970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Dövlət Neft Fondu İndoneziyanın nəhəng investisiya holdinqi ilə danışıqlar aparıb

Dövlət Neft Fondu İndoneziya ilə yeni investisiya imkanlarını müzakirə edb. Azərbaycanın neft gəlirləri Asiyanın yeni bazarlarına yönəldilə bilər.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət Neft Fondu İndoneziyanın nəhəng investisiya holdinqi ilə danışıqlar aparıb
iç səhifə xəbər şəkil altı (mobil)_32

28 oktyabr 2026-cı il tarixində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədov İndoneziya Respublikasının İnvestisiya və Emal Sənayesi üzrə nazir müavini Todotua Pasaribunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmi, İndoneziyanın dövlət investisiya holdinqi “Danantara”, eləcə də ölkənin digər investisiya qurumlarının nümayəndələri iştirak ediblər.

Tərəflər Azərbaycan və İndoneziya arasında iqtisadi və investisiya əlaqələrinin inkişafı, institusional əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran investisiya istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar. Müzakirələr zamanı ARDNF-nin Asiya bazarlarında investisiya fəaliyyəti, regionun aparıcı investisiya institutları ilə qurduğu tərəfdaşlıqlar və bu əlaqələrin gələcək əməkdaşlıq üçün yaratdığı imkanlar da nəzərdən keçirilib.

Bu çərçivədə ARDNF, Çin İnvestisiya Korporasiyası və İndoneziya İnvestisiya Qurumu tərəfindən 2026-cı ilin aprelində yaradılmış Çin-ASEAN İnvestisiya Platformasına da toxunulub. Platforma tərəflər arasında artıq formalaşmış institusional əməkdaşlığın konkret nümunələrindən biri olmaqla, Cənub-Şərqi Asiyanın yüksək artım potensialına malik bazarlarında özəl kapital investisiyaları və uzunmüddətli tərəfdaşlıq imkanları üçün əlavə imkanlar yaradır.

Görüşdə, həmçinin infrastruktur, texnologiya və rəqəmsal iqtisadiyyat daxil olmaqla müxtəlif sahələr üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib. Tərəflər institusional dialoqun davam etdirilməsinin və qarşılıqlı maraq doğuran investisiya mövzuları üzrə əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

29.10.2026 11:24
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Yeni Ombudsman seçiləcək
Yeni Ombudsman seçiləcək
29.10.2026 10:42
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19