Azərbaycan Avropaya 8,6 milyard kubmetr qaz göndərib – Türkiyəyə ixrac 7 milyard kubmetrdir
Azərbaycanın neft və qaz hasilatı açıqlandı. Azərbaycanda gündəlik neft və kondensat hasilatı 547 min barel olub. Azərbaycanın qaz hasilatının yarıdan çoxu “Şahdəniz”in payına düşüb. AÇG Azərbaycanın neft hasilatının təxminən 60%-ni təmin edir. Azərbaycan Suriyaya 1,2 milyard kubmetr qaz ixrac edib.Bu ilin 9 ayında 19,9 milyon ton neft, 37,9 milyard kubmetr təbii qaz hasil edilib
2026-cı ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, respublikada 19,9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 11,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,6 milyon tonu “Şahdəniz”in, 0,4 milyon tonu “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 5,1 milyon ton təşkil edib.
Bu dövrdə 15,5 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub. Bunun 14,2 milyon tonu konsorsiumun, 0,8 milyon tonu SOCAR-ın, 0,5 milyon tonu isə JOCAP-ın payına düşüb.
Qeyd edək ki, bu ilin 9 ayı ərzində xam neft hasilatı orta hesabla gündəlik 61 min ton (446 min barrel), kondensat hasilatı 12 min ton (101 min barrel) təşkil edib. Ümumilikdə neft hasilatı orta hesabla gündəlik 73 min ton (547 min barrel) olub.
Hesabat dövründə neftin emalı 4,5 milyon ton təşkil edib.
2026-cı ilin 9 ayında ölkədə 37,9 milyard kubmetr təbii qaz hasil edilib. Hasilatın 10,8 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 20,6 milyard kubmetri “Şahdəniz”in, 1,2 milyard kubmetri “Abşeron” yatağının, 5,3 milyard kubmetri isə SOCAR-ın payına düşüb.
Bu dövrdə qaz ixracı 18,4 milyard kubmetr təşkil edib. Bunun 8,6 milyard kubmetri Avropanın, 7 milyard kubmetri Türkiyənin (o cümlədən TANAP-la 4,2 milyard kubmetr), 1,6 milyard kubmetri Gürcüstanın, 1,2 milyard kubmetri isə Suriyanın payına düşüb.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən cari ilin 1 oktyabr tarixinədək 684,5 milyon tona yaxın neft (qaz kondensatı ilə birlikdə), 540 milyard kubmetr qaz hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 629,5 milyon ton neft, 254,7 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 55 milyon tona yaxın kondensat, 285,3 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə 682,5 milyon ton neft, 206,4 milyard kubmetr qaz ixrac olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
- 36 d. əvvəl
- 38 d. əvvəl
-
42 d. əvvəl
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
-
47 d. əvvəl
11 avtobus marşrutu üzrə müsabiqənin qalibləri açıqlandı – ŞİRKƏTLƏR VƏ ŞƏXSLƏR
-
53 d. əvvəl
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®
-
1 saat əvvəl
Biznesini böyüt, daha az vergi ödə – Vergi Məcəlləsinə mühüm dəyişiklik təklif olunur
-
2 saat əvvəl
“Azərsun Holdinq”in istehsalat müəssisələrində birgə infotur keçirilib
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®
Biznesini böyüt, daha az vergi ödə – Vergi Məcəlləsinə mühüm dəyişiklik təklif olunur
Ən çox oxunanlar
“My Home” işində 172 nəfər zərərçəkmiş kimi tanınıb – “Vesta Construction”un təsisçisi məhkəmə qarşısına çıxacaq
Azərbaycan neftinin on qiyməti
Rəsmi məzənnələr açıqlandı
“Fitch” 2027-ci il üçün suveren reytinqlər üzrə qlobal proqnozu “neytral” müəyyən edib






















