“PAŞA Kapital” aktivlərin və sərvətin idarə edilməsi xidmətlərini göstərməyi planlaşdırır
“PAŞA Kapital” fondların idarə edilməsi üzrə lisenziya almağa hazırlaşır.“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC yeni strateji mərhələdə aktivlərin və sərvətin idarə edilməsi istiqamətində fəaliyyətini genişləndirməyi, bu xidmətləri rəqəmsal platformasına inteqrasiya etməyi planlaşdırır.
Bunu Marja.az-a müsahibəsində “PAŞA Kapital”ın Baş İcraçı Direktoru İsi Mustafayev bildirib.
Onun sözlərinə görə, şirkətin 2027–2029-cu illəri əhatə edən strategiyasının əsas hədəflərindən biri ənənəvi broker və ticarət fəaliyyətləri ilə yanaşı, investisiya məhsullarının çeşidini artırmaq və daha diversifikasiya olunmuş biznes modeli formalaşdırmaqdır.
İsi Mustafayev bildirib ki, qarşıdakı üç il ərzində rəqəmsal transformasiya üç əsas mərhələdə həyata keçiriləcək. Bunlar müştəri təcrübəsinin rəqəmsallaşdırılması, investisiya imkanlarının genişləndirilməsi və vahid rəqəmsal investisiya ekosisteminin formalaşdırılmasıdır.
“Üçüncü mərhələdə məqsədimiz ticarət platformasını investisiya və sərvət idarəetməsi xidmətlərini birləşdirən vahid rəqəmsal ekosistemə çevirməkdir. Bu çərçivədə investisiya fondlarına çıxışın yaradılması, aktivlərin idarə edilməsi həllərinin rəqəmsal kanallara inteqrasiyası və müştərinin maliyyə məqsədlərinə uyğun xidmətlərin inkişafı nəzərdə tutulur”, – deyə İsi Mustafayev qeyd edib.
Şirkət rəhbərinin sözlərinə görə, yeni strategiya çərçivəsində müştərilərin yerli və beynəlxalq maliyyə alətlərinə çıxışının genişləndirilməsi, investisiya portfellərinin izlənilməsi və təhlili imkanlarının təkmilləşdirilməsi, eləcə də fərdiləşdirilmiş investisiya həllərinin inkişafı prioritet istiqamətlər sırasında olacaq.
İsi Mustafayev vurğulayıb ki, məqsəd ticarət platformasını yalnız qiymətli kağızların alqı-satqısının həyata keçirildiyi kanal kimi deyil, investorların qərar qəbul etməsinə, investisiya imkanlarını müqayisə etməsinə və portfellərini idarə etməsinə imkan verən daha geniş funksional sistemə çevirməkdir.
“Biz ‘PAŞA Kapital’ı daha diversifikasiya olunmuş biznes modelinə malik şirkət kimi görmək istəyirik. Bu o deməkdir ki, ənənəvi broker və ticarət fəaliyyətləri ilə yanaşı, istiqraz buraxılışları, IPO-lar, kapitalın strukturlaşdırılması, aktivlərin idarə edilməsi və digər investisiya məhsulları üzrə imkanlarımızı genişləndirməliyik”, – deyə şirkətin rəhbəri əlavə edib.
Beləliklə, “PAŞA Kapital”ın 2029-cu ilədək strateji hədəfləri arasında aktivlərin idarə edilməsi və sərvət idarəetməsi xidmətlərinin inkişafı, investisiya fondlarına çıxış imkanlarının yaradılması və bu istiqamətlərin vahid rəqəmsal platformada birləşdirilməsi yer alır.
"Fondların idarə edilməsi üzrə lisenziyanı almaq üçün işlərə başlamışıq"
İsi Mustafayev Marja.az-a açıqlamasında qeyd edib ki, 2026-cı ilin ortalarınadək Azərbaycanda fondların idarə edilməsi üzrə lisenziyanı almaq üçün ayrıca hüquqi şəxs yaratmaq lazım idi:
"Yəni, “PAŞA Kapital”ayrıca bir hüquqi şəxs yaratmalı və fondların idarə edilməsi üzrə lisenziya almalı idi. Ancaq iyul ayında qanunvericiliyə edilən dəyişikliklə əlaqədar olaraq investisiya şirkətlərinin özlərinə də ayrıca hüquqi şəxs yaratmadan lisenziya almaq imkanı verilib. Bu da bizə artıq bir imkan yaradır ki, "PaAŞA Kapital İnvestisiya Şirkəti" olaraq fondların idarə edilməsi üzrə lisenziya alaq".
İsi Mustafayev "Bizim bu il Mərkəzi Banka müraciət etmək fikirimiz var" deyərək açıqlamasına belə davam edib: "Əslində, bu il müraciət etmək fikrimiz var. Artıq Mərkəzi Bankın lisenziyanın verilməsi prosedurundan asılı olaraq, bunun bu il, yoxsa növbəti il baş tutacağını indi demək mümkün deyil".
İsi Mustafayev əlavə edib ki, artıq fondların idarə edilməsi üzrə lisenziyanının alınması üzrə işlərə başlanılıb: "Lisenziya alındıqdan sonra, məsələn, əmlak tipli, paylı, açıq investisiya fondlarının yaradılması və idarə olunması ilə bağlı planlarımız var".
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
2 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
-
2 saat əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
2 saat əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
2 saat əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
2 saat əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
3 saat əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton





















