Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur
Azərbaycanda kişilərin orta maaşı qadınlardan 389 manat çoxdur. Qadınların maaşı kişilərin maaşının 70 faizinə çatmır.Azərbaycanda 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əməkhaqqı qadınların əməkhaqqından 44,5 faiz yüksək olub.
Marja.az Dövlət Statistika Komitəsinin “Azərbaycanda qadınlar və kişilər – 2026” statistik məcmuəsinə istinadən xəbər verir ki, ötən il kişilərin orta aylıq nominal əməkhaqqı 1 264 manat, qadınların əməkhaqqı isə 874 manat 60 qəpik təşkil edib.
Beləliklə, kişilərin orta maaşı qadınların orta maaşından 389 manat 40 qəpik çox olub. Qadınların orta əməkhaqqı kişilərin müvafiq göstəricisinin 69,2 faizinə bərabərdir.
Maliyyə sektorunda maaş fərqi 1400 manatı keçir – Kişilər daha çox qazanır
Azərbaycanda maliyyə və sığorta fəaliyyəti sahəsində çalışan kişilərin orta aylıq nominal əməkhaqqı qadınların əməkhaqqından təxminən 70,5 faiz yüksək olub. 2025-ci ildə bu sektorda kişilərin orta aylıq nominal əməkhaqqı 3 min 437 manat 80 qəpik, qadınların əməkhaqqı isə 2 min 16 manat 80 qəpik təşkil edib.
Beləliklə, orta aylıq fərq 1421 manat olub. Qadınların orta maaşı kişilərin əməkhaqqının cəmi 58,7 faizinə bərabərdir. Maliyyə və sığorta fəaliyyəti əməkhaqqı üzrə gender fərqinin yüksək olduğu iqtisadi fəaliyyət sahələrindən biridir.
Mədənçıxarma sənayesində kişilərin orta maaşı 3 857 manata çatıb
2025-ci ildə Azərbaycanda mədənçıxarma sənayesində çalışan kişilərin orta aylıq nominal əməkhaqqı 3 min 857 manat təşkil edib Həmin sahədə çalışan qadınların orta aylıq nominal əməkhaqqı 2 min 884 manat 10 qəpik olub.
Beləliklə, kişilərin orta maaşı qadınlardan 972 manat 90 qəpik və ya 33,7 faiz çox olub. Qadınların orta əməkhaqqı kişilərin əməkhaqqının 74,8 faizini təşkil edib.
Elmi və texniki fəaliyyət sahəsində kişilər qadınlardan 1 125 manat çox qazanır
Azərbaycanda peşə, elmi və texniki fəaliyyət sahəsində çalışan qadın və kişilərin orta əməkhaqqı arasında böyük fərq qeydə alınıb. 2025-ci ildə həmin sahədə kişilərin orta aylıq nominal əməkhaqqı 2 min 349 manat, qadınların maaşı isə 1 224 manat 30 qəpik olub. Fərq 1 124 manat 70 qəpik və ya 91,9 faiz təşkil edib.
Qadınların əməkhaqqı kişilərin orta əməkhaqqının 52,1 faizinə bərabər olub. Bu, məcmuədə göstərilən iqtisadi fəaliyyət sahələri arasında ən aşağı nisbətdir.
Emal sənayesində kişilərin orta maaşı qadınlardan 67 faiz çoxdur
2025-ci ildə emal sənayesində çalışan kişilərin orta aylıq nominal əməkhaqqı 1 130 manat 10 qəpik təşkil edib. Qadınların orta aylıq əməkhaqqı isə 675 manat 80 qəpik olub. Beləliklə, aylıq fərq 454 manat 30 qəpik və ya 67,2 faiz təşkil edib. Qadınların əməkhaqqı kişilərin əməkhaqqının 59,8 faizinə bərabər olub. Bu nəticələr emal sənayesində əməkhaqqının gender bölgüsü üzrə əhəmiyyətli fərqləndiyini göstərir.
