970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Sea Breeze-də yeni texnologiyalarla təchiz olunmuş ilk çoxzallı CineMastercard kinoteatrı açılacaq

Müqavilə imzalanıb - Sea Breeze-in ticarət və əyləncə mərkəzində kinoteatr da fəaliyyət göstərəcək. Sea Breeze və CineMastercard arasında yeni layihə – Çoxzallı kinoteatr açılacaq.
AzVak-mobil_resmin_ustu_31
Sea Breeze-də yeni texnologiyalarla təchiz olunmuş ilk çoxzallı CineMastercard kinoteatrı açılacaq
iç səhifə xəbər şəkil altı (mobil)_32

Şəhər-kurort Sea Breeze və CineMastercard kinoteatrlar şəbəkəsi Venetian Harbour kompleksində Sea Breeze ərazisində ilk çoxzallı CineMastercard kinoteatrının açılması ilə bağlı müqavilə imzalayıb.

Yeni kinoteatr filmlərin nümayişi üçün müasir texnologiyalarla təchiz olunacaq.

Sazişi Sea Breeze şirkətinin kommersiya icarəsi üzrə direktoru Elbəy Rzayev və CineMastercard kinoteatrlar şəbəkəsinin Baş direktoru Zaur Darabzadə imzalayıblar.

Kinoteatr Halfmoon yarımadasının yaxınlığında inşa edilən Venetian Harbour ticarət və ictimai kompleksinin sahilyanı davamı olan Marina Venetian Harbour-un bir hissəsi olacaq. Layihə beynəlxalq brendlərin butikləri, restoranlar və istirahət məkanlarının yerləşəcəyi dənizkənarı mini-şəhər konsepsiyası əsasında hazırlanıb. Kompleksdə küçələr, xiyabanlar, meydanlar, daxili həyətlər və terraslardan ibarət iki səviyyəli piyada infrastrukturu nəzərdə tutulub.

Ümumi icarəyə verilə bilən sahəsi 24 430 kv. metr olan Venetian Harbour memar Sergey Çobanın layihəsi əsasında inşa edilir. Kompleksin əsas memarlıq elementlərindən biri mayak qülləsi olacaq. Qüllənin ətrafında restoranların və yaşıllıq zonalarının yerləşəcəyi açıq meydanlar salınacaq.

CineMastercard Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biridir və Bakı ilə yanaşı, ölkənin digər şəhərlərində fəaliyyət göstərən 11 kinoteatrı birləşdirir. Müasir texnoloji avadanlıqlar tamaşaçılara filmləri dünya premyeraları ilə eyni vaxtda izləməyə imkan verir. Bundan əlavə, yalnız CineMastercard kinoteatrlarında unikal Skybox zalları, xüsusi qonaqlar üçün iki VIP DIAMOND zalı, həmçinin ən yeni 4DX və ScreenX texnologiyaları təqdim olunur.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Sea Breeze CineMastercard Venetian Harbour Marina Venetian Harbour Sea Breeze kinoteatrı CineMastercard yeni kinoteatr Sea Breeze yeni layihələr Halfmoon Elbəy Rzayev Zaur Darabzadə Sergey Çoban ticarət və əyləncə kompleksi dənizkənarı istirahət Skybox VIP DIAMOND 4DX ScreenX Sea Breeze investisiyaları Bakı kinoteatrları Azərbaycan kinoteatrlar şəbəkəs
28.10.2026 15:25
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19