Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil edib - FOTOLAR

AzVak-mobil_resmin_ustu_31
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil edib - FOTOLAR
iç səhifə xəbər şəkil altı (mobil)_32

“Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir” – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb.

Bank of Baku-nun təşəbbüsü,  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə 26 oktyabr tarixində Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası baş tutub.

Bankın rəhbər şəxslərinin və əməkdaşlarının iştirak etdiyi aksiyada Bakı-Abşeron bölgəsinin torpaq-iqlim şəraitinə uyğun 100 ədəd Eldar şamı və zeytun ağacları əkilib.

Bank of Baku-nun hər il ənənəvi olaraq reallaşdırdığı bu aksiyanın məqsədi ölkəmizdə aparılan yaşıllaşdırma işlərinə töhfə vermək, ekoloji məsuliyyət və təbiətə qayğı mədəniyyətinin təşviqinə dəstək olmaqdır.

“Təbiətə Yaxın Bankçılıq” şüarını özünün əsas mesajlarından birinə çevirən Bank gələcəkdə də ekoloji maarifləndirməyə, ətraf mühitin qorunmasına və dayanıqlı gələcəyə xidmət edən sosial məsuliyyət layihələrini davam etdirməyi hədəfləyir.

Məlumat üçün bildirək ki, Bank of Baku ağacəkmə aksiyaları ilə yanaşı, Xəzər dənizi sahillərinin tullantılardan təmizlənməsi aksiyalarını da təşkil edib.

27.10.2026 17:09
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19