İnformasiya və rabitə sektorunda kişilərin orta maaşı 2 min manatı keçib
Azərbaycanda informasiya və rabitə fəaliyyəti sahəsində çalışan kişilərin orta aylıq nominal əməkhaqqı 2025-ci ildə 2 min 8 manat 60 qəpik təşkil edib. Qadınların orta aylıq əməkhaqqı isə 1 580 manat 30 qəpik olub. Beləliklə, sektorda kişilərin orta maaşı qadınlardan 428 manat 30 qəpik və ya 27,1 faiz yüksək olub. Qadınların orta əməkhaqqı kişilərin əməkhaqqının 78,7 faizini təşkil edib.
Təhsil sektorunda qadınların orta maaşı kişilərdən təxminən 87 manat azdır
Azərbaycanda 2025-ci ildə təhsil sahəsində çalışan qadınların orta aylıq nominal əməkhaqqı 788 manat 20 qəpik təşkil edib. Kişilərin orta aylıq nominal əməkhaqqı isə 875 manat olub.Beləliklə, kişilərin orta maaşı qadınlardan 86 manat 80 qəpik və ya 11 faiz çox olub.
Qadınların əməkhaqqı kişilərin əməkhaqqının 90,1 faizini təşkil edib. Təhsil sahəsi məcmuədəki iqtisadi fəaliyyət növləri arasında maaş nisbətinin ən yüksək olduğu sahədir.
Səhiyyədə kişilərin orta maaşı qadınlardan 34 faiz yüksəkdir
Azərbaycanda 2025-ci ildə əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində çalışan kişilərin orta aylıq nominal əməkhaqqı 1 168 manat 70 qəpik olub. Həmin sahədə qadınların orta aylıq nominal əməkhaqqı 872 manat 20 qəpik təşkil edib. Beləliklə, maaş fərqi 296 manat 50 qəpik və ya 34 faiz olub.
Qadınların orta maaşı kişilərin orta əməkhaqqının 74,6 faizinə bərabərdir.
Nəqliyyat sektorunda kişilərin orta maaşı qadınlardan 464 manat çoxdur
2025-ci ildə Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı sahəsində çalışan kişilərin orta aylıq nominal əməkhaqqı 1 653 manat 60 qəpik, qadınların əməkhaqqı isə 1 189 manat 70 qəpik təşkil edib. Beləliklə, kişilər qadınlardan orta hesabla 463 manat 90 qəpik və ya 39 faiz çox əməkhaqqı alıblar.
Qadınların orta əməkhaqqı kişilərin müvafiq göstəricisinin 71,9 faizinə bərabər olub.
Tikintidə çalışan kişilərin orta maaşı 1 200 manatı keçib
Azərbaycanda tikinti sektorunda çalışan kişilərin orta aylıq nominal əməkhaqqı 2025-ci ildə 1 205 manat təşkil edib. Qadınların orta aylıq maaşı isə 923 manat 60 qəpik olub. Beləliklə, kişilərin orta aylıq əməkhaqqı qadınlardan 281 manat 40 qəpik və ya 30,5 faiz çox olub.
Qadınların orta əməkhaqqının kişilərin əməkhaqqına nisbəti 76,6 faiz təşkil edib.
Ticarətdə çalışan qadınların orta maaşı 700 manatdan aşağıdır
Ticarət sektorunda qadınlar orta hesabla 691 manat maaş alırlar.Azərbaycanda ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində çalışan qadınların orta aylıq nominal əməkhaqqı 2025-ci ildə 691 manat olub. Kişilərin müvafiq göstəricisi 775 manat 60 qəpik təşkil edib. Beləliklə, kişilərin orta maaşı 84 manat 60 qəpik və ya 12,2 faiz çox olub. Qadınların əməkhaqqı kişilərin orta əməkhaqqının 89,1 faizinə bərabərdir.
Turizm və ictimai iaşədə qadınların orta maaşı 679 manatdır
2025-ci ildə turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində çalışan qadınların orta aylıq nominal əməkhaqqı 678 manat 70 qəpik olub.
Həmin sektorda kişilərin orta aylıq nominal əməkhaqqı 837 manat 10 qəpik təşkil edib. Fərq 158 manat 40 qəpik və ya 23,3 faiz olub. Qadınların orta maaşı kişilərin müvafiq göstəricisinin 81,1 faizinə bərabərdir.
