Azərbaycan şirkəti Əfqanıstanda yeni mağaza açdı - “Made in Azerbaijan” məhsulları Əfqanıstan bazarında
Azərbaycan şirkəti Əfqanıstanda mağaza açdı – İxracını və satış şəbəkəsini genişləndirir
Azərbaycanın gigiyena və məişət məhsulları istehsalçısı “Fabriora Group” MMC Əfqanıstan bazarında fəaliyyətini genişləndirir. Şirkətin “Predo” brendinə məxsus yeni mağazası Əfqanıstanın Herat şəhərində fəaliyyətə başlayıb.
Marja.az xəbər verir ki, mağazanın açılışı şirkətin təsisçisi İbrahim Uygur və baş icraçı direktoru Gökhan Özkundakçının rəhbərlik etdiyi nümayəndə heyətinin Əfqanıstana işgüzar səfəri çərçivəsində baş tutub.
Açılış mərasimində Türkiyənin Heratdakı konsulu Tezcan Kadıoğlu da iştirak edib.
Səfər çərçivəsində “Fabriora Group”un Əfqanıstandakı distribütoru Habib Sadiqi və Sadiqi ailəsi ilə görüşlər keçirilib. Görüşlər zamanı mövcud əməkdaşlığın genişləndirilməsi, satış şəbəkəsinin inkişaf etdirilməsi və qarşılıqlı ticarət dövriyyəsinin artırılması məsələləri müzakirə olunub.
Tərəflər “Predo” brendinin Əfqanıstan bazarındakı mövqeyinin gücləndirilməsi, məhsulların daha geniş istehlakçı kütləsinə çatdırılması və distribütorluq fəaliyyətinin inkişaf etdirilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.
Azərbaycanın səfiri ilə ixrac imkanları müzakirə edilib
İşgüzar səfər zamanı şirkətin nümayəndə heyəti Azərbaycanın Əfqanıstandakı səfiri İlham Məmmədovla da görüşüb.
Görüşdə “Fabriora Group”un istehsal imkanları, beynəlxalq bazarlardakı fəaliyyəti və ixracın genişləndirilməsi istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verilib.
Bununla yanaşı, Azərbaycan istehsalı olan məhsulların Əfqanıstan bazarında daha geniş tanıdılması, satış həcminin artırılması və iki ölkə arasında ticarət əlaqələrinin inkişaf etdirilməsi imkanları müzakirə edilib.
Şirkət Əfqanıstanın 7 şəhərində təmsil olunur
Qeyd edək ki, “Fabriora Group” Əfqanıstanın Herat, Kabul, Məzari-Şərif, Xost, Kunduz, Qəndəhar və Nimruz şəhərlərində satış nümayəndəlikləri yaradıb. Bu şəbəkə vasitəsilə Azərbaycanda istehsal olunan məhsullar yerli bazara çıxarılır.
Azərbaycanda 27 milyon manatlıq istehsal layihəsi
Xatırladaq ki, 2026-cı il sentyabrın 10-da Prezident İlham Əliyevin iştirakı ilə Bakının Qaradağ rayonunda “Fabriora Group” MMC-nin kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışı keçirilib.
Ümumi investisiya dəyəri 27 milyon manat olan müəssisə 11 hektara yaxın ərazini əhatə edir. Burada uşaq bezləri, müxtəlif salfetlər, yuyucu vasitələr və digər gigiyenik məhsulların istehsalı nəzərdə tutulur.
Müəssisədə Almaniya, İtaliya və Türkiyənin yüksək avtomatlaşdırılmış istehsal texnologiyalarından istifadə ediləcək. Layihə çərçivəsində 240 nəfərin daimi işlə təmin olunması planlaşdırılır.
İstehsal olunan məhsulların daxili bazarla yanaşı, Gürcüstan, Qazaxıstan, Rusiya, Yaxın Şərq ölkələri və digər xarici bazarlara ixracı nəzərdə tutulur.
Müştərilərin xəbərləri
Faizi illik 14%-dən başlayan, 0% komissiya ilə 250 min manatadək kredit – Bankdan sahibkarlara təklif ®
Bestcomp Group, HPE və Commvault “Connected for Growth” tədbirində İT rəhbərlərini bir araya gətirib
PAŞA Holding dünyaca məşhur şəxsləri Bakıya gətirir: Adlar açıqlandı - Mariya Şarapova, Mo Qavdat, Qreq Hoffman, Coel Mokir...
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 həftə sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
5 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
- 12 d. əvvəl
-
36 d. əvvəl
Bestcomp Group, HPE və Commvault “Connected for Growth” tədbirində İT rəhbərlərini bir araya gətirib
-
43 d. əvvəl
Rusiyadan ABŞ-a ilk dizel yanacağı daşıyan tanker sabah yola salınacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tikinti şirkətinin rəhbəri 1,3 milyon manatlıq şikayətlərin ardından tutuldu
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dünyanın ən böyük foto şirkətlərindən biri müflis olduğunu elan etdi – 2,1 milyard dollar borcu var
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
Azərbaycan Türkiyənin 31 vətəndaşının ölkəyə girişini qadağan etdi – Aralarında tanınmış siyasətçilər və jurnalistlər var
Ən çox oxunanlar
“Səhər 9-da sağlam, saat 2-də isə xəstə”
Dünyanın ən böyük foto şirkətlərindən biri müflis olduğunu elan etdi – 2,1 milyard dollar borcu var
Oktyabrın 22-də gözlənilən hava şəraiti
Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırılıb
Xalçayuma xidməti adı altında dələduzluq – Polis əməliyyat keçirib
Bank VTB (Azərbaycan) 70 yaşadək təqaüdçülərə 100 000 manatadək nağd kredit təklif edir ®

























