Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Facebook və Instagram-ın sahibi 3 ayda təxminən 10 milyard dollar xalis mənfəət əldə edib

Meta-nın mənfəəti 3,6 dəfə artıb – 3 ayda 9,9 milyard dollar qazandıb. Meta-dan gözləntiləri aşan nəticələr – Mənfəət 264% artdı
AzVak-mobil_resmin_ustu_31
Facebook və Instagram-ın sahibi 3 ayda təxminən 10 milyard dollar xalis mənfəət əldə edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Meta-nın xalis mənfəəti 264% artaraq 9,9 milyard dollara çatıb

Facebook, Instagram və WhatsApp sosial platformalarının ana şirkəti olan ABŞ-ın texnologiya nəhəngi Meta Platforms 2026-cı ilin üçüncü rübündə xalis mənfəətini ötən ilin eyni dövrü ilə müqayisədə 264% artıraraq 9,86 milyard dollara çatdırıb. Şirkətin gəlirləri isə 26% artaraq 64,6 milyard dollar təşkil edib.

Reklam_3_11

Marja.az xəbər verir ki, bu barədə Meta-nın 2026-cı ilin iyul-sentyabr ayları üzrə açıqladığı maliyyə hesabatında bildirilir. Şirkətin həm gəlirləri, həm də mənfəəti bazar iştirakçılarının gözləntilərini üstələyib. 

Hesabata əsasən, Meta-nın üçüncü rübdə gəlirləri 64 milyard 601 milyon dollar olub. Ötən ilin müvafiq dövründə bu göstərici 51 milyard 242 milyon dollar təşkil etmişdi.

Şirkətin xalis mənfəəti isə 2025-ci ilin üçüncü rübündə qeydə alınmış 2 milyard 709 milyon dollardan 9 milyard 860 milyon dollara yüksəlib. Beləliklə, Meta-nın illik müqayisədə xalis mənfəəti təxminən 7,15 milyard dollar, gəlirləri isə 13,36 milyard dollar artıb.

Şirkətin bir səhmə düşən mənfəəti də 1,05 dollardan 3,83 dollara yüksəlib.

Meta 2026-cı ilin sonuncu rübü üzrə proqnozlarını da açıqlayıb. Şirkət oktyabr-dekabr aylarında gəlirlərinin 73-76 milyard dollar arasında olacağını gözləyir.

Məhkəmə razılaşmasına görə 9,89 milyard dollar xərc

Meta-nın açıqlamasında bildirilir ki, 2026-cı ilin avqustunda yeniyetmələrin psixi sağlamlığı və sosial mediadan istifadəsi ilə əlaqədar məhkəmə iddialarının həlli məqsədilə ABŞ-ın 52 ştat baş prokuroru ilə razılaşma əldə olunub.

Razılaşma çərçivəsində şirkətin ödəmələrinin ümumi məbləği 18,59 milyard dollara çata bilər. Bununla əlaqədar Meta üçüncü rübün maliyyə nəticələrində 9,89 milyard dollar məbləğində xərc tanıyıb.

Şirkətin məlumatına görə, həmin xərc nəzərə alınmasaydı, üçüncü rüb üzrə əməliyyat mənfəəti 12,99 milyard dollar əvəzinə 22,88 milyard dollar, bir səhmə düşən mənfəət isə 3,83 dollar əvəzinə 7,40 dollar olardı.

Meta yeni səhm sinfi yaradacaq

Şirkət həmçinin 2027-ci ilin yanvarından qüvvəyə minəcək yeni C sinifli adi səhmlərin yaradılması barədə qərar qəbul edib. Meta-nın Direktorlar Şurası tərəfindən təsdiqlənən bu səhmlər birjada ticarət oluna biləcək, lakin sahiblərinə səsvermə hüququ verməyəcək. Yeni səhm sinfinin yaradılması şirkətin kapital strukturunda dəyişikliklər etməsinə imkan verəcək.

Mark Zukerberq: İnvestisiyalarımız öz bəhrəsini verir

Meta-nın təsisçisi və baş icraçı direktoru Mark Zukerberq (Mark Zuckerberg) üçüncü rübün maliyyə nəticələrini şərh edərkən şirkətin süni intellekt sahəsində həyata keçirdiyi investisiyaların əhəmiyyətini vurğulayıb.

Onun sözlərinə görə, Meta hər kəs üçün fərdi superintellekt yaratmaq məqsədinə doğru mühüm mərhələlərdən keçib. Zukerberq xüsusilə şirkətin ilk qabaqcıl süni intellekt modeli olan Muse və Muse Wonder məhsullarının istifadəyə verilməsini qeyd edib.

“İnvestisiyalarımız öz bəhrəsini verir, əsas biznesimiz kifayət qədər güclüdür və bütün istiqamətlərdə əhəmiyyətli sürətlənmə müşahidə edirik”, – deyə Zukerberq bildirib.

Şirkət qarşıdakı dövrdə də süni intellekt texnologiyalarına və yeni məhsulların inkişafına sərmayə qoyuluşunu davam etdirməyi planlaşdırır.

İş elanları AzVak.az-da

Meta Platforms Meta maliyyə nəticələri Meta 2026 Meta xalis mənfəəti Meta gəlirləri Facebook Instagram WhatsApp Mark Zukerberq Meta səhmləri Meta məhkəmə razılaşması süni intellekt investisiyaları Muse Muse Wonder texnologiya şirkətləri ABŞ fond bazarı.
22.10.2026 07:11
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19