970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanın nəhəng neft platformasından 20 ildə 645 milyon bareldən çox neft çıxarılıb

Şərqi Azəri 20 yaşını qeyd edir
AzVak-mobil_resmin_ustu_31
Azərbaycanın nəhəng neft platformasından 20 ildə 645 milyon bareldən çox neft çıxarılıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Sabah Şərqi Azəri platformasından ilk neft hasilatının 20 ili tamam olur. Bu, nəhəng Azəri-Çıraq-Günəşli (AÇG) yatağının işlənməsində əlamətdar hadisədir.

bp-nin Azərbaycan ofisinin yaydığı məlumatda bildirilir ki, Şərqi Azəridən ilk hasilat 21 oktyabr 2006-cı ildə əldə olunmuş və bununla da AÇG-nin tammiqyaslı işlənməsinin ikinci fazası tamamlanmışdı. İlk neft əvvəlcədən qazılmış səkkiz öncə qazma quyusunun birincisindən hasil olunaraq yeni sualtı boru kəməri vasitəsilə 10 noyabr 2006-cı il tarixində Səngəçal terminalına çatmışdı.

Reklam_3_11

Ötən 20 il ərzində Şərqi Azəri AÇG-nin uğurunda mühüm rol oynayıb. İndiyədək platformadan 645 milyon bareldən (87 milyon ton) çox neft hasil edilib və bununla da Şərqi Azəri 1997-ci ilin noyabrında hasilata başlamış AÇG yatağından 4,7 milyard barel ümumi neft hasilatına əhəmiyyətli töhfə verib.

Şərqi Azəri hazırda təhlükəsiz və etibarlı şəkildə öz fəaliyyətini davam etdirir. 2026-cı ilin üçüncü rübünün sonuna platformanın gündəlik orta hasilatı təxminən 46 min barel təşkil edib.

Şərqi Azəri obyektləri 48 quyu gövdəsi olan bir hasilat, qazma və yaşayış platformasından və qurudakı Səngəçal terminalına birləşmiş 30 düymlük sualtı boru kəmərindən, həmçinin bir sıra yataqarası boru xətləri və sistemlərindən ibarətdir.

Hazırda Şərqi Azəridə təxminən 170 nəfər çalışır və onların əksəriyyəti, o cümlədən platformanın hər iki meneceri azərbaycanlı mütəxəssislərdir.

İndiyədək platformadan ümumilikdə 39 quyu və çox sayda yan lülə qazılıb. Hazırda istismarda olan 36 quyudan 27-si hasilat, 8-i suvurma quyusu və biri isə şlamların yenidən laylara vurulması üçün quyudur.

Şərqi Azəri yetkin işlənmə mərhələsində olan AÇG yatağından maksimum neftvermənin təmin olunmasında innovasiya və texnologiyaların gücünü nümayiş etdirməkdə davam edir. Bu yaxınlarda platformadan təhvil verilmiş D18Z quyusunda təxminən 2000 metrdən çox açıq lülə hissəsi qazılıb ki, bunun 1500 metrdən çoxu hədəf məhsuldar layın daxilində qum hissəsindən keçib. D18Z quyusu indiyədək AÇG yatağında qazılmış quyular arasında ən geniş lay təmasına malikdir və yataqdan əlavə dəyərin üzə çıxarılmasında qabaqcıl seysmik görüntüləmə, qazma və tamamlama texnologiyalarının rolunu bir daha vurğulayır.

Şərqi Azəri dünya səviyyəli bir dəniz obyektidir. O bundan sonra da hələ uzun illər AÇG-nin uğurlu gələcəyinə dəyərli töhfələr verməklə Azərbaycanın neft sənayesinin aparıcılarından biri olacaq. 

İş elanları AzVak.az-da

Şərqi Azəri Şərqi Azəri platforması bp Azərbaycan Azəri-Çıraq-Günəşli AÇG Azərbaycan nefti neft hasilatı Xəzər dənizi Səngəçal terminalı 645 milyon barel neft 87 milyon ton neft gündəlik neft hasilatı D18Z quyusu Azərbaycanın neft sənayesi.
20.10.2026 14:04
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19