Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Birbank Invest yeniləndi: investisiya portfelini idarə etmək daha rahat oldu ®

Birbank Invest yeni versiyasını təqdim etdi – İnvestorlar üçün nə dəyişdi? Birbank Invest istifadəçilərinə yeni imkanlar açdı – Gəlir, dividend və komissiyalar bir yerdə.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Birbank Invest yeniləndi: investisiya portfelini idarə etmək daha rahat oldu ®
iç səhifə xəbər şəkil altı (mobil)_32

Geniş investisiya imkanları təqdim edən Birbank Invest yeni 2.5.0 versiyasını təqdim edib.

Yeniliklər sayəsində istifadəçilər investisiya portfellərinin nəticələrini daha rahat izləyə, bağladıqları əqdləri ətraflı təhlil edə və aktivlərinin bölgüsünü daha aydın görə bilərlər. Giriş prosesinin sadələşdirilməsi və əsas ekrandakı məlumatların daha əlçatan olması da investisiya təcrübəsini rahatlaşdırır.

Reklam_3_11

Yeni versiyada portfelin nəticələrini izləmək üçün tamamilə yenilənmiş qrafik təqdim olunur. İstifadəçilər performansı 1 gün, 7 gün, 1 ay, 6 ay, 1 il, ilin əvvəlindən cari tarixədək və bütün dövr üzrə müqayisə edə bilərlər. Bu, portfelin zamanla necə dəyişdiyini izləməyə və müxtəlif dövrlərin nəticələrini qiymətləndirməyə imkan verir.

İnvestisiya fəaliyyətini daha dərindən anlamaq istəyənlər üçün isə yeni “Analitika” bölməsi yaradılıb. Burada seçilmiş dövr üzrə ümumi gəlir, ödənilmiş komissiyalar, əldə edilmiş dividendlər, ticarət nəticələri, müsbət və mənfi nəticə ilə bağlanan əqdlər, eləcə də ümumi mədaxil və məxaric barədə məlumatlar təqdim olunur. Beləliklə, istifadəçilər yalnız portfellərinin cari dəyərini deyil, müəyyən müddət ərzində həyata keçirdikləri əməliyyatların nəticələrini də təhlil edə bilərlər.

Yeni versiyada portfelin ümumi dəyərini və aktivlərin bölgüsünü izləmək də daha asan olub. İstifadəçilər səhmlərdə və ETF-lərdə yerləşən vəsaiti, eləcə də bu aktivlərin portfeldəki payını daha aydın görə bilərlər. Gündəlik istifadəni rahatlaşdırmaq üçün gözləmədə olan alış və satış sifarişləri əsas səhifədə ayrıca göstərilir, maraq doğuran şirkət və aktivlərin izlənildiyi “Watchlist” isə daha əlçatan yerdədir.

Birbank Invest-də qeydiyyat və giriş prosesi də indi daha sadədir. Belə ki, Bir ID ilə daxil olan müştərilərin əlavə üz tanıma mərhələsindən keçməsinə ehtiyac qalmayıb. Bununla yanaşı, iOS istifadəçiləri üçün tətbiqin dizaynı “Liquid Glass” yanaşması əsasında yenilənib və daha müasir vizual görünüş əldə edib.

Qeyd edək ki, Birbank Invest Kapital Bank-ın əmtəə nişanıdır. Tətbiq həm investisiya sahəsində ilk addımlarını atan, həm də təcrübəli investorlar üçün yerli və qlobal maliyyə bazarlarına rahat, sürətli və təhlükəsiz çıxış imkanı yaradır. Xidmət “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC ilə birgə təqdim olunur.

20.10.2026 10:39
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19