, BYD-nin Macarıstanda yerləşən ilk Avropa minik avtomobili zavodunun fəaliyyətə başlaması üçün hazırlıqlar son mərhələdədir.

Şirkət 2026-cı ilin dördüncü rübündə müəssisədə kütləvi istehsala başlamağı hədəfləyir.

BYD Avropada növbəti istehsal müəssisələrinin yaradılmasını da nəzərdən keçirir. Yeni zavodlar üçün potensial ölkələr arasında Fransa və İspaniya da var. 

Türkiyədə 1 milyard dollarlıq layihə dayandırılıb

Qeyd edək ki, BYD Türkiyə hökuməti ilə Manisa şəhərində təxminən 1 milyard dollar dəyərində avtomobil istehsalı müəssisəsinin yaradılmasına dair müqavilə imzalasa da, 2026-cı ilin iyununda layihənin icrasını qeyri-müəyyən müddətə dayandırıb.

Şirkət Türkiyədə istehsala başlanılması üçün konkret vaxt müəyyən etməyib və əsas diqqətini Avropa bazarında istehsalın lokallaşdırılmasına yönəldib. 

Avropa İttifaqının yeni məhdudiyyətləri qiymətləndirilir

Bu arada Çin və Avropa İttifaqı arasında aparılan danışıqlar nəticəsində Çindən idxal olunan hibrid avtomobillərin sayına məhdudiyyətlərin tətbiqini nəzərdə tutan razılaşma əldə edilib.

Stella Li bildirib ki, BYD yeni məhdudiyyətlərin şirkətin fəaliyyətinə mümkün təsirlərini qiymətləndirir. Lakin qərarların bütün detalları hələ məlum olmadığından yekun nəticə çıxarmaq tezdir. 

Hər gün yeni vakansiyalar - AzVak.az-da

BYD BYD Türkiyə investisiyası BYD zavodu BYD Avropa Stella Li elektrikli avtomobillər Çin avtomobil istehsalçıları Macarıstan BYD zavodu Fransa avtomobil sənayesi İspaniya 1 milyard dollar investisiya avtomobil istehsalı 40 min iş yeri
13.10.2026 10:47
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19