Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Dünyanın aviasiya nəhəngində istehsal problemi – İnvestorlar səhmləri satırlar

Boeing təyyarə istehsalını artırmaqda çətinlik çəkir – Səhmləri 10% ucuzlaşıb
iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünyanın aviasiya nəhəngində istehsal problemi – İnvestorlar səhmləri satırlar
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-ın təyyarə istehsalçısı “Boeing” şirkəti ən çox satılan “737 Max” modelinin istehsalını əhəmiyyətli dərəcədə artırmaq planını 2027-ci ilin ikinci yarısına qədər təxirə salıb. Şirkət istehsal prosesində, xüsusilə təyyarə qanadlarının hazırlanmasında yaranan çətinlikləri aradan qaldırmaq üçün əlavə vaxta ehtiyac duyur.

Marja.az xəbər verir ki, bu barədə “Boeing”in baş icraçı direktoru Kelli Ortberq (Kelly Ortberg) şirkətin üçüncü rüb üzrə maliyyə nəticələrinin açıqlanmasına həsr olunmuş konfransda bildirib.

Ortberqin sözlərinə görə, şirkət 2027-ci ilin ikinci yarısında “737 Max” təyyarələrinin aylıq istehsalını 52 ədədə çatdırmağı planlaşdırır. Hazırda isə istehsalın aylıq 47 təyyarə səviyyəsində sabitləşdirilməsi istiqamətində iş aparılır.

Şirkət rəhbəri hələ sentyabr ayında istehsalın sabitləşdirilməsinin gözləniləndən daha uzun çəkdiyini bildirmişdi. Bunun əsas səbəblərindən biri təyyarə qanadlarının istehsal sürətinin ümumi istehsal planlarından geri qalmasıdır.

İstehsalın artırılması ilə bağlı ehtiyatlı proqnoz investorların narazılığına səbəb olub. Oktyabrın 27-də keçirilən ticarət sessiyasında “Boeing”in səhmləri 10% ucuzlaşıb.

“Hamının daha sürətlə irəliləməyimizi istədiyini bilirəm. Lakin biz bu işi düzgün şəkildə həyata keçirəcəyik”, – deyə Ortberq CNBC-yə müsahibəsində bildirib.

Baş direktor vurğulayıb ki, şirkətin əsas prioriteti istehsal həcmini sürətlə artırmaq deyil, təhlükəsizlik və keyfiyyət standartlarını qorumaqla dayanıqlı istehsal sisteminin qurulmasıdır.

“Boeing” üçün təyyarə istehsalının və sifarişçilərə təhvil verilməsinin sürətləndirilməsi maliyyə baxımından xüsusi əhəmiyyət daşıyır. Belə ki, təyyarənin satış qiymətinin əsas hissəsi müştəriyə təhvil verildiyi zaman ödənilir.

Boeing-in zərəri 5,3 milyard dollardan 116 milyon dollara düşüb

“Boeing”in oktyabrın 27-də açıqladığı maliyyə hesabatına əsasən, şirkət 2026-cı ilin üçüncü rübündə xalis zərərini kəskin azaldıb. İyul–sentyabr aylarında şirkətin xalis zərəri 116 milyon dollar təşkil edib. Halbuki 2025-ci ilin eyni dövründə bu göstərici 5 milyard 339 milyon dollar olmuşdu. Beləliklə, illik müqayisədə xalis zərər 5 milyard 223 milyon dollar və ya təxminən 97,8% azalıb.

Bir səhmə düşən zərər ötən ilin üçüncü rübündəki 7,14 dollardan 0,26 dollara enib. Birdəfəlik amillər nəzərə alınmadan hesablanan düzəliş edilmiş zərər isə hər səhm üzrə 0,34 dollar təşkil edib. Analitiklər bu göstəricinin 0,21 dollar olacağını proqnozlaşdırırdılar.

Qeyd edək ki, 2025-ci ilin üçüncü rübündə şirkətin maliyyə nəticələrinə uzun müddət gecikən “777X” təyyarə proqramı üzrə təxminən 5 milyard dollarlıq xərcin tanınması ciddi mənfi təsir göstərmişdi.

