Azərbaycanda ani ödənişlərin sayı 25 dəfə artıb – Mərkəzi Bank rekord göstəricilər açıqladı
Mərkəzi Bankın Ani Ödənişlər Sistemi (AÖS) ölkənin nağdsız ödəniş ekosisteminin genişlənməsinə töhfə verməyə davam edir.
Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, cari ilin sentyabr ayında AÖS ilə aparılan gündəlik əməliyyat sayı ilk dəfə 1 milyonu, aylıq dövriyyə isə 2 milyard manatı ötüb.
2026-cı ilin ilk 9 ayının yekunlarına əsasən, AÖS vasitəsilə 8,84 milyard manat həcmində 102,15 milyon əməliyyat reallaşdırılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əməliyyatların sayı 25,1 dəfə, dövriyyənin həcmi isə 5,7 dəfə artıb.
AÖS vasitəsilə 24/7 rejimində real vaxtda həyata keçirilən ödənişlər maliyyə subyektləri və ödəniş xidməti təchizatçıları üçün vəsaitlərin çevik idarə olunmasını təmin edir.
AÖS tərəfindən təqdim olunan imkanlar və həllər ölkədə ödəniş ekosisteminin genişlənməsinə və yeni rəqəmsal ödəniş həllərinin yaranmasına zəmin yaradır.
Müştərilərin xəbərləri
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 saat sonra
-
1 d. əvvəl
20 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub - SİYAHI, YENİLƏNİR
-
-
47 d. əvvəl
Mərkəzi Bank: Gündəlik 20 min manatlıq kart köçürmələri şübhə yarada bilər
- 57 d. əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda ani ödənişlərin sayı 25 dəfə artıb – Mərkəzi Bank rekord göstəricilər açıqladı
-
1 saat əvvəl
Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı ®
-
2 saat əvvəl
“Azər Türk Bank”ın xalis mənfəəti 62% artıb – Aktivləri 2,2 milyard manata yaxınlaşıb
-
2 saat əvvəl
SOCAR Şri-Lanka şirkətləri ilə enerji sahəsində əməkdaşlığı müzakirə edib
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir
“Azər Türk Bank”ın xalis mənfəəti 62% artıb – Aktivləri 2,2 milyard manata yaxınlaşıb
Ən çox oxunanlar
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
ATB-nin xalis mənfəəti 62% artıb
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb ®
Oktyabrın 16-da gözlənilən hava şəraiti

























