Azercell-in lotereyasında hər həftə 7 iPhone və bir Toyota Corolla Cross uduşa çıxarılır! ®
19 oktyabrdan başlayaraq Fakturasız xətt abunəçiləri üçün lotereya şanslarının hesablanmasına başlanılıbAzercell-in 30 illik yubileyinə həsr olunan “30 il səninlə” lotereyasında fakturasız xətt abunəçiləri 19 oktyabrdan etibarən şanslar qazanaraq iPhone telefonları, Toyota Corolla Cross avtomobilləri və finalda mənzil sahibi olmaq fürsəti əldə edirlər.
15 dekabr tarixinədək davam edəcək kampaniya çərçivəsində fakturasız xətt abunəçiləri arasında hər həftə canlı yayımlanan tirajda 7 iPhone və 1 Toyota Corolla Cross avtomobilinin qalibləri müəyyən ediləcək. iPhone telefonlarının hər biri üzrə qalib həftənin müvafiq günündə toplanmış şanslar arasından, avtomobilin qalibi isə həftə ərzində toplanmış şanslar əsasında seçiləcək.
Lotereyada iştirak etmək üçün “Azercell” tətbiqinin “Lotereya” bölməsindən qeydiyyatdan keçmək və ya 3035 qısa nömrəsinə START sözünü SMS-lə göndərmək kifayətdir. Qeydiyyatdan keçdikdən sonra abunəçilər balanslarını artırmaqla, eləcə də Azercell-in məhsul və xidmətlərindən yararlanmaqla lotereya şansları əldə edə bilərlər.
Əlavə şans qazanmaq istəyən abunəçilər üçün xüsusi şans paketləri də təqdim olunur. Şans paketlərini “Azercell” tətbiqi, USSD və SMS vasitəsilə aktivləşdirmək mümkündür. Hər paket abunəçilərə həm şəbəkədaxili danışıq dəqiqələri, həm də lotereya şansları qazandırır. Bundan əlavə, fakturasız xətt abunəçiləri mobil tətbiqdə təqdim olunan həftəlik tapşırıqları tamamlayaraq əlavə şanslar əldə edə və şanslarını beşqat artırmaq imkanı qazana bilərlər.
Qaliblər müəyyən edilmiş tarixlərdə keçirilən canlı tirajlarda təsadüfi seçim üsulu ilə müəyyən olunacaq. Əvvəlki tirajlarda uduş qazanmayan şanslar qüvvədə qalacaq və final tirajında da iştirak edəcək. Lotereyanın final tirajında isə qaliblərdən birini “28 May” metro stansiyasının yaxınlığında yerləşən mənzil gözləyir.
Lotereyanın şərtləri, iştirak qaydaları və hədiyyələr barədə ətraflı məlumatla Azercell-in rəsmi saytında tanış olmaq mümkündür.
Lotereyada iştirak edin, Azercell-in yubiley hədiyyələrinə sahib olmaq fürsətini qaçırmayın!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 həftə sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
1 saat əvvəl
Azərbaycanda ət idxalı sürətlə artır - 9 ayda 89,4 milyon dollarlıq alış
-
-
1 saat əvvəl
Azərbaycanda 16%-lik yeni istiqrazlar satışa çıxarılacaq – Hərrac tarixi açıqlandı
-
1 saat əvvəl
Azercell-in lotereyasında hər həftə 7 iPhone və bir Toyota Corolla Cross uduşa çıxarılır! ®
-
1 saat əvvəl
PAŞA Bankın 200-dən çox rəhbər əməkdaşı toplanıb – Yeni strategiya müzakirə edilib
-
5 saat əvvəl
Bank of Baku fərdiləşdirilmiş müştəri əlaqələrinin inkişafı üçün Netmera-nı seçdi ®
-
5 saat əvvəl
Dövlət Neft Fondunun 25 ildən çox müddətdə əldə etdiyi gəlirlər açıqlandı
-
5 saat əvvəl
Neft Fondunun investisiya gəlirləri son 5 ilin rekorduna çatıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı Avropa ölkəsinin mərkəzi bankı ilə razılığa gəldi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Neft Fondunun investisiya gəlirləri son 5 ilin rekorduna çatıb
ABB Beynəlxalq Risk Forumu keçirib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Şəkər ixracı 140%-dən çox artıb
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
Azərbaycanın fındıq ixracı dəyər ifadəsində 16% artıb
“Prior Lizinq” Balakəndə yeni filial açıb
16%-lik istiqrazlara böyük maraq – 208 investor iştirak etdi


























