Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda doğum və nikahların sayı azalır – Əhalinin sayı 10 milyon 280 min nəfərə yaxınlaşıb

Azərbaycanda 56 min doğum, 40 min ölüm – Əhali ilə bağlı rəqəmlər. Ölkəmizdə hər iki nikaha bir boşanma düşür. 26 min nikah, 13 min boşanma – Azərbaycanda ailə statistikasında ağır vəziyyət.
AzVak-mobil_resmin_ustu_31
Azərbaycanda doğum və nikahların sayı azalır – Əhalinin sayı 10 milyon 280 min nəfərə yaxınlaşıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İlin əvvəlindən ölkə əhalisinin sayı 17 min 445 nəfər və ya 0,2 faiz artaraq 2026-cı il sentyabr ayının 1-i vəziyyətinə 10 milyon 279 min 796 nəfərə çatmışdır. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən 01.10.2026-cı il tarixədək işğaldan azad edilmiş ərazilərə 40520 nəfər keçmiş məcburi köçkün geri qayıtmış, bununla da işğaldan azad edilmiş ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 96068 nəfər təşkil etmişdir.

Marja.az xəbər verir ki. bu barədə 2026-cı ilin yanvar-sentyabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində bildirilir.

Reklam_3_11

Qeyd edilib ki, ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Cari ilin yanvar-avqust aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 56 min 404 doğulan körpə qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 9,3-dən 8,2-yə düşmüşdür. Doğulan körpələrin 53,2 faizi oğlan uşaqları, 46,8 faizi isə qız uşaqları olmuşdur. Doğulan körpələrdən 1902-si əkiz, 69-u isə üçəm olmuşdur.

Bu ilin səkkiz ayı ərzində ölkədə 40 min 191 ölüm halı qeydə alınmış və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici dəyişməyərək eyni səviyyədə (5,9) qalmışdır.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-avqust aylarında 26 min 485 nikaha daxilolma və 13 min 278 boşanma halları qeydə alınmış və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,6-dan 3,9-a, boşanmaların sayı isə 2,0-dan 1,9-a düşmüşdür. 

16.10.2026 11:24
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19