Azərbaycanın dövlət şirkəti xaricdə ilk şirkətini yaradıb
“AzerGold” QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – “AzerGold Uzbekistan” təsis edilib.“AzerGold” QSC-nin xarici ölkədə ilk törəmə şirkəti “AzerGold Uzbekistan” Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb.
Marja.az QSC-yə istinadən xəbər verir ki, iki ölkə arasında dağ-mədən sənayesi və geoloji kəşfiyyat sahələrində strateji əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək yeni şirkətin əsas fəaliyyət istiqaməti Özbəkistanın Qaşqadərya vilayətində yerləşən “Akba” qızıl yatağının geoloji kəşfiyyatı, mineral ehtiyatlarının qiymətləndirilməsi və gələcək istismar imkanlarının müəyyənləşdirilməsi üzrə layihənin həyata keçirilməsidir.
Hazırda “Akba” qızıl yatağında geoloji kəşfiyyat işlərinin aparılması üçün zəruri icazələrin alınması üzrə prosedurlar həyata keçirilir. Özbəkistan hökumətinin müvafiq qərarı əsasında lisenziya əldə edildikdən sonra 18 ay davam etməsi nəzərdə tutulan geoloji kəşfiyyat işlərinə başlanılacaq.
Bu müddət ərzində yataq üzrə mövcud geoloji məlumatların təhlili, əlavə geoloji kəşfiyyat işlərinin aparılması, mineral ehtiyatların beynəlxalq “Joint Ore Reserves Committee” (JORC) standartlarına uyğun qiymətləndirilməsi, metallurgiya sınaqlarının keçirilməsi, ətraf mühitə təsirin qiymətləndirilməsi, eləcə də mümkün hasilat və emal texnologiyalarının araşdırılması nəzərdə tutulur. Yatağın sənaye miqyasında işlənməsinin texniki və iqtisadi baxımdan məqsədəuyğunluğunu qiymətləndirmək üçün yekun texniki-iqtisadi əsaslandırma hazırlanacaq. Nəticələrə uyğun olaraq, qızıl yatağının gələcək istismarına dair investisiya təklifi hazırlanaraq Özbəkistanın aidiyyəti dövlət qurumlarına təqdim ediləcək.
Xatırladaq ki, cari ilin 17 iyun tarixində “AzerGold” QSC ilə Özbəkistan Respublikasının Dağ-Mədən Sənayesi və Geologiya Nazirliyi arasında Qaşqadərya vilayətində yerləşən “Akba” qızıl yatağının birgə inkişafına dair çərçivə müqaviləsi imzalanıb. Sənəd iki ölkə arasında dağ-mədən sahəsində əməkdaşlığın genişləndirilməsi və yatağın potensialının qiymətləndirilməsi üçün hüquqi zəmin yaradıb.
Qeyd edək ki, “AzerGold” QSC-nin Özbəkistanda həyata keçirməyi planlaşdırdığı digər mühüm istiqamət ölkənin perspektivli mineral ehtiyatlarının birgə geoloji kəşfiyyatıdır. Bu məqsədlə 17 iyul 2026-cı il tarixində “AzerGold” QSC, “Uzbekgeologorazvedka” Səhmdar Cəmiyyəti və Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti arasında üçtərəfli əməkdaşlığın əsas şərtlərini müəyyən edən sənəd imzalanıb.
Layihə çərçivəsində Özbəkistanın Nəvai və Nurata şəhərləri arasında yerləşən perspektivli sahələrdə geoloji kəşfiyyat işlərinin aparılması məqsədilə birgə müəssisənin yaradılması nəzərdə tutulur. Hazırda müəssisənin təsis sənədlərinin razılaşdırılması və zəruri dövlət icazələrinin alınması istiqamətində müvafiq işlər davam etdirilir. Birgə müəssisə yaradıldıqdan sonra perspektivli sahələrdə geoloji tədqiqatların və kəşfiyyat işlərinin mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır. Layihə üzrə ilkin ikiillik dövrü əhatə edən geoloji kəşfiyyat və maliyyələşmə planı hazırlanıb. Tədqiqatların nəticəsində iqtisadi cəhətdən istismara yararlı mineral ehtiyatlar müəyyən edilərsə, tərəflər həmin yataqların birgə işlənməsi və müvafiq investisiya layihələrinin həyata keçirilməsi imkanlarına baxacaq. Bununla yanaşı, hazırda tərəflər arasında Azərbaycan və Özbəkistan ərazilərində yerləşən, qarşılıqlı maraq doğuran digər mineral yataqlarının birgə geoloji kəşfiyyatı və işlənməsi imkanları da müzakirə olunur.
“AzerGold” QSC-nin Özbəkistanda fəaliyyətə başlaması Azərbaycanın dağ-mədən sahəsində qazandığı institusional və texniki təcrübənin beynəlxalq əməkdaşlıq çərçivəsində tətbiqi baxımından mühüm addımdır. Həyata keçirilməsi nəzərdə tutulan təşəbbüslər ölkələr arasında iqtisadi tərəfdaşlığın daha da möhkəmləndirilməsinə, dağ-mədən sənayesi sahəsində bilik və təcrübə mübadiləsinin genişləndirilməsinə, eləcə də “AzerGold” QSC-nin beynəlxalq fəaliyyətinin yeni mərhələyə yüksəlməsinə töhfə verəcək.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
- 3 gün sonra
- 40 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
İnvestorlar üçün yeni istiqrazlar – İllik 15% gəlir, aylıq faiz ödənişi
-
1 saat əvvəl
Britaniya şirkəti Azərbaycanın Yaşıl Enerji Dəhlizinə sərmayə yatırmaq istəyir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə zərbə endirib
-
1 saat əvvəl
Rabalon Microsoft texnologiyaları ilə bizneslərə yeni imkanlar açır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avropaya Azərbaycan elektrik enerjisinin ixracı üçün yeni imkanlar müzakirə olunur – “Zhero” layihəyə maraq göstərir
Ən çox oxunanlar
Dövlət Fondu yeni məhsulunu təqdim etdi – Sahibkarlara 5%-dən başlayan faizlə 50 min manatadək kredit veriləcək
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə zərbə endirib
Rabalon Microsoft texnologiyaları ilə bizneslərə yeni imkanlar açır
Çin şirkəti Azərbaycanda 200 MVt gücündə dəniz külək elektrik stansiyası tikmək imkanlarını araşdırır
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini aşağı saldı
"İri Şəhərlərin Su Təchizatı"na yeni icraçı direktor təyin edilib
“Bank BTB”nin hüquqi varisi kreditorlarına müraciət edib
Böyük Britaniyanın nəhəng bankı 5 min nəfəri işdən çıxaracaq - Səbəb süni intellektdir






















