Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Problemli kredit bazarında fəaliyyət göstərən şirkət kapitalını 51 dəfə artırır

205 min manatlıq səhm emissiyası.
AzVak-mobil_resmin_ustu_31
Problemli kredit bazarında fəaliyyət göstərən şirkət kapitalını 51 dəfə artırır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda problemli kredit portfellərinin alınması və borcların yığılması sahəsində fəaliyyət göstərən “AllAllFinance” Açıq Səhmdar Cəmiyyəti (ASC) nizamnamə kapitalını artırmaq məqsədilə 205 min manatlıq yeni səhm emissiyası həyata keçirir.

Marja.az xəbər verir ki, bu barədə şirkətin 5 oktyabr 2026-cı il tarixli emissiya prospektində məlumat verilib.

Prospektə əsasən, şirkət hər birinin nominal dəyəri 410 manat olan 500 ədəd adi, adlı, sənədsiz səhm buraxmağı nəzərdə tutur. Səhmlərin abunə yazılışı qiyməti də 410 manat müəyyən edilib.

Emissiyanın ümumi həcmi 205 min manat təşkil edir.

Yeni emissiya tam yerləşdirilərsə, şirkətin 4 100 manat olan nizamnamə kapitalı 209 100 manata yüksələcək. Bu isə kapitalın 51 dəfə artması deməkdir.

Şirkətin emissiya xərcləri çıxıldıqdan sonra cəlb edəcəyi xalis vəsaitin 194 min 97,50 manat olacağı proqnozlaşdırılır. Həmin vəsait dövriyyə kapitalının artırılmasına yönəldiləcək.

Səhmlər Bakı Fond Birjasında yerləşdiriləcək

Emissiya prospektinə əsasən, səhmlərin kütləvi təklif üsulu ilə yerləşdirilməsi Bakı Fond Birjasının (BFB) ticarət platformasında abunə yazılışı vasitəsilə həyata keçiriləcək.

Prosesin anderrayteri “Troni İnvestisiya Şirkəti” QSC olacaq.

Mövcud səhmdarlar yeni buraxılan səhmləri öz paylarına mütənasib şəkildə almaqda üstünlük hüququna malikdirlər.

Sənədə əsasən, abunə yazılışı üç aydan çox davam etməyəcək. Səhmlərin yerləşdirilməsi isə müvafiq mərhələnin başlanmasından etibarən yeddi iş günü ərzində həyata keçiriləcək.

Abunə yazılışı və yerləşdirmənin konkret tarixləri ayrıca açıqlanacaq.

Şirkət 2025-ci ildə 5,6 milyon manat xalis mənfəət əldə edib

Emissiya prospektində “AllAllFinance” ASC-nin maliyyə göstəriciləri də açıqlanıb. Sənədə əsasən, şirkət 2025-ci ili 5 milyon 593 min 381 manat xalis mənfəətlə başa vurub. Halbuki 2024-cü ildə fəaliyyətə başladığı tarixdən ilin sonunadək 30 min 518 manat zərər etmişdi. 2025-ci ildə şirkətin faiz gəlirləri 10 milyon 994 min manata, ümumi gəlirləri isə 11 milyon 60 min manata çatıb.

Həmin ilin sonunda şirkətin aktivləri 13 milyon 6 min 579 manat, öhdəlikləri 7 milyon 286 min 566 manat, cəmi kapitalı isə 5 milyon 720 min 13 manat təşkil edib.

2026-cı ilin birinci yarısında mənfəəti 14% artıb

Şirkətin 2026-cı ilin birinci yarısının audit olunmamış maliyyə hesabatlarına əsasən, xalis mənfəəti əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 14% artaraq 3 milyon 218 min 464 manata çatıb.

2025-ci ilin ilk altı ayında bu göstərici 2 milyon 823 min 50 manat olmuşdu. Hesabat dövründə faiz gəlirləri 5 milyon 235 min manatdan 6 milyon 227 min manata yüksəlib.

30 iyun 2026-cı il tarixinə şirkətin aktivləri 13 milyon 406 min 835 manat, öhdəlikləri 5 milyon 9 min 23 manat, cəmi kapitalı isə 8 milyon 397 min 812 manat təşkil edib.

Şirkətin satın aldığı problemli kredit portfelinin balans dəyəri 7 milyon 546 min 616 manata çatıb.

“AllAllFinance” kimə məxsusdur?

Emissiya prospektində açıqlanan məlumatlara əsasən, şirkətin üç səhmdarı var:

- Rüstəmov Mədəd Nadir oğlu – 40%;

- Aydınov Camal İsax oğlu – 40%;

- Səlimov Rəşad Mais oğlu – 20%.

Yeni emissiya nəticəsində səhmdarların iştirak payları onların üstünlük hüququndan istifadə edib-etməməsindən asılı olaraq dəyişə bilər.

“AllAllFinance” ASC 10 sentyabr 2024-cü ildə dövlət qeydiyyatına alınıb.

Şirkət əsasən banklardan və digər maliyyə institutlarından problemli kredit portfellərinin satın alınması, həmin borcların yığılması, kreditləşmə və debitor borcların idarə olunması sahələrində fəaliyyət göstərir.

2025-ci ildə şirkətin problemli kredit portfellərindən topladığı pul vəsaitinin həcmi 11 milyon 930 min manatı ötüb. Şirkətin direktoru Səbuhi Dünyamaliyevdir.

AllAllFinance ASC AllAllFinance səhmləri AllAllFinance emissiya prospekti AllAllFinance səhmdarları AllAllFinance mənfəəti Bakı Fond Birjası BFB səhm emissiyası Troni İnvestisiya Şirkəti Azərbaycanda səhm buraxılışı 2026 qiymətli kağızlar bazarı problemli kredit portfelləri kollektor şirkətləri maliyyə şirkətləri nizamnamə kapitalının artırılması
23.10.2026 12:44
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19