Gəlirlər 24 milyard dolları ötüb

2026-cı ilin üçüncü rübündə “Boeing”in gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 4% artaraq 23 milyard 270 milyon dollardan 24 milyard 188 milyon dollara yüksəlib. Bu, illik müqayisədə 918 milyon dollar artım deməkdir. Şirkətin gəlirləri analitiklərin 23 milyard 840 milyon dollarlıq proqnozunu üstələyib. Eyni dövrdə sərbəst pul axını 238 milyon dollardan 464 milyon dollara yüksəlib. Beləliklə, bu göstərici 226 milyon dollar və ya təxminən 95% artıb.

“Boeing”in müdafiə, kosmos və təhlükəsizlik bölməsinin gəlirləri isə 15% artaraq 7 milyard 935 milyon dollara çatıb. Ötən ilin eyni dövründə bu göstərici 6 milyard 902 milyon dollar idi.

Müdafiə bölməsinin güclü nəticələri şirkətin ümumi maliyyə göstəricilərinin yaxşılaşmasına mühüm töhfə verib. 

Təyyarə istehsalı bölməsində gəlirlər azalıb

Şirkət 2026-cı ilin üçüncü rübündə müştərilərə 161 kommersiya təyyarəsi təhvil verib. Bu, 2025-ci ilin eyni dövründən cəmi bir təyyarə çoxdur. Bununla belə, kommersiya təyyarələri bölməsinin gəlirləri 3% azalaraq 10 milyard 720 milyon dollara düşüb. Ötən ilin eyni dövründə bölmənin gəlirləri 11 milyard 94 milyon dollar təşkil etmişdi. Bölmə üçüncü rübdə 697 milyon dollar əməliyyat zərəri ilə üzləşib. Əməliyyat rentabelliyi mənfi 6,5% təşkil edib.

Şirkət bunu təhvil verilən təyyarələrin model strukturu, gələcək istehsal həcmlərinə uyğunlaşma xərcləri və təchizat zəncirində artan məsrəflərlə əlaqələndirib.

Bununla yanaşı, “Boeing”in ümumi sifariş portfeli rekord səviyyəyə – 745 milyard dollara yüksəlib. Sifariş portfelinə 6 min 300-dən çox kommersiya təyyarəsi daxildir.

Boeing yeni təyyarə modelləri üzrə mühüm razılıqlar əldə edib

İstehsal çətinliklərinə baxmayaraq, şirkət son aylarda bir sıra mühüm nəticələrə nail olub. ABŞ Federal Aviasiya Administrasiyası (FAA) avqust ayında “737 Max 7”, oktyabr ayında isə “737 Max 10” modelinə dəyişdirilmiş tip sertifikatı verib.

“737 Max 10” bu təyyarə ailəsinin ən böyük modelidir. Sözügedən sertifikatlaşdırma mərhələlərinin tamamlanması şirkətin yeni modellərin istismara verilməsi istiqamətində mühüm irəliləyişidir.

Bundan əlavə, ABŞ Hərbi Dəniz Qüvvələri növbəti nəsil döyüş təyyarəsinin hazırlanması üçün “Boeing”i seçib.

Şirkətin rəhbərliyi hesab edir ki, əldə olunan irəliləyişlərə baxmayaraq, istehsal səmərəliliyinin yüksəldilməsi, təchizat zəncirinin gücləndirilməsi və xərclərə nəzarət istiqamətində görüləcək işlər hələ çoxdur.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Boeing Boeing 737 Max Boeing səhmləri Boeing istehsal problemləri Boeing 2026 maliyyə nəticələri Boeing üçüncü rüb Boeing zərəri Boeing gəlirləri Boeing 737 Max 10 Boeing 737 Max 7 Boeing təyyarə istehsalı Kelly Ortberg Boeing 2027 istehsal planı aviasiya sənayesi ABŞ təyyarə istehsalçısı Boeing səhmlərinin ucuzlaşması Boeing sifariş portfeli Boeing maliyyə hesabatı Boeing 777X təyyarə istehsalı
28.10.2026 08:26
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19