970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bakıda 14 günlük bal yarmarkası təşkil olunacaq, 123 tona qədər bal satışa çıxarılacaq – Ünvan və tarix açıqlandı

Bakıda böyük bal yarmarkası – 274 fermer iştirak edəcək.
AzVak-mobil_resmin_ustu_31
Bakıda 14 günlük bal yarmarkası təşkil olunacaq, 123 tona qədər bal satışa çıxarılacaq – Ünvan və tarix açıqlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

20 noyabr-3 dekabr tarixlərində Kənd Təsərrüfatı Nazirliyi tabeliyində fəaliyyət göstərən Aqrar Tədarük və Təchizat ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə 26-cı Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkası baş tutacaq.

Dövlət Bayrağı Meydanı ərazisindəki avtomobil dayanacağında təşkil olunacaq bal yarmarkasında növbəlilik əsasında ilk olaraq qeydiyyatdan keçmiş, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 2026-cı il sentyabr ayının 1-dək, ən azı 40 arı ailəsinə malik təsərrüfatlarını bəyan etmiş 274 arıçı fermer iştirak edəcək. 

Reklam_3_11

Arıçılıq məhsullarının qəbulu 4-15 noyabr tarixlərində həyata keçiriləcək. Bu müddətdə bal nümunələri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yerində götürüləcək və laborator müayinədən keçiriləcək. Qeyd edək ki, Bal Yarmarkasında yalnız keyfiyyət standartlarına cavab verən məhsullar satışa buraxılacaq.

Yarmarkada iştirak ödənişsizdir və hər bir arıçı yarmarkada maksimum 450 kq bal (qablaşdırma ilə birlikdə) və 30 ədəd arı şanı satışa çıxara biləcək. Arıçılar satış yeri, zəruri ləvazimatlar, marketinq və digər xidmətlərlə təmin olunacaqlar.

Bal yarmarkası Bakıda bal yarmarkası bal yarmarkası 2026 26-cı Respublika Bal Yarmarkası arıçılıq məhsulları Bakıda bal satışı 20 noyabr 2026 3 dekabr 2026 Dövlət Bayrağı Meydanı bal yarmarkasının ünvanı Aqrar Tədarük və Təchizat ASC Azərbaycan Arıçılar Assosiasiyası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi AQTA EKTİS yerli bal təbii bal arıçılıq təsərrüfatları arıçı fermerlər kənd təsərrüfatı yarmarkası bal qiymətləri arıçılıq sektoru yerli istehsal
27.10.2026 15:42
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19