Azərbaycanın İsraildən idxalı təxminən 2 dəfə artıb
Azərbaycanla İsrail arasında ticarət dövriyyəsi 70 faiz artıb, ticarət dövriyyəsi 100 milyon dolları keçib. İsraildən Azərbaycana məhsul idxalı isə təxminən ikiqat artıb. Azərbaycan İsraildən 81 milyon dollarlıq məhsul alıb. İsraillə ticarətdə Azərbaycanın mənfi saldosu 59 milyon dolları keçib2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycanın İsraildən idxal etdiyi məhsulların dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 94,8% artıb.
Marja.az-ın Dövlət Gömrük Komitəsinin xarici ticarət statistikasına əsasən apardığı hesablamalara görə, 2026-cı ilin ilk 9 ayında İsraildən Azərbaycana 81 milyon 298,6 min ABŞ dolları dəyərində məhsul idxal edilib. 2025-ci ilin müvafiq dövründə isə bu göstərici 41 milyon 730 min dollar təşkil etmişdi. Beləliklə, İsraildən idxal bir il ərzində 39 milyon 568,6 min dollar və ya 94,8% artıb.
İsrailin Azərbaycanın ümumi idxalında xüsusi çəkisi də yüksəlib. Belə ki, 2025-ci ilin ilk 9 ayında bu ölkənin ümumi idxaldakı payı 0,25% olduğu halda, 2026-cı ilin eyni dövründə 0,61%-ə çatıb.
İsrailə ixrac da artıb
Hesabat dövründə Azərbaycanın İsrailə ixracı da artım nümayiş etdirib. 2026-cı ilin yanvar–sentyabr aylarında İsrailə 21 milyon 941,6 min dollar dəyərində məhsul ixrac edilib. Ötən ilin eyni dövründə ixracın dəyəri 18 milyon 961,7 min dollar olmuşdu. Nəticədə İsrailə ixrac 2 milyon 979,9 min dollar və ya 15,7% artıb.
Bununla belə, İsrailin Azərbaycanın ümumi ixracındakı xüsusi çəkisi 0,10%-dən 0,09%-ə enib.
İkitərəfli ticarət dövriyyəsi 100 milyon dolları keçib
2026-cı ilin ilk 9 ayında Azərbaycanla İsrail arasında xarici ticarət dövriyyəsi 103 milyon 240,2 min dollara çatıb. 2025-ci ilin eyni dövründə bu göstərici 60 milyon 691,7 min dollar təşkil etmişdi. Beləliklə, iki ölkə arasında ticarət dövriyyəsi 42 milyon 548,5 min dollar və ya 70,1% artıb.
İsraillə ticarətdə Azərbaycanın mənfi saldosu isə 2025-ci ilin ilk 9 ayındakı 22 milyon 768,3 min dollardan 2026-cı ilin eyni dövründə 59 milyon 357 min dollara yüksəlib. Məlumatlardan görünür ki, ikitərəfli ticarət dövriyyəsində artım əsasən İsraildən idxalın yüksəlməsi hesabına baş verib.
Müştərilərin xəbərləri
"Prime Cotton"un regional idarəetmə rəhbəri Bahəddin Leysanov 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib
KPMG beynəlxalq reytinqdə lider oldu – Rəhbərlərin 58 faizi şirkətin daha çox dəyər yaratdığını bildirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
3 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
3 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp: “İranla müharibə tezliklə bitəcək, neftin qiyməti kəskin düşəcək”
-
1 gün əvvəl
"Moody’s": Geosiyasi dəyişikliklər Azərbaycan üçün yeni iqtisadi imkanlar yaradır
-
1 gün əvvəl
"Moody's": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bakıdan Tbilisiyə qatar biletləri ucuzlaşır – Yeni qiymətlər açıqlandı
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
"Prime Cotton"un regional idarəetmə rəhbəri Bahəddin Leysanov 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib
Ən çox oxunanlar
"Moody's": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir – İnvestisiyalar 220 milyard dollara çatır
İki investisiya fondu ödəniş nəhəngini almaq istəyir – 40 milyard dollarlıq satınalma
Noyabrın 1-də gözlənilən hava şəraiti
Fransanın kredit reytinqi üzrə proqnozu “neqativ”ə endirildi– Borc böhranı riski artır

























