Bankdan narazı qalan vətəndaşlar nə etməlidirlər? – Şikayət qaydaları
İstehlakçı hüquqları və şikayət mexanizmi. Bank xidmətlərindən istifadə zamanı istehlakçılar hansı hüquqi məqamlara diqqət yetirməlidirlər?Bank xidmətlərindən istifadə edərkən müqavilə şərtləri ilə tanış olmaq, hüquq və öhdəlikləri bilmək, eləcə də hər hansı narazılıq yarandıqda düzgün müraciət qaydasına əməl etmək istehlakçıların hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Müqavilə bağlayarkən şərtlərlə diqqətlə tanış olmaq vacibdir:
Bankla müqavilə bağlamazdan əvvəl müştərilərə təqdim olunan sənədləri, xüsusilə standart məlumatlandırma formasını diqqətlə oxumaq tövsiyə olunur. Bu forma bank məhsulu və ya xidməti barədə əsas məlumatları, ödəniş üsullarını, maliyyə institutunun fəaliyyətinə nəzarəti həyata keçirən orqan haqqında məlumatları, həmçinin istehlakçı hüquqlarının pozulmasına səbəb olan halların aradan qaldırılması ilə bağlı şərtləri əhatə edir.
Müqavilənin şərtləri ilə əvvəlcədən tanış olmaq müştərinin üzərinə düşən öhdəlikləri, ödəniş qaydalarını və mümkün riskləri daha aydın başa düşməsinə, eləcə də məlumatlı qərar verməsinə kömək edir. Anlaşılmayan məqamlar olduqda müqavilə imzalanmazdan əvvəl bankdan ətraflı izahat almaq məqsədəuyğundur.
Şikayət yarandıqda ilk növbədə banka müraciət etmək tövsiyə olunur
Bank xidməti ilə bağlı narazılıq yarandıqda istehlakçının ilk addımı müvafiq maliyyə institutuna müraciət etmək olmalıdır. Azərbaycan Respublikası Mərkəzi Bankının maliyyə institutlarında istehlakçı şikayətlərinə baxılması ilə bağlı metodoloji yanaşmasına əsasən, ilk növbədə maliyyə institutuna müraciət edilməsi tövsiyə olunur.
Müraciətdə problemin mahiyyətinin, hadisənin baş verdiyi tarixin və istehlakçının gözləntisinin aydın göstərilməsi, mövcud olduqda müvafiq sənədlərin əlavə edilməsi araşdırma prosesinə kömək edə bilər.
Mərkəzi Banka müraciət imkanları
Maliyyə institutu ilə yaranmış məsələnin həlli mümkün olmadıqda və ya şikayətinin nəticəsi ilə razılaşmadıqda, istehlakçı Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət edə bilər. Bunun üçün Mərkəzi Bankın rəsmi müraciət kanallarından, o cümlədən qaynar xəttindən və əlaqə nömrələrindən, rəsmi internet səhifəsinin müraciət bölməsindən, vətəndaş qəbulundan, poçt vasitəsilə yazılı müraciət imkanından və digər təqdim olunan rəsmi kanallardan istifadə etmək mümkündür.
Məhkəməyə müraciət
Maliyyə xidmətləri ilə bağlı mübahisələrin məhkəmə qaydasında həlli zamanı qanunvericiliklə müəyyən edilmiş prosessual tələblərə əməl olunmalıdır. Mübahisənin növündən asılı olaraq, məhkəməyə müraciət etməzdən əvvəl məhkəməyədək həll proseduruna riayət edilməsi, bəzi hallarda isə ilkin mediasiya sessiyasında iştirak tələb oluna bilər. Kommersiya mübahisələrində qanunvericiliklə nəzərdə tutulmuş hallarda qarşı tərəfə pretenziya məktubunun göndərilməsi də tələb olunur.
Növbəti mərhələdə iddia ərizəsi hazırlanmalı, tələblər və onların hüquqi əsasları göstərilməli, ərizəyə zəruri sənədlər əlavə edilməlidir. Sənədlər qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəməyə, o cümlədən elektron məhkəmə sistemi vasitəsilə təqdim edilə bilər.
Məhkəməyə müraciət etməzdən əvvəl konkret mübahisəyə tətbiq olunan prosedur qaydalarını dəqiqləşdirmək və zərurət olduqda hüquqi məsləhət almaq tövsiyə olunur.
İstehlakçı hüquqlarının qorunması məlumatlı qərarlardan başlayır. Müqavilə şərtlərini əvvəlcədən öyrənmək, yaranan problemlərlə bağlı aidiyyəti qurumlara düzgün qaydada müraciət etmək və qanunvericiliyin tələblərinə əməl etmək maliyyə xidmətlərindən daha təhlükəsiz və məsuliyyətli istifadəyə imkan verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
- 22 d. əvvəl
- 24 d. əvvəl
-
28 d. əvvəl
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
-
33 d. əvvəl
11 avtobus marşrutu üzrə müsabiqənin qalibləri açıqlandı – ŞİRKƏTLƏR VƏ ŞƏXSLƏR
-
39 d. əvvəl
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®
-
58 d. əvvəl
Biznesini böyüt, daha az vergi ödə – Vergi Məcəlləsinə mühüm dəyişiklik təklif olunur
-
1 saat əvvəl
“Azərsun Holdinq”in istehsalat müəssisələrində birgə infotur keçirilib
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®
Biznesini böyüt, daha az vergi ödə – Vergi Məcəlləsinə mühüm dəyişiklik təklif olunur
Ən çox oxunanlar
“My Home” işində 172 nəfər zərərçəkmiş kimi tanınıb – “Vesta Construction”un təsisçisi məhkəmə qarşısına çıxacaq
Azərbaycan neftinin on qiyməti
Rəsmi məzənnələr açıqlandı
“Fitch” 2027-ci il üçün suveren reytinqlər üzrə qlobal proqnozu “neytral” müəyyən edib

























