Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Dövlət Neft Fondunun 25 ildən çox müddətdə əldə etdiyi gəlirlər açıqlandı

Dövlət Neft Fondu yarandığı tarixdən 217 milyard dollardan çox gəlir əldə edib. Pullar hara xərclənib? 141 milyardı büdcəyə gedib.
AzVak-mobil_resmin_ustu_31
Dövlət Neft Fondunun 25 ildən çox müddətdə əldə etdiyi gəlirlər açıqlandı
iç səhifə xəbər şəkil altı (mobil)_32

Marja.az Dövlət Neft Fondu (ARDNF)yarandığı tarixdən 2025-ci ilin sonunadək ümumi büdcə gəlirləri təxminən 217,3 milyard ABŞ dolları təşkil edib.

Marja.az Fondun 2025-ci il üzrə illik hesabatına istinadən xəbər verir ki, bu məbləğin 198,4 milyard dolları və ya 91,3%-i neft-qaz sazişlərindən əldə olunub.

Reklam_3_11

İnvestisiya fəaliyyətindən əldə edilən gəlirlər isə 18,9 milyard dollar və ya ümumi gəlirlərin 8,7%-i səviyyəsində olub.

Bu göstəricilər Fondun yarandığı tarixdən 2025-ci ilin sonunadək büdcə gəlirlərinin strukturunda neft-qaz sektorunun əsas paya malik olduğunu göstərir.

Yarandığı tarixdən dövlət büdcəsinə 141,1 milyard dollar köçürülüb

Hesabatda bildirilir ki, Dövlət Neft Fondu yarandığı tarixdən 2025-ci ilin sonunadək dövlət büdcəsinə ümumilikdə 141,1 milyard ABŞ dolları transfert edib. Bu məbləğ Fondun həmin dövr üzrə ümumi büdcə xərclərinin 91,9%-ni təşkil edib.

Eyni dövrdə müxtəlif layihələrin maliyyələşdirilməsinə 11,9 milyard dollar (7,8%), Fondun əməliyyat xərclərinə isə təxminən 0,5 milyard dollar (0,3%) sərf olunub. Beləliklə, Dövlət Neft Fondunun yarandığı tarixdən bəri xərclərinin böyük əksəriyyəti dövlət büdcəsinə köçürmələrdən ibarət olub.

Qeyd edək ki, 2025-ci ilin sonuna ARDNF-nin idarə etdiyi aktivlərin dəyəri 60 milyard ABŞ dollarından artaraq 73,5 milyard ABŞ dollarına çatmışdır. Ümumi portfelin 29,8%-i və ya 21,9 milyard ABŞ dolları borc öhdəliklərinə, 25,6%-i və ya 18,8 milyard ABŞ dolları səhmlərə, 6,4%-i və ya 4,7 milyard ABŞ dolları daşınmaz əmlak və infrastruktura, 38,2%-i və ya 28,1 milyard ABŞ dolları isə qızıl investisiyalarına yönəldilmişdir.

Dövlət Neft Fondu ARDNF SOFAZ Dövlət Neft Fondunun 2025-ci il hesabatı ARDNF büdcə gəlirləri ARDNF büdcə xərcləri neft-qaz sazişlərindən gəlirlər investisiya gəlirləri 10 milyard dollar gəlir 8 5 milyard dollar transfert dövlət büdcəsinə köçürmələr Dövlət Neft Fondunun tarixi gəlirləri Azərbaycan neft gəlirləri Dövlət Neft Fondunun investisiyaları.
19.10.2026 17:55
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19