970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər

AzVak-mobil_resmin_ustu_31
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
iç səhifə xəbər şəkil altı (mobil)_32

Kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərlinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olan Çinin Xuzhou şəhərini təmsil edən müxtəlif iqtisadi sahələrdə fəaliyyət göstərən şirkətlərin rəhbərlərindən ibarət işgüzar və investisiya nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycanın aqrar sektorunda mövcud investisiya imkanları, Çin şirkətlərinin ölkəmizdə investisiya layihələrində iştirakı, müasir texnologiyaların tətbiqi və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Nazir müavini Seymur Səfərli Azərbaycanın kənd təsərrüfatının əsas inkişaf prioritetləri, ölkədə yaradılmış investisiya mühiti, xarici investorlar üçün mövcud dövlət dəstəyi mexanizmləri və aqrar sahənin modernləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Tərəflər ağıllı kənd təsərrüfatı texnologiyalarının tətbiqi, müasir istixana təsərrüfatlarının yaradılması, heyvandarlıq və quşçuluğun inkişafı, kənd təsərrüfatı məhsullarının emalı, soyuq zəncir və logistika infrastrukturunun təkmilləşdirilməsi, eləcə də Azərbaycanda istehsal və emal müəssisələrinin yaradılması imkanlarını müzakirə ediblər.

Həmçinin Çin şirkətlərinin müasir texnologiya və təcrübəsinin Azərbaycanın aqrar sektorunda tətbiqi, kənd təsərrüfatı və ərzaq məhsullarının Çin bazarına ixracının genişləndirilməsi, investisiya layihələrinin həyata keçirilməsi üçün yerli tərəfdaşlarla əməkdaşlığın qurulması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran konkret layihələrin müəyyənləşdirilməsi, potensial investorların yerli tərəfdaşlarla əlaqələndirilməsi və gələcək əməkdaşlığın istiqamətləri də nəzərdən keçirilib.

Qeyd edək ki, Çin nümayəndə heyətində investisiya və daşınmaz əmlak, kənd təsərrüfatı və aqrobiznes, qida texnologiyaları, elektronika, sənaye avadanlıqları, mühəndislik və tikinti, infrastruktur, logistika, ağıllı şəhər texnologiyaları, eləcə də mədəniyyət və media sahələrində fəaliyyət göstərən şirkətlərin rəhbərləri təmsil olunurlar.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Çin investisiyaları Azərbaycan Çin iqtisadi əməkdaşlığı kənd təsərrüfatına investisiya Çin şirkətləri Xuzhou Seymur Səfərli aqrar sektor istixana təsərrüfatları heyvandarlıq quşçuluq kənd təsərrüfatı məhsullarının emalı aqrar sənaye soyuq zəncir logistika infrastrukturu Azərbaycandan Çinə ixrac xarici investisiyalar
15.10.2026 18:13
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19