Dünyanın ən böyük foto şirkətlərindən biri müflis olduğunu elan etdi – 2,1 milyard dollar borcu var
Dünya foto bazarının nəhəngi müflisləşmə proseduruna başladı – 2,1 milyard dollar borc. əşhur Getty Images müflisləşmə üçün məhkəməyə müraciət etdi. 3,7 milyard dollarlıq birləşmə baş tutmadı.Dünyanın aparıcı foto və vizual məzmun təminatçılarından biri olan Getty Images maliyyə vəziyyətini yaxşılaşdırmaq və borclarını restrukturizasiya etmək məqsədilə ABŞ-da məhkəməyə müflisləşmə prosedurunun başlanması üçün müraciət edib.
Marja.az xəbər verir ki, şirkət oktyabrın 21-də ABŞ-ın Delaver ştatının müflisləşmə məhkəməsində “Chapter 11” proseduruna başlayıb. Bu addım kreditorlarla əvvəlcədən razılaşdırılmış maliyyə restrukturizasiyası planının həyata keçirilməsinə xidmət edir.
ABŞ qanunvericiliyində “Chapter 11” proseduru şirkətlərə fəaliyyətlərini dayandırmadan borclarını yenidən strukturlaşdırmaq və maliyyə vəziyyətlərini sağlamlaşdırmaq imkanı verir.
Getty Images bildirib ki, restrukturizasiya prosesi ərzində normal fəaliyyətini davam etdirəcək. Şirkətin əməkdaşlarının, müştərilərinin, tərəfdaşlarının və məzmun təminatçılarının prosesdən mənfi təsirlənməsi gözlənilmir.
533 MİLYON DOLLARLIQ YENİ İNVESTİSİYA NƏZƏRDƏ TUTULUR
Getty Images-ın oktyabrın 12-də elan etdiyi razılaşmaya əsasən, Getty ailəsinə bağlı şirkətlər və ABŞ-ın Koch Equity Development investisiya qurumu tərəfindən şirkətə 533 milyon dollaradək yeni kapital qoyulması planlaşdırılır.
Restrukturizasiya planı çərçivəsində 270 milyon dollarlıq təminatsız istiqraz borcunun ləğv edilməsi, digər borclar üzrə faiz xərclərinin azaldılması və ödəniş müddətlərinin uzadılması nəzərdə tutulur.
Getty Images-ın baş icraçı direktoru (CEO) Craig Peters bildirib ki, müflisləşmə proseduruna başlanılması əvvəllər açıqlanmış restrukturizasiya planının həyata keçirilməsi istiqamətində növbəti addımdır.
Onun sözlərinə görə, şirkət adi fəaliyyətini davam etdirir və maliyyə öhdəliklərinin yenidən tənzimlənməsi məzmun və xidmətlərin inkişafına daha çox investisiya yatırılmasına şərait yaradacaq.
Şirkət restrukturizasiya prosesini 2026-cı ilin sonunadək başa çatdırmağı planlaşdırır.
Proses tamamlandıqdan sonra Getty Images-ın birjada səhmləri alınıb-satılan şirkət statusundan çıxması və Getty ailəsi ilə Koch Equity Development-a bağlı qurumların tam nəzarətində olan özəl şirkətə çevrilməsi gözlənilir.
SHUTTERSTOCK İLƏ 3,7 MİLYARD DOLLARLIQ BİRLƏŞMƏ BAŞ TUTMAYIB
Getty Images-ın maliyyə çətinlikləri rəqibi Shutterstock ilə planlaşdırılan birləşmə layihəsinin uğursuzluğundan sonra daha çox diqqət çəkməyə başlayıb.
Şirkətlər 2025-ci ilin yanvarında təxminən 3,7 milyard dollar dəyərində birləşmə barədə razılığa gəlmişdilər.
Lakin Böyük Britaniyanın Rəqabət və Bazarlar İdarəsi (CMA) bazarda rəqabətin məhdudlaşdırılması ilə bağlı narahatlıqlar səbəbindən sövdələşməyə əlavə şərtlər irəli sürüb.
Tənzimləyici qurum Shutterstock-ın redaksiya məzmunu biznesinin satılmasını tələb edib. Getty Images bu şərtlə razılaşmayaraq 2026-cı ilin iyulunda birləşmə müqaviləsini ləğv edib.
ŞİRKƏTİN BORCU 2,1 MİLYARD DOLLARA ÇATIB
Getty Images-ın avqust ayında açıqladığı ikinci rüb üzrə maliyyə hesabatında 85,8 milyon dollar xalis zərər qeydə alınıb.
2026-cı ilin iyun ayının sonuna şirkətin ümumi borcu təxminən 2,1 milyard dollar təşkil edib.
Maliyyə vəziyyətinin pisləşməsi şirkətin səhmlərinə də ciddi təsir göstərib.
Səhm qiymətinin həddindən artıq aşağı düşməsi səbəbindən Getty Images-ın səhmlərinin Nyu-York Fond Birjasında ticarəti sentyabrın 29-da dayandırılıb. Sentyabrın 30-dan etibarən səhmlər birjadankənar bazarda (OTC) alınıb-satılmağa başlayıb.
Şirkətin maliyyə çətinlikləri yüksək borc yükü, rəqabətin güclənməsi və süni intellekt vasitəsilə yaradılan vizual məzmunun ənənəvi foto bazarına təsiri fonunda baş verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
- 44 d. əvvəl
- 46 d. əvvəl
-
50 d. əvvəl
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
-
55 d. əvvəl
11 avtobus marşrutu üzrə müsabiqənin qalibləri açıqlandı – ŞİRKƏTLƏR VƏ ŞƏXSLƏR
-
1 saat əvvəl
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®
-
1 saat əvvəl
Biznesini böyüt, daha az vergi ödə – Vergi Məcəlləsinə mühüm dəyişiklik təklif olunur
-
2 saat əvvəl
“Azərsun Holdinq”in istehsalat müəssisələrində birgə infotur keçirilib
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®
Biznesini böyüt, daha az vergi ödə – Vergi Məcəlləsinə mühüm dəyişiklik təklif olunur
Ən çox oxunanlar
“My Home” işində 172 nəfər zərərçəkmiş kimi tanınıb – “Vesta Construction”un təsisçisi məhkəmə qarşısına çıxacaq
Azərbaycan neftinin on qiyməti
Rəsmi məzənnələr açıqlandı
“Fitch” 2027-ci il üçün suveren reytinqlər üzrə qlobal proqnozu “neytral” müəyyən edib
