Kənd təsərrüfatında qadınların orta maaşı 600 manata çatmır
Azərbaycanda kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində çalışan qadınların 2025-ci ildə orta aylıq nominal əməkhaqqı 596 manat olub. Kişilərin əməkhaqqı isə 733 manat 50 qəpik təşkil edib. Beləliklə, aylıq fərq 137 manat 50 qəpik və ya 23,1 faiz olub.
Qadınların orta maaşı kişilərin əməkhaqqının 81,3 faizinə bərabərdir.
Enerji sektorunda qadın və kişilərin maaşları arasında 124 manat fərq var
2025-ci ildə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində çalışan kişilərin orta aylıq nominal əməkhaqqı 1 146 manat 60 qəpik olub. Qadınların əməkhaqqı isə 1 022 manat 80 qəpik təşkil edib. Beləliklə, fərq 123 manat 80 qəpik və ya 12,1 faiz olub. Qadınların əməkhaqqı kişilərin əməkhaqqının 89,2 faizini təşkil edib.
Dövlət idarəetməsində kişilərin maaşı qadınlardan 226 manat yüksəkdir
Dövlət idarəetməsi və müdafiə, sosial təminat sahəsində 2025-ci ildə kişilərin orta aylıq nominal əməkhaqqı 1 583 manat 60 qəpik olub. Qadınların orta aylıq nominal əməkhaqqı isə 1 357 manat 80 qəpik təşkil edib. Fərq 225 manat 80 qəpik və ya 16,6 faiz olub.
Qadınların əməkhaqqı kişilərin əməkhaqqının 85,7 faizinə bərabərdir.
Dövlət və özəl sektorda əməkhaqqı
Özəl maliyyə sektorunda qadınlarla kişilərin maaş fərqi 1 371 manata çatıb. 2025-ci ildə maliyyə və sığorta fəaliyyəti sahəsinin qeyri-dövlət bölməsində çalışan kişilərin orta aylıq nominal əməkhaqqı 3 min 197 manat 80 qəpik olub.
Qadınların orta aylıq əməkhaqqı isə 1 826 manat 20 qəpik təşkil edib. Beləliklə, özəl maliyyə sektorunda kişilərin orta maaşı qadınlardan 1 371 manat 60 qəpik və ya 75,1 faiz yüksək olub.
Müştərilərin xəbərləri
Azərbaycanda da fəaliyyət göstərən maliyyə nəhənginin dövriyyəsi 3,45 trilyon dollara çatıb - TARİXİ REKORD
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
11 saat sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
5 d. əvvəl
Bank biznes krediti götürənləri 12 aylıq xidmət haqlarından azad edir ®
- 16 d. əvvəl
-
19 d. əvvəl
Azərbaycanın metallurgiya nəhənginin illik gəlirləri 400 milyon manatı ötüb - ŞİRKƏT BÖYÜYÜB
- 24 d. əvvəl
- 25 d. əvvəl
-
50 d. əvvəl
Banka məhkəmədən rədd cavabı – Zaminin iki avtomobilinə qadağa qoyulmadı
-
53 d. əvvəl
PAŞA Bank “Miles&Smiles PASHA Bank” kart sahibləri üçün yeni bonus mil proqramına start verib ®
-
1 saat əvvəl
Azərbaycanın dövlət borcu 2 milyard manata yaxın azalıb – Xarici borc 4,5 milyard dollara düşüb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Oktyabrın 29-da gözlənilən hava şəraiti
Azərbaycanda da fəaliyyət göstərən maliyyə nəhənginin dövriyyəsi 3,45 trilyon dollara çatıb - TARİXİ REKORD
Bu bank minimum 8.5%-lə kredit təklif edir ®
Ən çox oxunanlar
PAŞA Bank “Miles&Smiles PASHA Bank” kart sahibləri üçün yeni bonus mil proqramına start verib ®
Azərbaycanın dövlət borcu 2 milyard manata yaxın azalıb – Xarici borc 4,5 milyard dollara düşüb
Mərkəzi Bank: Sabah saat 10:00-da növbəti qərarı dərc olunacaq
Bu axşam qızılın qiymətinə təsir edə biləcək mühüm qərar açıqlanacaq
Tramp: Putin və Zelenski ilə tezliklə görüş keçiriləcək, böyük irəliləyiş əldə edirik

























