ABŞ Hörmüz böhranından ən çox zərər çəkən ölkə oldu – Yanacağa əlavə 160 milyard dollar xərclənib
İran müharibəsi ABŞ-a yanacaqda 160 milyard dollara başa gəlib – Araşdırma. Dünyada yanacağa əlavə 468 milyard dollar xərclənib.Hörmüz boğazında yaranan böhran nəticəsində dünya üzrə benzin və dizel qiymətlərinin artması istehlakçılara ümumilikdə 468 milyard dollar əlavə xərc yaradıb. Qlobal neft şokundan ən çox təsirlənən ölkə isə dünyanın ən böyük neft istehsalçısı olan ABŞ olub.
Marja.az xəbər verir ki, bu barədə Enerji və Təmiz Hava Araşdırmaları Mərkəzinin (CREA) İran müharibəsinin dünya üzrə yanacaq xərclərinə təsiri ilə bağlı dərc etdiyi təhlildə bildirilir.
Araşdırmaya əsasən, fevral ayının sonunda ABŞ və İsrailin İrana qarşı hücumlarının başlanmasından sonra qlobal bazarlarda benzin və dizel qiymətlərinin yüksəlməsi istehlakçıların yanacaq xərclərini əhəmiyyətli dərəcədə artırıb.
CREA-nın hesablamalarına görə, Hörmüz boğazı ilə bağlı neft şoku ABŞ istehlakçılarına əlavə 160 milyard dollara başa gəlib. Bu, dünya üzrə yaranmış 468 milyard dollarlıq əlavə yanacaq xərcinin təxminən 34,2 faizinə, yəni üçdə birindən çoxuna bərabərdir.
Əlavə yanacaq xərclərinin həcminə görə ABŞ-dan sonra ikinci yerdə 54 milyard dollarla Çin, üçüncü yerdə isə 17 milyard dollarla Kanada qərarlaşıb.
ABŞ-da adambaşına əlavə xərc 471 dollara çatıb
Araşdırmada bildirilir ki, dünyanın ən böyük neft istehsalçısı olmasına baxmayaraq, ABŞ-da yanacaq qiymətlərinin yüksəlməsi əhalinin xərclərini digər ölkələrlə müqayisədə daha çox artırıb.
Belə ki, ABŞ-da adambaşına düşən əlavə yanacaq xərci 471 dollar təşkil edib. Bu göstərici 60 dollar olan dünya üzrə orta səviyyədən təxminən 7,9 dəfə yüksəkdir.
Adambaşına əlavə yanacaq xərclərinə görə ABŞ-dan sonra Kanada 422 dollarla, Avstraliya isə 386 dollarla fərqlənib.
CREA-nın qiymətləndirməsinə əsasən, ABŞ-da yanacaq qiymətlərinin artım tempi digər bazar iqtisadiyyatları ilə oxşar səviyyədə olsa da, ölkədə adambaşına yanacaq istehlakının yüksək olması ümumi maliyyə yükünü artırıb.
Araşdırmada vurğulanır ki, ABŞ-ı digər ölkələrdən fərqləndirən əsas amillərdən biri əhalinin daha çox yanacaq istehlak etməsi, digəri isə neftdən asılılığın azaldılması istiqamətində nisbətən məhdud irəliləyişin əldə olunmasıdır.
Benzinlə işləyən avtomobillərin sahibləri daha çox xərcə düşüb
Təhlildə nəqliyyat vasitələrinin istifadə etdiyi enerji növünə görə xərclər arasındakı ciddi fərqə də diqqət çəkilib. CREA-nın hesablamalarına əsasən, ABŞ-da benzinlə işləyən avtomobilin orta statistik sürücüsü mart ayından bəri yanacağa əlavə 440 dollar xərcləyib. Elektrik mühərrikli avtomobil istifadəçilərinin enerji doldurma xərclərindəki artım isə cəmi 17 dollar təşkil edib.
Beləliklə, benzinlə işləyən avtomobillərin sürücülərinin əlavə yanacaq xərci elektromobil istifadəçilərinin əlavə enerji xərcindən təxminən 26 dəfə çox olub.
ABŞ-da elektromobillərin satış payı azalıb
Araşdırmada qeyd olunur ki, 2026-cı ilin ilk səkkiz ayında ABŞ-da elektrik mühərrikli avtomobillərin yeni avtomobil satışlarındakı payı ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz bəndi azalaraq 7,3 faizə düşüb. Müqayisə üçün, həmin göstərici Çində 57 faiz, Avropa İttifaqında 32 faiz, Norveçdə isə 98 faiz təşkil edib. Bu fərq ABŞ-ın avtomobil bazarında benzin və dizellə işləyən nəqliyyat vasitələrindən asılılığın digər qeyd olunan bazarlarla müqayisədə daha yüksək olduğunu göstərir.
Yanacaq istehlakını azaldan ölkələr milyardlarla dollar qənaət edib
CREA-nın təhlili göstərir ki, 2023-cü ildən etibarən yanacaq istehlakını azaltmağa nail olan ölkələr qlobal neft qiymətlərindəki artımın iqtisadi təsirlərini müəyyən qədər məhdudlaşdıra biliblər.
Araşdırmaya görə, yanacaq istehlakının azalması nəticəsində Çin təxminən 10 milyard 800 milyon dollar, Almaniya isə 3 milyard 700 milyon dollar əlavə xərcdən yayınıb.
ABŞ-da isə bu istiqamətdə əldə olunan qənaət 5 milyard 700 milyon dollar təşkil edib.Beləliklə, CREA-nın araşdırması göstərir ki, qlobal neft qiymətlərinin yüksəlməsinin istehlakçılara təsiri yalnız ölkənin neft hasilatı imkanlarından deyil, həm də yanacaq istehlakının həcmindən, nəqliyyatın enerji strukturundan və neftdən asılılığın səviyyəsindən əhəmiyyətli dərəcədə asılıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
1 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
22 d. əvvəl
BYD-dən yeni avtomobil – 1193 at gücü, 1003 km yürüş məsafəsi
-
32 d. əvvəl
Avropa İttifaqından Ukraynaya 4,9 milyard avroluq hərbi dəstək qərarı
- 35 d. əvvəl
- 38 d. əvvəl
-
44 d. əvvəl
ABŞ Hörmüz böhranından ən çox zərər çəkən ölkə oldu – Yanacağa əlavə 160 milyard dollar xərclənib
-
50 d. əvvəl
Yaponiya Mərkəzi Bankının faiz dərəcəsini dəyişməyəcəyi gözlənilir – Yeni artım ehtimalı gündəmdədir
-
1 saat əvvəl
Daşınmaz əmlakın icbari sığortası — haqlar 17,3%, ödənişlər 54,2% azalıb
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Azərbaycan quş əti ixracını 25,6% artırıb
ABŞ Hörmüz böhranından ən çox zərər çəkən ölkə oldu – Yanacağa əlavə 160 milyard dollar xərclənib
Ən çox oxunanlar
Yaponiya Mərkəzi Bankının faiz dərəcəsini dəyişməyəcəyi gözlənilir – Yeni artım ehtimalı gündəmdədir
“PAŞA Kapital” III İslam Maliyyə Forumunda iştirak edib
Qlobal bankdan xəbərdarlıq: Dünya bazarında yanacaq qıtlığı 2027-ci ildə də davam edə bilər
İcbari həyat sığortası: sığorta haqları 35%-ə yaxın azalıb

























