Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Dövlət Neft Fondunun aktivləri 125,7 milyard manata, illik xalis mənfəəti isə 26,9 milyard manata çatıb

Dövlət Neft Fondunun mənfəəti 3,4 dəfə artıb - Fond 2025-ci ili 26,9 milyard manat xalis mənfəətlə başa vurub.Neft Fondunun qızıldan gəliri təxminən 5 dəfə artaraq 16,8 milyard manata çatıb.Dövlət Neft Fondunun aktivləri bir ildə 23 milyard manat artıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət Neft Fondunun aktivləri 125,7 milyard manata, illik xalis mənfəəti isə 26,9 milyard manata çatıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2025-ci ilin yekunları üzrə aktivləri və xalis mənfəəti əhəmiyyətli dərəcədə artıb. Fondun aktivləri 125,7 milyard manatı ötüb, illik xalis mənfəəti isə 26,9 milyard manat təşkil edib.

Marja.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2025-ci il üzrə illik hesabatında dərc olunmuş konsolidasiya edilmiş maliyyə hesabatlarından məlum olur.

Hesabata əsasən, ARDNF-nin cəmi aktivləri 2025-ci ilin sonunda 125 milyard 720 milyon 247 min manat təşkil edib. Bu göstərici 2024-cü ilin sonundakı 102 milyard 629 milyon 39 min manatla müqayisədə 23 milyard 91 milyon 208 min manat və ya 22,5% çoxdur.

Fondun il üzrə xalis mənfəəti 26 milyard 913 milyon 177 min manata yüksəlib. Halbuki 2024-cü ildə bu göstərici 7 milyard 858 milyon 250 min manat olmuşdu. Beləliklə, ARDNF-nin xalis mənfəəti illik müqayisədə 19 milyard 54 milyon 927 min manat artaraq təxminən 3,4 dəfə yüksəlib.

Qızıl investisiyalarının balans dəyəri iki dəfədən çox artıb

Maliyyə hesabatlarından məlum olur ki, 2025-ci ildə Fondun aktivlərinin strukturunda ən böyük artımlardan biri qızıl külçələrinin balans dəyərində qeydə alınıb.

Belə ki, ARDNF-nin qızıl külçələrinin dəyəri 2024-cü ilin sonundakı 21 milyard 2 milyon 767 min manatdan 2025-ci ilin sonunda 47 milyard 707 milyon 460 min manata yüksəlib.

Bu, illik müqayisədə 26 milyard 704 milyon 693 min manat və ya təxminən 127,1% artım deməkdir.

Eyni zamanda, Fondun istiqraz portfelinin balans dəyəri 42 milyard 583 milyon 372 min manatdan 35 milyard 280 milyon 589 min manata enib.

Səhmlərə yatırımların dəyəri isə 22 milyard 710 milyon 277 min manatdan 27 milyard 954 milyon 841 min manata yüksəlib.

Qızıl və qiymətli kağızlardan milyardlarla manat gəlir

2025-ci ildə Dövlət Neft Fondunun maliyyə nəticələrinə qızıl və qiymətli kağızlar üzrə gəlirlər mühüm təsir göstərib.

Hesabata görə, qızıl külçələri üzrə gəlir 2024-cü ildəki 3 milyard 385 milyon 708 min manatdan 2025-ci ildə 16 milyard 849 milyon 884 min manata çatıb.

İstiqrazlar üzrə gəlir 680 milyon 169 min manatdan 4 milyard 142 milyon 212 min manata, səhmlər üzrə gəlir isə 3 milyard 213 milyon 13 min manatdan 5 milyard 292 milyon 75 min manata yüksəlib. Beləliklə, qızıl külçələri üzrə gəlirlər təxminən 5 dəfə, istiqrazlar üzrə gəlirlər isə 6,1 dəfə artıb. Fondun 2025-ci il üzrə portfel əməliyyatlarından mənfəəti 26 milyard 872 milyon 503 min manat təşkil edib. Bu göstərici 2024-cü ildə 7 milyard 837 milyon 559 min manat olmuşdu.

Hesabata əsasən, ARDNF-nin 2025-ci ildə mənfəət vergisindən əvvəlki mənfəəti 26 milyard 916 milyon 147 min manat, il üzrə cəmi məcmu gəliri isə 27 milyard 363 milyon 648 min manat təşkil edib.

Qeyd edək ki, göstərilən xalis mənfəət konsolidasiya edilmiş maliyyə hesabatında tanınan maliyyə nəticəsidir və onu Fondun dövlət büdcəsinə transfertləri və ya neft-qaz satışından daxil olan vəsaitlərlə eyniləşdirmək olmaz.

Dövlət Neft Fondu ARDNF SOFAZ Neft Fondunun aktivləri Neft Fondunun mənfəəti ARDNF 2025 hesabatı Neft Fondunun maliyyə göstəriciləri qızıl investisiyaları qızılın qiyməti investisiya portfeli istiqrazlar səhmlər Azərbaycan Dövlət Neft Fondu dövlət maliyyəsi konsolidasiya edilmiş maliyyə hesabatı.
20.10.2026 08:27
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19