Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Türkiyə brendi Azərbaycana 5 milyon dollar yatıracaq– Daha 6 mağaza açmağı planlaşdırır

100 iş yeri yaradılacaq.Türkiyə şirkəti Azərbaycanda 10 milyon dollarlıq satış hədəfləyir
iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyə brendi Azərbaycana 5 milyon dollar yatıracaq– Daha 6 mağaza açmağı planlaşdırır
iç səhifə xəbər şəkil altı (mobil)_32

Türkiyənin tanınmış dəri məmulatları və ayaqqabı brendi “Derimod” Azərbaycanda fəaliyyətini genişləndirmək üçün 2030-cu ilə qədər təxminən 5 milyon dollar investisiya yatırmağı planlaşdırır. Şirkət ölkədə mağazalarının sayını 10-a çatdırmağı, elektron ticarətə başlamağı və illik pərakəndə satış dövriyyəsini 10 milyon dollara yüksəltməyi hədəfləyir.

Marja.az xəbər verir ki, bu planlar “Derimod”un beynəlxalq bazarlarda genişlənməni nəzərdə tutan “Vizyon 2030” strategiyasının tərkib hissəsidir.

Şirkət Azərbaycanda həyata keçirəcəyi investisiyalar hesabına təxminən 100 nəfərlik məşğulluq yaratmağı da nəzərdə tutur.

Bakıda 4 mağaza ilə fəaliyyətə başlayıb

“Derimod” Azərbaycanın pərakəndə satış bazarında birbaşa fəaliyyətə başlayaraq Bakının dörd ticarət mərkəzində mağazalarını istifadəyə verib.

Şirkətin mağazaları “Gənclik Mall”, “Crescent Mall”, “Dəniz Mall” və “City Park Mall” ticarət mərkəzlərində yerləşir.

Brend Azərbaycanı uzunmüddətli investisiya strategiyasında mühüm bazarlardan biri kimi qiymətləndirir.

Şirkət 2030-cu ilə qədər mağazalar şəbəkəsini genişləndirməklə yanaşı, elektron ticarət platformasını istifadəyə verməyi və satış həcmini artırmağı planlaşdırır.

Bu məqsədlə Azərbaycana təxminən 5 milyon dollar investisiya yönəldilməsi, pərakəndə satış dövriyyəsinin 10 milyon dollara çatdırılması və 100-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Xarici bazarlardan gəlirlərini 30 milyon dollara çatdırmaq istəyir

“Derimod”un Azərbaycan bazarına yatırımları şirkətin qlobal inkişaf strategiyasının bir hissəsidir.

“Vizyon 2030” strategiyasına əsasən, şirkət hazırda ümumi dövriyyəsində təxminən 5 faiz təşkil edən xarici satışların payını iki dəfə artırmağı hədəfləyir. Bununla yanaşı, “Derimod” beynəlxalq bazarlardan əldə etdiyi dövriyyəni 30 milyon dollara yüksəltməyi planlaşdırır.

Şirkət Türkiyədə 50 ildən artıq müddətdə formalaşdırdığı brend nüfuzunu, məhsul çeşidini və pərakəndə satış təcrübəsini digər ölkələrə daşımaqla dayanıqlı beynəlxalq inkişaf təmin etmək niyyətindədir.

“Azərbaycan bizim üçün strateji bazardır”

“Derimod”un Baş icraçı direktoru Murat Zaim bildirib ki, Bakıda başlayan yeni mərhələ şirkətin beynəlxalq inkişaf strategiyasında mühüm addımdır.

Onun sözlərinə görə, Türkiyədə 50 ildən artıq müddətdə formalaşdırılmış brend, məhsul, mağaza idarəçiliyi və əməliyyat təcrübəsi artıq yeni inkişaf mərhələsinə keçir.

Murat Zaim vurğulayıb ki, şirkət xarici investisiyalarını Türkiyə bazarında qazandığı təcrübəyə əsaslanaraq regional genişlənmə strategiyasının bir hissəsi kimi həyata keçirir.

Baş direktor Azərbaycanın “Derimod” üçün müvəqqəti sınaq bazarı olmadığını, ölkənin uzunmüddətli və davamlı investisiyaların həyata keçirildiyi strateji bazar kimi qiymətləndirildiyini bildirib.

Murat Zaim əlavə edib ki, “Vizyon 2030” strategiyası çərçivəsində əsas məqsəd “Derimod”u qlobal bazarlarda daha güclü, rəqabətqabiliyyətli və genişlənə bilən brendə çevirməkdir. Şirkət bu istiqamətdə beynəlxalq investisiyalarını davam etdirməyi planlaşdırır.

Derimod Derimod Azərbaycan Derimod Bakı Derimod mağazaları Derimod investisiya Derimod 2030 Murat Zaim Türkiyə şirkətləri Azərbaycana investisiya xarici investisiyalar Türkiyə brendləri Azərbaycanda Gənclik Mall Crescent Mall Dəniz Mall City Park Mall Azərbaycanda yeni iş yerləri pərakəndə ticarət ayaqqabı mağazaları dəri məmulatları elektron ticarət
26.10.2026 08:34
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19