Gamesummit” və “OMNI AI Summit” 4000-dən çox ziyarətçini ətrafında topladı ®
Azercell-in eksklüziv tərəfdaşlığı ilə keçən sammitlər çərçivəsində oyun sənayesinin inkişafı və süni intellektin praktiki tətbiqi diqqət mərkəzində olubAzercell-in eksklüziv tərəfdaşlığı ilə Bakıda keçirilən “Gamesummit” və “OMNI AI Summit” beynəlxalq texnologiya şirkətlərinin nümayəndələrini, ekspertləri və sahibkarları bir araya gətirib. Sammitlərdə xüsusi stendlə təmsil olunan Azercell ziyarətçiləri rəqəmsal məhsullar portfeli çərçivəsində yeni təqdim etdiyi oyun xidmətləri ilə tanış edib.
Ümumilikdə 4 000-dən çox ziyarətçinin qatıldığı tədbirlərdə 30-dan artıq şirkət təmsil olunub. Google, Xsolla, Microsoft/Xbox, BytePlus, Wonderful AI və digər beynəlxalq şirkətlərin nümayəndələrinin iştirakı ilə oyun sənayesinin gələcəyi, texnologiya sahəsində aktual tendensiyalar və süni intellekt həllərinin biznes proseslərində tətbiqi müzakirə edilib.
Tədbirin açılışında çıxış edən Azercell-in Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova oyun xidmətləri və süni intellektin şirkətin rəqəmsal inkişaf strategiyasında mühüm yer tutduğunu vurğulayıb: “Bu gün Azercell-in hədəfi ənənəvi rabitə xidmətləri ilə yanaşı, müştərilərə yeni imkanlar qazandıran innovativ rəqəmsal həllər təqdim etməkdir. Süni intellekt və oyun xidmətləri bu strategiyanın mühüm istiqamətlərindəndir. Məqsədimiz müştəri təcrübəsini zənginləşdirmək və Azərbaycanın rəqəmsal ekosisteminin inkişafına töhfə verməkdir”.
Azercell-in Rəqəmsal əlavə dəyər xidmətləri və tərəfdaşlıqlar şöbəsinin rəhbəri Nərgiz Tağızadə Xsolla, Burson, Recontact Games və Meridian Play şirkətlərinin nümayəndələri ilə birgə “İllüziyadan reallığa: oyun studiyaları üçün qlobal genişlənmə və dayanıqlı böyümə strategiyaları” adlı panel müzakirəsində iştirak edib. O, oyun tərtibatçıları və müstəqil studiyaların Azərbaycan bazarına çıxışında Azercell-in təqdim edə biləcəyi dəstək və tərəfdaşlıq imkanlarından danışıb, oyunların yerli dilə, mədəniyyətə və istifadəçi gözləntilərinə uyğunlaşdırılmasının əhəmiyyətini vurğulayıb. Nərgiz Tağızadə həmçinin Azercell-in 2026-cı ildən istifadəyə verdiyi oyun həlləri portfeli barədə məlumat paylaşıb. Bu çərçivədə o, ölkədə mobil balans vasitəsilə Steam hesabının artırılması imkanını təqdim edən ilk və yeganə operator olaraq Azercell-in təcrübəsindən, eləcə də Azercell tətbiqində istifadəyə verilən “Oyun Portalından” danışıb.
Qeyd edək ki, “OMNI AI Summit” çərçivəsində “Starnest Academy AI Hakatonu” da keçirilib. 500-dən çox iştirakçını bir araya gətirən hakatonda 250 komanda süni intellekt əsaslı məhsul və həllər üzərində çalışıb. Yarış süni intellektin praktiki tətbiqini təşviq etmək və yeni texnoloji ideyaların inkişafına imkan yaratmaq məqsədilə təşkil olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
1 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
- 49 d. əvvəl
-
57 d. əvvəl
Gamesummit” və “OMNI AI Summit” 4000-dən çox ziyarətçini ətrafında topladı ®
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran ətrafında diplomatik danışıqlar neft qiymətlərini aşağı salır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
İran ətrafında diplomatik danışıqlar neft qiymətlərini aşağı salır
Azərbaycan nefti 127 dollardan baha satılır
Ən çox oxunanlar
Prezident İlham Əliyev Forumun açılışında çıxış edib
Çində sənaye müəssisələrinin mənfəəti son üç ayın ən yüksək artım tempinə çatıb – Süni intellekt sektoru iqtisadiyyatı dəstəkləyir
“Azərsu”da yüksək vəzifələrdə işləmiş sabiq məmur cinayət məsuliyyətinə cəlb edilib - 3 milyon mənimsəmədə ittiham olunur
Tibbi sığorta: sığorta haqları 2,8% azalıb
Rəsmi məzənnələr açıqlandı
BYD-dən yeni avtomobil – 1193 at gücü, 1003 km yürüş məsafəsi
Meta süni intellektə investisiyalar üçün 95 milyard dollar cəlb etmək istəyir – Nəhəng səhm satışı planı






















