970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Azərbaycanın audit şirkəti ləğv olunur - 2018-ci ildə reytinqində birinci yeri tutmuşdu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın audit şirkəti ləğv olunur - 2018-ci ildə reytinqində birinci yeri tutmuşdu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“İmdad Audit” MMC ləğvetmə prosesinə başlayıb.

Marja.az “Vergilər” qəzetinə istinadən xəbər verir ki, VÖEN-i 1402034061 olan audit şirkəti ləğv olunduğunu elan edib.

Kreditorlar iki ay ərzində tələblərini AZ1111, Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, ev 2C ünvanına təqdim edə bilərlər.

“İmdad Audit” 25 may 2026-cı ildə nizamnamə kapitalını azaldaraq 10 manat müəyyən etdiyini açıqlamışdı. Beləliklə, kapitalın azaldılmasından təxminən beş ay sonra şirkətin ləğvetmə prosesinə başlanılıb.

Auditorlar Palatasının açıq məlumatına əsasən, “İmdad Audit” 2018-ci ildə yerli auditor təşkilatlarının reytinqində birinci yeri tutub. Şirkətin keçmiş baş direktoru və auditoru İlham Süleymanov 2011–2021-ci illərdə təşkilata rəhbərlik edib.

Ləğvetmənin səbəbi və şirkətin son maliyyə göstəriciləri açıqlanmayıb.

Qeyd edək ki, dərc olunan məlumat ləğvetmə elanıdır. Şirkətin dövlət reyestrindən artıq çıxarıldığı təsdiqlənməyib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

İmdad Audit audit şirkəti İlham Süleymanov şirkətin ləğvi Auditorlar Palatası Dövlət Vergi Xidməti
14.10.2026 16:36
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19